Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Göyəzən” - “Şahdağ” oyunu qumara qoyulub? - ŞOK GÖRÜNTÜLƏR/FOTO

“Göyəzən” - “Şahdağ” oyunu qumara qoyulub? -   ŞOK GÖRÜNTÜLƏR/FOTO

Date: 22 October 2016 17:37

Futbol üzrə Azərbaycan çempionatının I divizionunda VII tura yekun vurulub. Fanat.Az xəbər verir ki, həftənin ən əlamətdar hadisəsi Qazaxda baş verib. Dünən baş tutan “Göyəzən” – “Şahdağ” oyununda meydan sahibləri cari mövsümdə ilk qollarına imza atıblar. Üstəlik, hesablarına bir xal yazdırmağa müvəffəq olublar.


“Göyəzən”in qol vurub, xal qazanması sürpriz olsa da, bunu normal qarşıladıq. Ta ki, bu gün Peşəkar Futbol Liqasının rəsmi saytında 1:1 hesabı ilə yekunlaşan matçın videoicmalını izləyənə qədər. Buyurun, siz də baxın:



“Şahdağ” I divizionda heyətində ən çox legioner olan klubdur. Qusar təmsilçisinin 9 əcnəbisi var. “Göyəzən”  isə illərdi yerli gənclərdən təşkil olunur və komanda böyük hesablı məğlubiyyətləri ilə tanınır. Qazaxlılar elə cari mövsümdə də keçirdikləri bütün oyunlarda darmadağınla üzləşib.


Statistikaya diqqət yetirin – “Göyəzən”nin “Şahdağ”la oyuna qədər 1 heç-heçəsi vardı. Ona da özü ilə eyni səviyyədə olan “Energetik”lə ev oyununda nail olmuşdu (0:0). Digər matçlara gəlincə, qərblilər səfərdə “Səbail”ə 6,  “Qaradağ - Lökbatan”la  “Şərurspor” 5, “Turan Tovuza” 4, evdə isə “Ağsu”ya 6 cavabsız qolla uduzub. Buraxılan qol sayı – 27.


Sizə təqdim etdiyimiz videoicmalda isə “Göyəzən”i tanımaq olmur. İlk hissədə qapılar önündə heç bir təhlükəli vəziyyət yaranmır. “Şahdağ”ın uzaq məsafədən qapıdan yan keçən bir zərbəsi var, vəssalam. Fasilədən sonra isə meydan sahibləri davamlı hücumlar təşkil edirlər və 74-cü dəqiqədə Zahid Sadıqov “Göyəzən”nin cari mövsümdə ilk qolunu vurur. Yalnız bundan sonra qonaqlar “ayılır” və 4 dəqiqə sonra hesabı bərabərləşdirirlər: Ramil Mansurov topu tora yollayır.


Oyunun ssenarisi kimi, qolları da şübhəlidir. “Göyəzən”nin hesabı açdığı epizoda diqqət yetirin: top künc zərbəsindən ötürülür və əks cinahda Zahid Sadıqova gəlir. Burada isə qonaqların 4 nömrəli müdafiəçisi Uçe Çukunyere ilə qapıçının davranışı olduqca şübhəlidir. Nigeriyalı Sadıqovun üzərinə getmək əvəzinə arxasını çevirir, rəqibə heç bir mane yaratmağa cəhd belə etmir. Qapıçı isə zərbə vurulacağını bilə-bilə əlini belə tərpətmir, rahatca seyr edir.


“Şahdağ”ın vurduğu qola əlavə şərh verməyə isə gərək yoxdur. Belə qolu heç məhəllə futbolunda buraxmırlar...

Yalnız onu əlavə edək ki, bu qoldan sonra meydan sahibləri qapıçını əvəzləyirlər.


Başqa bir önəmli məqam tanınmış “Willam Hill” kontorunun bu matç üçün açıqladığı əmsallardır. Belə ki, “Göyəzən”in qələbə əmsalı 8.00, heç-heçə 3.40, qonaqların qələbəsi isə 1.44 olaraq göstərilmişdi. Təbii ki, belə durumda meydan sahiblərinin qalib gəlməsi daha böyük səs-küyə səbəb olardı. Elə ona görə də, ən yaxşı variant bərabərlikdi: necə deyərlər, nə şiş yansın, nə kabab. 


Bu matçın işində yol verdiyi nöqsanlara görə hakimlikdən uzaqlaşdırılan, lakin sonradan əfv edilərək, I divizion matçlarına təyinat alan Anar Niyazova tapşırılmasını qeyd etməkdə də fayda var. Bu da şübhələri bir qədər artırır. Hərçənd bu matçda referiyə "yük" düşməyib.


Görsel sonucu


Aydın məsələdir ki, matçın danışılmış olduğunu söyləmək üçün fakt olmalıdır. Belə durumlarda isə sübut tapmaq çox çətin məsələdir. Ona görə də, biz sadəcə, matçın nəticəsinin və vurulan qolların şübhəli olduğunu söyləyirik. 


Şübhəli oyunları araşdırmaq isə AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin nəzdində yaradılmış futbol mütəxəssislərindən ibarət xüsusi qrupun üzərinə düşür. Buyurun, incələyin...


Fanat.Az


Tags:  Göyəzən Şahdağ oyunu qumara qoyulub ŞOK GÖRÜNTÜLƏRFOTO

RƏYLƏR


Top news