Rusiyada axtarışda olan 87 nəfər həmyerlimiz tutulub

Rusiyada axtarışda olan 87 nəfər həmyerlimiz tutulub
17:39 22 Oktyabr 2016
43 Digər
Ölkə mətbuatı
A- A+

Axtarışda olan 27 nəfər tutulub (18 Mart 2017 11:29)
Əmisi qızını zorlayan azərbaycanlı Rusiyada tutuldu (13 Mart 2017 14:42)
Rusiyanın axtardığı cinayətkarlar Azərbaycanda tutuldu (28 Fevral 2017 12:58)

Oktyabrın 22-də Quba şəhərində sərhədyanı ərazilərdə daxili işlər orqanlarının və polisin qarşılıqlı fəaliyyətin əlaqələndirilməsi üzrə Azərbaycan Respublikası və Rusiya Federasiyası Daxili İşlər nazirliklərinin İxtisaslaşdırılmış İşçi Qrupunun növbəti iclası keçirilib. Len.az-ın məlumatına görə, tədbir iştirakçıları sərhədyanı ərazilərdə ictimai təhlükəsizliyin təmini, ekstremizm və terrorçuluğun qarşısının alınması, transmilli mütəşəkkil cinayətkarlığın digər təhlükəli növləri ilə mübarizə sahələrində Azərbaycan Respublikası və Rusiya Federasiyası Daxili İşlər Nazirlikləri arasında əməkdaşlığın perspektivlərinə, həmçinin, cinayətkarlıqla mübarizənin prioritet istiqamətlərinə, o cümlədən İxtisaslaşdırılmış İşçi Qrupunun ötən ildəki fəaliyyətinin yekunlarına, onun 2017-2018-ci illər üçün Planının müzakirəsi və təsdiqinə, sərhədyanı ərazilərdə "Sərhəd-Sipər" kompleks əməliyyat-profilaktiki tədbirlərin təşkili və həyata keçirilməsinə, axtarışda olan şəxslər barədə məlumatların mübadiləsinə dair məsələləri müzakirə ediblər.

Görüşdə çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, respublika daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Vilayət Eyvazov indiki görüşün də Daxili İşlər nazirlikləri arasında əməkdaşlığın daha dərinləşdirilməsi kursunun, əvvəllər əldə olunmuş razılaşmaların dönmədən həyata keçirilməsinin əyani təsdiqi olduğunu vurğulayıb, ölkəmizdəki əlverişli kriminogen durum, cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini sahələrində birgə əməkdaşlığın nəticələri barədə qonaqlara ətraflı məlumat verib, qarşıda duran vəzifələrdən danışıb.

Qeyd olunub ki, müasir təhdid və təhlükələrin qarşısının birgə alınması üçün tərəflər qarşılıqlı şəkildə razılaşdırılmış optimal qərarlar hazırlayaraq qəbul ediblər. Əməkdaşlıq üçün əsas baza, heç şübhəsiz ki, ictimai təhlükəsizliyin təmin olunmasında, eyni zamanda, beynəlxalq terrorçuluq və trasmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə dəqiq işbirliyi olub. Hər iki dövlətin Daxili İşlər nazirliklərinin sahələrarası xidmətlərinin sıx əlaqəli fəaliyyəti nəticəsində son illər böyük əks-səda doğurmuş minlərlə cinayəti açmaq, çoxsaylı dayanıqlı transmilli kriminal birlikləri zərəsizləşdirmək, bir sıra təhlükəli cinayətkarları yaxalayaraq ekstradisiya etmək mümkün olub. Təkcə 2015-ci ildə və cari ilin 9 ayında birgə səylərlə Rusiya Federasiyasının ərazisində axtarışda olan 87 nəfər tutulub. Rusiya tərəfindən dövlətlərarası axtarışa elan edilmiş 371 şəxsin yeri ölkəmizdə müəyyən olunub ki, onların da ekstradisiyasına lazımi köməklik göstərilib.

Tərəflər sərhədyanı ərazilərdə cinayətkarlığın vəziyyətini müzakirə edib, insan hüquqlarına və milli qanunvericiliyin normalarına ciddi riayət olunmaqla əməliyyat şəraitinə daha əməli təsir göstərirlməsinin yolları, forma və metodları barədə geniş fikir mübadiləsi aparıblar. Kriminogen durumun inkişaf tendensiyaları, onun mənfi təzahürləri, axtarışın və itkin düşənlərin göstəriciləri təhlil edilərək mövcud beynəlxalq hüquqi baza və qəbul olunmuş sənədlər əsasında əməkdaşlığın gücləndirilməsinin zəruriliyi vurğulanıb.

Görüşdə sərhədyanı ərazilərdə daxili işlər orqanlarının və polisin qarşılıqlı fəaliyyətin əlaqələndirilməsi üzrə Azərbaycan Respublikası və Rusiya Federasiyası Daxili İşlər nazirliklərinin İxtisaslaşdırılmış İşçi Qrupunun fəaliyyətinə dair maraqlı fikir mübadiləsi aparılıb, bu qurumun işinin səmərəliyinin artırılmasına dair bir sıra konkret təkliflər irəli sürülüb. Ümumən, görülən işlər müsbət qiymətləndirilib, sərhədyanı zonaların ərazi və xətt polis orqanları arasında peşəkar əlaqələrin möhkəmləndirilməsinə yönəlmiş əlavə səylərin göstərilməsi tövsiyə olunub.

Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Şimali Qafqaz Federal Dairəsi üzrə Baş İdarəsinin rəisi, polis general-mayoru Sergey Baçurin ikitərəfli əməkdaşlığa yüksək qiymət verərək onun daim yeni əməli məzmunla zənginləşdiyini, son illər belə səmərəli və faydalı işbirliyi sayəsində cinayətkarlıqla mübarizənin bir sıra sahələrində müsbət nəticələr əldə edildiyini vurğulayıb, peşəkar əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edib.

Görüşdə Rusiya Federasiyası Dağıstan Respublikasının daxili işlər naziri, polis general-leytenantı Abduraşid Maqomedov, Azərbaycan və Dağıstan DİN-lərin aidiyyatı baş idarə və idarə rəisləri, hər iki ölkənin sərhədyanı bölgələrinin polis orqanlarının rəisləri və digər məsul şəxslər iştirak ediblər.

Səmimi və işgüzar şəraitdə keçən iclasın nəticələrinə dair yekun sənədlər, o cümlədən müvafiq protokol imzalanıb.

Rusiya Federasiyası DİN-in nümayəndə heyətinin üzvləri onlara göstərilən qonaqpərvərliyə və tədbirin yüksək səviyyədə təşkilinə görə azərbaycanlı həmkarlarına minnətdarlıqlarını bildiriblər.

 

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

"O pullara heyfim gəlir" - Məlahət Abbasova Röya ilə qalmaqalı haqda

23 Aprel 2017 18:18

Arvadından 24 yaş balacadır... - Prezidentliyə namizədin sevgi hekayəsi

23 Aprel 2017 18:12

Şimali Koreya Avstraliyanı nüvə zərbəsi ilə hədələdi

23 Aprel 2017 18:12

Türk futbolçu üçün mövsüm bitdi

23 Aprel 2017 18:09

ABŞ maliyyə naziri: "Vergi islahatları büdcə kəsirinə səbəb ola bilər"

23 Aprel 2017 18:05

Yunanıstanda Türkiyə konsulluğuna hücum edildi

23 Aprel 2017 18:03

Erməni deputatın avtomobilləri yandırıldı

23 Aprel 2017 18:01

Əhmədinejad prezidentliyə namizədlərin heç birini dəstəkləməyəcək

23 Aprel 2017 17:57

Məşhur 5 bacının dəhşət dolu həyatı: Hökumət 3 milyon verdi, heç nə dəyişmədi - FOTOLAR - VİDEO

23 Aprel 2017 17:53

“Neftçi” azarkeşləri stadiondan çıxarıldı - Səbəb

23 Aprel 2017 17:52

Ərdoğan Teziç vəfat etdi

23 Aprel 2017 17:46

Messinin "El Klasiko"da qaçmaqla arası yoxdur

23 Aprel 2017 17:43

Dünya bu qadına heyrandır - FOTOLAR

23 Aprel 2017 17:33

Seçicilərin 28,54 faizi səsvermədə iştirak edib

23 Aprel 2017 17:33

Pilləkəndən yıxılan kişi öldü

23 Aprel 2017 17:27

Yəməndə silah anbarında partlayış - 10 ölü

23 Aprel 2017 17:23

Rusiyalı müğənni Ukraynaya buraxılmadı

23 Aprel 2017 17:23

Fələstinli Təl-Əvivdə bıçaqla 3 nəfəri yaraladı

23 Aprel 2017 17:22

Fransada keçirilən seçkilərin ilkin nəticələri açıqlandı

23 Aprel 2017 17:12

Azərbaycanda hərrac mərkəzi yaradıldı

23 Aprel 2017 17:12

Çirkli geyimdə bir qadının gedib-gəldiyi kimsəsiz mənzildən tapılanlar dünyanı ŞOKA SALDI - FOTOLAR

23 Aprel 2017 17:08

Donald Tramp təhlükəli xəstəliyə yoluxub

23 Aprel 2017 17:07

Könül Kərimova qızının toy tarixini açıqladı

23 Aprel 2017 17:05

Trampdan "hamı yerli mal alsın, xeyir vətənə qalsın" kampaniyası

23 Aprel 2017 17:05

"Cırtdan planetdə" ŞOK tapıntı - FOTOLAR

23 Aprel 2017 16:58

Qrip virusu məqsədli şəkildə yayılır?

23 Aprel 2017 16:52

DİQQƏT: evinizdəki bu əşyaları dərhal atın

23 Aprel 2017 16:51

Belarus səfirindən ermənilərə cavab: "Onun sizə heç bir dəxli yoxdur"

23 Aprel 2017 16:47

Millimizin üzvünə Surer Liqada "toy tutdular"

23 Aprel 2017 16:47

İcra başçısının müavini işdən qovuldu - Külli miqdarda pul mənimsəyib?

23 Aprel 2017 16:42

Bu qız indi çox məşhur aktrisadır

23 Aprel 2017 16:41

Dünyanın ən rəngarəng şəhərləri - FOTOLAR

23 Aprel 2017 16:38

"O qədər sərxoş idim ki..." - Bakıda 20 yaşlı qızın ölümünə səbəb olan sürücü

23 Aprel 2017 16:32

Fransız qadınlarının sirri - niyə onlar daha cazibədardırlar?

23 Aprel 2017 16:28

Türkiyə konsulluğuna hücum olunub

23 Aprel 2017 16:26

BMT-nin baş katibi Bəşər Əsədi təbrik etdi

23 Aprel 2017 16:24

Somalidə 8 hərbçi həlak oldu

23 Aprel 2017 16:17

Kıvançın həyat yoldaşı ilə bağlı şərtləri

23 Aprel 2017 16:15

Avstraliyadan Şimali Koreyaya: Xalqınla maraqlan oreyaya

23 Aprel 2017 16:13

İbrahimoviç məşhur cərrha müraciət edəcək

23 Aprel 2017 16:12

Türkiyə millisinin üzvü evləndi - FOTO

23 Aprel 2017 16:07

"O pullara heyfim gəlir" - Məlahət Abbasova Röya ilə qalmaqalı haqda

23 Aprel 2017 16:05

Rus təyyarəsi kəndə vakum bombası atdı: 7 dinc sakin öldü - BİRİ KÖRPƏDİR

23 Aprel 2017 16:03

Şimali Koreya Avstraliyanı təhdid etdi

23 Aprel 2017 16:03

Rusiyalı müğənnini qatardan endirib geri qaytardılar

23 Aprel 2017 15:59

Yunanıstanda Türkiyə konsulluğuna hücum edildi

23 Aprel 2017 15:57

ŞİRVANDA DƏHŞƏT: Hamilə arvadını vəhşicəsinə döydü, vaxtından tez doğulan uşaq öldü

23 Aprel 2017 15:49

"El-Klassiko" öncəsi Messi ilə Ronaldo dodaq-dodağa...

23 Aprel 2017 15:49

Məşhur professor ölən insanın necə dirilə biləcəyini açıqladı - PARALEL SAHƏNİN SİRRİ

23 Aprel 2017 15:43

Ukraynada ATƏT əməkdaşı partlayış nəticəsində öldü

23 Aprel 2017 15:42