Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

İçərişəhər sualtı muzeyə çevriləcək, Qız Qalası və Bakı meriyası...

İçərişəhər sualtı muzeyə çevriləcək, Qız Qalası və Bakı meriyası...

Date: 22 October 2016 18:03

“Xəzər və Qara dənizlərində suyun səviyyəsi qalxacaq, iki dənizi birləşdirən kanal yaranacaq. Bakı şəhəri və Aran hissəsinin xeyli hissəsi də su altında qalacaq”.

Alimlərin proqnozlarına görə, planetdə temperaturun artması nəticəsində buzlar əriyəcək və nəticəsi belə olacaq. Təbii ki, sulara qərq olan təkcə Bakı yox, dünyanın digər əraziləri də olacaq. Amma məsələ Bakı olanda “hara batırsa batsın” prinsipi işə düşür. Proqnozlar isə bununla bitmir, deyilənlərə görə, Qafqaz da Asiyadan ayrılmış olacaq. İlahi sən özün qoru...

Bakı su altında qalacaq, Xəzərlə Qara dəniz birləşəcək – VİDEO/FOTO

Əgər temperatur artarsa, buzlar əriməyə başlayacaq.



Bu gələcəyə istinadən təsəvvür edək: İçərişəhər sualtı muzeyə çevriləcək. Qız Qalası sualtı rifi xatırladacaq. Məşədi İbadın hamamında balıqlar çiməcək. O, Bakı Şəhər İcra Hakimiyyətinin binası var ha, yəqin ki, balıqlar diyarında mer olan böyük balığın qərargahı olacaq. Onda yəqin ki, “Alov qüllələri”ndə ev indikindən 10, bəlkə də 100 qat baha olacaq. (Nə qədər imkan var, oradan bir ev, yaxud obyekt əldə etsəniz, gələcəyə böyük kapital yatırmış olarsınız. Bu da bizdən sizə ən böyük yaxşılıq).

Amma mən heç nəyə yox, İçərişəhərdəki “Daşdəmirin yeri” deyilən kafedə piti yemək azarımı unutmaq məcburiyyətində qalacağıma pis oluram. Daşdəmir dayı 50 ilin aşpazıdır (müsəlmanın 50 ili), yeməklərinə söz ola bilməz. O gün xəngəl yemək üçün gedəndə, mediamızdan xeyli giley-güzar elədi. Dedi ki, jurnalistlər onların alverini öldürür. “O gün bir xəbər yazıblar ki, milli yeməklərimiz adamı öldürür”, - Daşdəmir dayı bir xeyli gileyləndi.

Ölümə aparan milli yeməklərimiz: xəngəl, xaş, piti…

Hətta bəzən xəngəl, xaş, piti kimi ağır yağlı və xəmir xörəklərini yeyib, səhhəti ağırlaşanlar, dünyasını dəyişənlər də olur.



Nə qədər təskinlik versək də, dayanmadan hey danışırdı.

“Mənim iradım təkcə media əhlinə deyil, camaatadır. Saytlarda oxuyurlar “əndrabadi” yeməklərin adlarını, gəlib məndən tüklü pendir, İtaliya göbələkləri, nə bilim kral yemişi istəyirlər. Mən gözümü açandan xaş görmüşəm, piti yemişəm, xəngəl bişirmişəm. Hələ biri mənə deyir ki, mənə Almaz kürüsü gətir. Atan-baban kürümü yeyib, sən də istəyirsən”.

Dünyanın 10 ən bahalı ərzağı — FOTOLAR

Varlı olanda bu nemətlərin dadına baxın. Görün verilən pula dəyər ya dəyməz?



Heyf “Daşdəmirin yeri”ndən. Sel-su yuyub aparacaq. Amma bir şeyə də sevinirəm. Deyirəm, nə yaxşı ki, sarayım, villam yoxdur. Misal üçün, sabah sel gələndə bir klaviaturamı, bir qələmi, bir də eynəyimi götürüb qaçacam. Bəs, bu Təranə Qumral neynəyəcək. Adamın əsil saray kimi evi var. Evini hansı gəmiyə yükləyib aparacaq.

Təranə Qumralın SARAY KİMİ EVİ - FOTOLAR

Müğənni Təranə Qumral və Musa Musayev cütlüyü evlərinin fotolarını yayıb.



Evsiz olduğuma görə ilk dəfədir sevinirəm. Kirayədə qalmağın ləzzəti ayrı olur.

Hələ bu kənd məktəbində dərs demək istəməyən kişi müəllimlərinə bax. Müəllimliyi oxuyanlar Xınalığa getmək istəmirlər. Nə var, nə var, ora uzaqdır, dağın başıdır. Bu gün-sabah, Bakını sel aparanda onsuz da hamı Xınalığa qaçacaq. Elə indidən gedin, özünüzə yer eləyin. Sabah biz gələndə də evinizi baha qiymətə kirayəyə verərsiniz.

Azərbaycanda kişilərin getmək istəmədiyi yerə 3 gənc qız göndərdilər

Universiteti başa vuran gəncər, xüsusilə oğlanlar orada müəllim kimi çalışmaq istəmirlər.



Yenə də özünüz bilən məsləhətdir. Amma son yağışlar zamanı Venesiyaya gedib-gəlməyimizdən sonra belə fürsətləri qaçırmamanız məsləhətdir.

FHN Sabunçu və Binəqədidə xilasetmə işlərini davam etdirir - FOTOLAR

İki gündür yağan yağış Bakıda fəsadlar törədib.


Polislərimiz vətəndaşları bellərində daşıyıb xilas etdilər (FOTOLAR)

Ölkəmizdə son vaxtlar yağan yağışlar bir sıra fəsadlar törədib. Xüsusi ilə Bakı şəhərində yollar su altında qalıb, nəqliyyatın hərəkəti çətinləşib.


Dərnəgül bazarını su basdı – VİDEO

Ötən gün yağan intensiv yağışdan sonra Dərnəgül şosesindəki tikinti materialları bazarını su basıb.



Amma deyəsən camaat alimlərin dediklərini ciddiyə almırlar. Proqnozlar, gözləntilər qalıb bir kənarda, hamı Üzeyirin məsələsini müzakirə edir. Yox, Hacıbəylini demirəm, Mehdizadəni deyirəm.

Məktəblinin gündəliyinə yazılan QEYD: paylaşım rekord qırdı FOTO

Sosial şəbəkələrdə yayılan gündəliyin şəkli paylaşım rekordu qırıb.



Deyirəm ki, Allah Hacıbəylini vaxtında yanına aparıb, yoxsa...

Nəriman


Tags:  İçərişəhər sualtı muzeyə çevriləcək Qız Qalası Bakı meriyası

RƏYLƏR


Top news