Prezident İlham Əliyev: "Azərbaycan öz neft hasilatını və ixracını artırmayacağını birtərəfli qaydada bəyan edir"

Prezident İlham Əliyev: "Azərbaycan öz neft hasilatını və ixracını artırmayacağını birtərəfli qaydada bəyan edir"
18:07 22 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

"Biz neft bazarını ancaq bu təqdirdə sabitləşdirə bilərik"
Bakı. 22 oktyabr. REPORT.AZ/ "Biz bu gün ticarət əlaqələrinin inkişafı ilə bağlı fikir mübadiləsi apardıq. Qərara gəldik ki, müvafiq qurumlar hər iki ölkənin ixrac imkanlarını öyrənsin və ticarət dövriyyəsinin artırılması üçün əlavə tədbirlər görülsün. Venesuelada istehsal və ixrac olunan bəzi malları biz idxal edə bilərik. Həmçinin bizim istehsal etdiyimiz mallar Venesuelaya ixrac edilə bilər. Beləliklə, biz qarşılıqlı ticarətə də dəstəyimizi vermiş olarıq".
"Report"un məlumatına görə, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 22-də Bakıda Venesuela prezidenti Nikolas Maduro ilə mətbuata bəyanatlarla çıxış edərkən bildirib.
Dövlət başçısı Venesuela prezidenti ilə sərmayə qoyuluşu ilə bağlı həm İstanbulda, həm də bu gün fikir mübadiləsi apardıqlarını deyib: "Burada da çox gözəl imkanlar var. Sadəcə olaraq, bizim biznes qurumlarımız müəyyən dərəcədə məlumatsızdırlar. Yəni, nə Azərbaycanın, nə də Venesuelanın iş adamları geniş bilgilərə malik deyillər ki, bizim ölkələrdə hansı imkanlar var, hansı işi görə bilərlər. Bu boşluğu aradan götürmək üçün, əlbəttə, ticarət missiyalarının qarşılıqlı səfərləri də çox müsbət rol oynaya bilər". 
"Bu gün biz cənab prezidentlə çox geniş və səmimi şəkildə dünyanın enerji bazarında mövcud olan vəziyyəti müzakirə və təhlil etdik. Mən prezident Maduronun bu sahədə gördüyü işləri, göstərdiyi səyləri yüksək qiymətləndirirəm. Prezident Maduro regiona səfər edir. Bu turda neft hasil edən bir neçə ölkəyə səfər edəcək. Birinci ölkə isə Azərbaycandır. Mən cənab prezidentə dedim və eyni zamanda, Azərbaycan ictimaiyyəti bunu bilir. Mən bu yaxınlarda rəsmi qaydada bildirdim ki, dünyanın neft bazarının tənzimlənməsi, sabitləşdirilməsi və neftin qiymətinin qalxması üçün Azərbaycan öz neft hasilatını və ixracını artırmayacağını birtərəfli qaydada bəyan edir. Bu, çox məsuliyyətli bir mövqedir. Bir daha demək istəyirəm ki, biz bunu birtərəfli qaydada elan edirik. Hesab edirik ki, digər neft ölkələri bu yanaşmaya dəstək verəcəklər və onlar da öz növbəsində oxşar addımlar atacaqlar. Biz neft bazarını ancaq bu təqdirdə sabitləşdirə bilərik. Neftlə zəngin olan ölkələr artıq öz təbii resurslarına görə ədalətli qiyməti də alacaqlar. Əlbəttə, burada ölkələrarası koordinasiya işlərinə gərək bütün ölkələr çox diqqətlə yanaşsınlar, xüsusilə OPEC ölkələri və müstəqil hasilatçılar. OPEC-ə üzv olmayan ölkələr burada çox səmimi, açıq əməkdaşlıq etməlidirlər, birgə düzgün qərarlar qəbul olunmalıdır və qərarların icrası ilə bağlı çox güclü nəzarət mexanizmi işlənməlidir. Əgər bu, olarsa, əminəm ki, yaxın gələcəkdə neftin qiyməti lazımi səviyyəyə qalxmalıdır. O səviyyəyə ki, həm hasilatçı ölkələri, neft kompaniyalarını, eyni zamanda, istehlakçı ölkələri də qane etsin. Yəni, burada balans olmalıdır. Bu gün bu balans pozulub və neftlə zəngin ölkələr böyük əziyyət çəkirlər. Bu, ədalətsizlikdir və bu balans bərpa edilməlidir. Əminəm ki, belə olarsa, hər kəs ancaq mənfəət götürə və burada maraqlar balansı da təmin edilə bilər. Çünki artıq 2 ilə yaxındır ki, dünya bazarlarına neft ixrac edən ölkələr böyük itkilərlə üzləşiblər. O ölkələrin, o cümlədən Azərbaycanın gəlirləri azalır və bu, ədalətli deyil. Bu ədalət bərpa edilməlidir. Mən bu münasibətlə Prezident Maduronun bu xüsusi missiyasını bir daha qeyd etmək istəyirəm. Prezident Maduro çox böyük səylər göstərir ki, OPEC və qeyri-OPEC hasilatçılarını bu ədalətin bərpa edilməsinə inandırsın. Mən bu missiyaya uğurlar arzulayıram. Azərbaycan artıq öz sözünü deyib. Siz bizə istinad edə bilərsiniz ki, artıq Azərbaycan bu öhdəliyi öz üzərinə götürüb və gözləyirik ki, digər ölkələr də oxşar addımlar atsınlar", - deyə Prezident İlham Əliyev vurğulayıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Daşkəsəndə məişət tullantılarının idarə olunmamasına görə bələdiyyə sədri 3 min manat cərimələnib

22 Avqust 2017 15:22

Bakı Baza Tibb Kolleci xüsusi qabiliyyət tələb etməyən ixtisaslar üzrə ən yüksək keçid bala malik olub

22 Avqust 2017 15:22

Bakıda “Qurban bazar” adlı xeyriyyə yarmarkası təşkil ediləcək

22 Avqust 2017 15:22

Metbuat.az-ın məşhur qonağı Eldəniz Məmmədov

22 Avqust 2017 15:21

Bu il 177 qanvermə aksiyası keçirilib

22 Avqust 2017 15:19

Mark Zukerberq ABŞ-ın yeni lideri ola bilər?

22 Avqust 2017 15:18

Bakıda evə basqın

22 Avqust 2017 15:18

Millinin sabiq qapıçısı FETÖ-cu çıxdı

22 Avqust 2017 15:17

Azərbaycanlı prodüser Nüşabə və Xatirəni lağa qoydu – FOTO

22 Avqust 2017 15:13

Ədliyyə naziri Zaqatalada vətəndaşları qəbul edəcək

22 Avqust 2017 15:12

Azərbaycanlı tanınmış rəqqasə burnunu 2-ci dəfə əməliyyat etdirir - VİDEO

22 Avqust 2017 15:09

Qısamüddətli notlar dövlət qeydiyyatına alındı

22 Avqust 2017 15:06

Ərdoğan: “Onlara hər yeri məzar edəcəyik”

22 Avqust 2017 15:03

Ərdoğanın Bakı səfəri Azərbaycana nə vəd edir?

22 Avqust 2017 14:59

Taekvondoçumuz Universiadada gümüş medal qazandı

22 Avqust 2017 14:58

Cəlilabadda 5 mərtəbəli yaşayış binasında yanğın baş verib, 3 nəfər təxliyyə olunub

22 Avqust 2017 14:57

İtaliyanın yeni səfiri TAP layihəsinin tikintisindəki vəziyyətlə bağlı Azərbaycan tərəfini məlumatlandırıb

22 Avqust 2017 14:52

Azərbaycan Mərkəzi Bankı 100 mln. manatlıq not buraxır

22 Avqust 2017 14:52

Qum və su ilə çılpaq bədənlərini örtən modellər – FOTOSESSİYA

22 Avqust 2017 14:48

Dənizdə itkin düşən neftçinin meyiti tapıldı

22 Avqust 2017 14:48

Bu ilin ilk 6 ayı ərzində qanvermə aksiyasında iştirak edənlərin sayı açıqlanıb

22 Avqust 2017 14:42

Elməddin Cəfərov müflis oldu, maşınını da satdı...

22 Avqust 2017 14:39

Bu yazını oxuyandan sonra Finlandiyaya köçmək istəyəcəksiniz - İDEAL TƏHSİL

22 Avqust 2017 14:38

Troyan şəkillərin köməyi ilə antiviruslardan gizlənməyi öyrənib

22 Avqust 2017 14:35

Azərbaycanda bank olmayan kredit təşkilatı vəfat etmiş müştərini məhkəməyə verib

22 Avqust 2017 14:27

Azərbaycan taekvondoçusu Universiadada erməni rəqibinə qalib gələrək finala yüksəlib

22 Avqust 2017 14:27

"Saxla" əmrinə məhəl qoymayan avtoxuliqanın sonu

22 Avqust 2017 14:23

Ali məktəblərin boş qalan yerlərinə qəbul olan abituriyentlərin siyahısı dərc olunub

22 Avqust 2017 14:22

Qvardioladan ilginc açıqlama: Messi "Mançester Siti"də?

22 Avqust 2017 14:17

SON DƏQİQƏ: Bakının mərkəzində mağaza yanır

22 Avqust 2017 14:15

Ordu İŞİD-in son böyük qalasına girdi

22 Avqust 2017 14:13

Rusiya və Ermənistan prezidentləri Soçidə Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək

22 Avqust 2017 14:12

Norveç yığmasının baş məşqçisi: "Azərbaycan millisini qiymətləndirməməyimiz doğru olmaz"

22 Avqust 2017 14:12

Ekspertlər ABŞ-Çin ticarət müharibəsində əsas zərərçəkən tərəfin adını açıqlayıb

22 Avqust 2017 14:12

Cinayətdən sonra SİM kartı sındırıb atmısınız?

22 Avqust 2017 14:11

Nuşirəvan Məhərrəmli: "Televiziya verilişlərinin reytinqini ölçən təşkilatların fəaliyyəti qeyri-şəffafdır"

22 Avqust 2017 14:07

Qoşunlar çıxarılır: Rusiyanı təslim olmağa məcbur edən SƏBƏBLƏR

22 Avqust 2017 14:03

Bakıda bahalı geyimlərin satıldığı mağazaların yerləşdiyi binada yanğın başlayıb

22 Avqust 2017 14:02

Nazirlik: Sentyabrda müəllimlərin işə qəbulu üzrə müsahibənin əlavə yerləşdirmə mərhələsi keçiriləcək

22 Avqust 2017 13:57

Əmlak Məsələləri Dövlət Komitəsi 110 hərrac keçirib

22 Avqust 2017 13:57

Bakıda brend mağazalardan birində yanğın olub

22 Avqust 2017 13:54

Bakıda brend mağazalar yanır

22 Avqust 2017 13:53

“Tekfen Holding”in qurucularından biri vəfat edib

22 Avqust 2017 13:52

Norveç millisinin Azərbaycan və Almaniya ilə oyunlar üçün heyəti açıqlanıb

22 Avqust 2017 13:52

Yapon həkimdən 15 QIZIL MƏSLƏHƏT - Sağlam olmaq istəyirsinizsə, bunları edin!

22 Avqust 2017 13:48

Özündən 20 yaş böyük sevgilisini öldürən gənc cəzalandırıldı

22 Avqust 2017 13:43

Gəncədə yeni doğulan körpə öldü

22 Avqust 2017 13:43

İsrailin baş naziri Rusiyaya səfər edəcək

22 Avqust 2017 13:42

DİQQƏT: Sərnişin qatarlarına minik istiqaməti dəyişdirilir

22 Avqust 2017 13:38

Azərbaycanda daha bir körpə ölümü

22 Avqust 2017 13:34