Prezident İlham Əliyev Macarıstan prezidentini və xalqını milli bayram münasibətilə təbrik edib

Prezident İlham Əliyev Macarıstan prezidentini və xalqını milli bayram münasibətilə təbrik edib
18:22 22 Oktyabr 2016
32 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 22 oktyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Macarıstan Prezidenti Yanoş Aderə bu ölkənin milli bayramı münasibətilə təbrik edib.
"Report" AzərTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir:
Hörmətli cənab Prezident,
Macarıstanın milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Əminəm ki, Azərbaycanla Macarıstan arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı və genişlənməsi bundan sonra da xalqlarımızın rifahına töhfələr verəcəkdir.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Macarıstan xalqına daim sülh və tərəqqi arzulayıram.

Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/i-lham-eliyev-macaristanli-hemkarini-milli-bayram-munasibetile-tebrik-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR