Nikolas Maduro: "Azərbaycan BMT qətnamələrinin həyata keçirilməsində iradəmizə, dəstəyimizə hər zaman arxalana bilər"

Nikolas Maduro: "Azərbaycan BMT qətnamələrinin həyata keçirilməsində iradəmizə, dəstəyimizə hər zaman arxalana bilər"
18:37 22 Oktyabr 2016
36 Ölkə
Ölkə mətbuatı
A- A+

"Biz dünən axşam 15 saatlıq uçuşdan sonra gəlmişik. Amma bu yol bizə uzaq görünmədi". AZƏRTAC-ın məlumatına görə, bunu Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro Azərbaycan Prezidenti İlham Əliyev ilə bu gün mətbuata bəyanatlarla çıxış edərkən deyib.

Venesuela Prezidenti bildirib: "İyirmi birinci əsr davam etdikcə biz bir-birimizə get-gedə daha da yaxınlaşırıq. Bu ana qədər hörmətə və dostluğa əsaslanaraq nümayəndə heyətimizi çox səmimiyyətlə qarşıladınız. Bu cür səmimi qəbula görə Sizə olduqca minnətdarıq, cənab Prezident.

Bakıda gəzintiyə çıxdıq. Əfsanəvi Xəzər dənizi çox gözəldir. Şəhər çox möhtəşəmdir. Azərbaycan xalqının qəhrəman şəhidlərinin xatirəsini yad etdik. Siz Vətən üçün həyatından keçmiş oğul və qızlarınızın adını uca tutursunuz, dəyərlərinizə sadiqsiniz. Biz bunun şahidi olduq. Simon Bolivarın, Prezident Çavesin irsinə bağlı insanlar kimi, biz ölkənizə vurulduq, səmimi qəbula görə təşəkkür edirik.

Prezidentlə çox maraqlı və əhatəli müzakirələrimiz oldu. Qoşulmama Hərəkatında tərəfdaşıq. Üç ildən sonra - 2019-cu ildə yenidən buraya, Azərbaycana səfər edəcəyik. Əlbəttə, həmin vaxta qədər çox səfərlərimiz olacaq. Lakin 2019-cu ildə Bakıda Qoşulmama Hərəkatının Sammiti keçiriləcək. Şəhərin gözəlliyini nəzərə alaraq, bilirik ki, bu Zirvə görüşü çox uğurlu olacaq. Marqarita adasında keçirilmiş toplantıda Qoşulmama Hərəkatı daxilində daha fəal olmaq, yeni əlaqələr, yəni, ölkələrimiz arasında mədəniyyət, humanitar, iqtisadi sahələrdə əsl dərin münasibətlər qurmaq qərarına gəlmişik".

Nikolas Maduro qeyd edib ki, hazırda Venesuela üç illik müddət ərzində təşkilatın sədridir: "Azərbaycan isə 2019-2022-ci illərdə təşkilatın sədri olacaq. Buna görə də həmrəyliyin qurulmasında ümumi məsuliyyət daşıyırıq. Biz dünyanın inkişaf edən ölkələriyik. İyirmi birinci əsr bizim əsrimizdir. Bu əsr ərzində mədəniyyətlərimiz, dəyərlərimiz, sülh və inkişaf şəraitində yaşamaq arzumuz hamıya məlum olacaq. 500 il ərzində bir-birimizi tanımamışıq. Lakin bundan sonra bir-birimizi tanıyacağıq. Bakı və Karakas, inkişaf edən iki dövlətimiz inkişafda olan digər ölkələrlə yanaşı, bəyan etmək istəyirik ki, biz xalqlarımız üçün sülh və rifah arzu edirik. Məhz bu məqsəd üçün çalışırıq. Xalqlarımızın xoşbəxtliyi üçün əlaqələr qururuq. İqtisadi sahədə bir sıra tədbirlərin görülməsi ilə bağlı razılığa gəldik. İqtisadi məsələlər üzrə vitse-prezident buradadır. Yaxın vaxtlarda xarici ticarət və sərmayələr naziri Xesus Farias ticari münasibətlərin stimullaşdırılması, təmasların qurulması və məlumat mübadiləsi istiqamətində zəruri addımların atılması üçün Bakıya səfər edəcək.

Bizim iki güclü neft şirkətimiz iqtisadi, maliyyə, texnoloji, ticari və praktiki mübadilələr üçün yaxın vaxtlarda əməkdaşlığa başlayacaq. Prezident Əliyev bildirmişdir ki, Azərbaycan neftinin 95 faizi dənizdə hasil olunur. Bu, Venesuela üçün lazım olan zəngin təcrübədir. Texniki mütəxəssislərimiz təkmilləşə, dövlətlərimiz və şirkətlərimiz arasında enerji sahəsində münasibətlər daha da dərinləşə bilər.

Eyni zamanda, İstanbulda qeyd etdiyimiz kimi, biz kənd təsərrüfatı sahəsində irəliləyiş əldə edə bilərik. Mən Pablo Peres Alfonsoya istinad etmək istərdim. Həmin müdrik adam OPEC-in yaradıcılarından biridir. İyirminci əsrin əvvəlində o, belə bir nəticəyə gəldi ki, neft bəla da gətirir və Venesuelada iqtisadiyyatımızın şaxələndirilməsinin qarşısını alır. XIX əsrin sonunda - XX əsrin əvvəllərində Venesuelada bu cür sistem quruldu. Ölkə 1922-1970-ci illər ərzində çox böyük həcmdə neft hasil və ixrac edirdi. Bakı isə həmin vaxt Hitleri məğlub etmək məqsədilə Sovet Ordusunu neft ilə təmin edirdi. Biz isə Amerika və Avropanın birləşmiş silahlı qüvvələrinə Avropa cəbhəsində neft verirdik. Bu faktı biz yaxın zamanlarda müəyyən etmişik. Venesuelada həmin zaman "neft gəlirlərinə" əsaslanan sistem qurulmuşdu. Lakin həmin sistem artıq çoxdan çöküb. Bu səbəbdən biz iqtisadiyyatımızın şaxələndirilməsi üçün yeni inkişaf sahələrini müəyyən etdik. Bu, böyük səylər, texnologiyalar tələb edir. Neft hasil edən ölkə olaraq, mən iqtisadiyyatlarımızın şaxələndirilməsində təcrübə mübadiləsi vasitəsilə bu səylərin birgə göstərilməsini Prezidentə təklif etdim".

Daha sonra Venesuela Prezidenti əlavə edib: "Biz, həmçinin OPEC və qeyri-OPEC ölkələri arasında razılaşma haqqında danışdıq. Bu razılaşmanın əldə olunmasına, yekun sazişin imzalanmasına çox yaxınıq. Bu, neft bazarında sabitliyin bərqərar olunması mərhələsi, real qiymətin qurulması üçün elan edilə bilər. İstanbulda da Prezident bildirdi ki, neft sənayesi üçün dünyada ədalətli və real qiymətlər olmalıdır. Son iki ildə dünyanın neft sərmayələri üzrə rəsmi statistikası ilə tanış olmuşuq. Son 45 illik müddəti götürsək, axırıncı 22 ay ərzində neftin ən aşağı qiymətlərini müşahidə etdik. Proses 2014-cü ilin oktyabrından başladı. Həmin vaxt neft sərmayəsi dünya miqyasında 700 milyarddan 520 milyarda düşmüşdü. Qarşımızda duran sual ondan ibarətdir ki, bir barrelin 20-30 dollara olması dünya iqtisadiyyatı və sabitliyi üçün məqbuldurmu? Neft sektorunda sərmayələr artıq kifayət deyil. Halbuki, bəzi illərdə neftin qiyməti 150 dollar təşkil edib. Bu, düzgün deyil. Nail olmağa çalışdığımız razılaşma OPEC ilə qeyri-OPEC ölkələri arasında siyasi iradə tələb edir. Azərbaycanı da buraya aid etmək olar. Biz həmin sazişə çox yaxınıq. Çox nikbin baxıram ki, bu razılaşma lap yaxın vaxtlarda əldə olunacaq və elan ediləcək. Bu, sabitlik və sərmayələr, gəlirlər və rifah, sabit hasilat və neftin qiymətinin yeni düstur dövrünə yol açacaq. Bu, OPEC və qeyri-OPEC ölkələri arasındakı razılaşmaya söykənəcək. Bir sözlə, Azərbaycandan başladığımız bu səfər çox uğurlu olacaq. Mən Prezidentə verdiyi məsləhətə, rəyə və nümayiş etdirdiyi iradəyə görə bir daha minnətdaram. Ümid edirəm ki, gələn günlər ərzində səfərimizi uğurla davam etdirəcəyik. Əməkdaşlığımız nəinki Qoşulmama Hərəkatı daxilində, o cümlədən dünyada sülhün bərqərar olunması naminə davam edəcək".

Nikolas Maduro bildirib ki, "Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin həyata keçirilməsi məsələlərində iradəmizə, dəstəyimizə hər zaman arxalana bilər. Biz bir çox dünya ölkələrinin dəstəyi ilə Təhlükəsizlik Şurasına üzv seçilmişik. Təhlükəsizlik Şurasının daxilində əlimizdən gələni edəcəyik ki, beynəlxalq hüquq tətbiq olunsun. Azərbaycan öz milli maraqlarının qorunmasında çox aydın fəaliyyət göstərib. Venesuela Sizin yeni, etibarlı dostunuzdur. Cənab Prezident, Venesuela xalqının, dövlətinin, vətənimiz Bolivarın adından bir daha bildirirəm ki, bizə arxalana bilərsiniz. Biz dostuq. Bir-birimizə etibar edirik. Dövlətlərimizin rifahını və dünyada sülhü təmin etmək əzmindəyik".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Azərbaycanlı gənclərdən MÖHTƏŞƏM İXTİRA - yeni təyyarə - VİDEO

19 Avqust 2017 21:03

Türkiyədə güclü partlayış

19 Avqust 2017 20:58

"Problemimiz psixologiya ilə bağlıdı" - Elxan Abdullayev

19 Avqust 2017 20:47

"Mançester Yunayted" rəqibini 4 qolla məğlub etdi

19 Avqust 2017 20:45

Bu il sağlamlıq imkanları məhdud olduğuna görə müavinət alan uşaqların sayı açıqlanıb

19 Avqust 2017 20:42

Türkmənistanda spirtli içkilərin satışı qadağan edildi

19 Avqust 2017 20:33

İspaniyada “erməni soyqırımı” iddiaçısı olan türk yazıçı tutuldu

19 Avqust 2017 20:29

Hindistanda qatar reysdən çıxdı - ölanlərin sayı 20-ə çatdı

19 Avqust 2017 20:28

Sürücünü tapança ilə hədələyən şəxslə bağlı

19 Avqust 2017 20:19

Tanınmış müğənninin sevgilisi 3 aylıq hamilədir - FOTOLAR

19 Avqust 2017 20:18

Türkmənistanda oktyabradək spirtli içkilərin satışı qadağan edilib

19 Avqust 2017 20:17

"Neftçi"nin baş məşqçisini istefaya səslədilər

19 Avqust 2017 20:17

Sızanaqları yox edən təbii maskalar

19 Avqust 2017 20:08

Qarabağda yeni müharibəyə YAŞIL İŞIQ, İrəvan üçün qaçılmaz SONLUQ... - HƏFTƏNİN SİYASİ XÜLASƏSİ

19 Avqust 2017 20:03

Güclü külək festival çadırını uçurdu

19 Avqust 2017 19:52

Atmosferi çirkləndirən sürücülər cərimələndi

19 Avqust 2017 19:49

Təcavüz olunan müğənni 250 milyon izləyicisi ilə vidalaşmadan ayrıldı

19 Avqust 2017 19:48

Avstraliyada naməlum şəxs avtomobili kütlənin üzərinə sürüb, 7 nəfər xəsarət alıb

19 Avqust 2017 19:47

Sabaha olan hava proqnozu

19 Avqust 2017 19:36

Çox yaşamaq istəyənlərin nəzərinə

19 Avqust 2017 19:33

Heç kimin buraxılmadığı sirli şəhər

19 Avqust 2017 19:28

Rusiya paytaxtının köçürülməsi TƏKLİFİ

19 Avqust 2017 19:23

İspaniyanın daxili işlər naziri: “İki terror aktı törədən dəstə zərərsizləşdirilib”

19 Avqust 2017 19:22

Ağdaşda “Chevrolet” su kanalına düşdü - Sürücü həyatını itridi

19 Avqust 2017 19:08

Bu oteldə qalanlar hər an ölə bilər

19 Avqust 2017 19:08

Könül Xasıyevaya qarşı dələduzluq - 70 min manatını aldılar

19 Avqust 2017 18:59

Müəllimlərin əmək haqları artırılacaq

19 Avqust 2017 18:56

Əfsanəvi dizaynerin HİKMƏTLİ FİKİRLƏRİ: “Əsl alicənablıq nankorluğu bağışlamaq bacarığıdır”

19 Avqust 2017 18:48

Renat Dadaşov dubl etdi, "Ayntraxt" qələbə qazandı

19 Avqust 2017 18:47

Ata və 2 oğlunu güllələdi

19 Avqust 2017 18:47

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Samuxda körpələr evi-uşaq bağçası inşa edilib

19 Avqust 2017 18:42

“Chevrolet” Yuxarı Şirvan kanalına aşıb: ölən var

19 Avqust 2017 18:39

Ağdaşda “Chevrolet” su kanalına düşdü

19 Avqust 2017 18:35

Qadınlarda ombanın böyüməsinin SƏBƏBİ bəlli oldu

19 Avqust 2017 18:33

Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının 8,55 kilometrlik hissəsi istifadəyə verilib

19 Avqust 2017 18:32

İŞİD Surqutdakı hücumu öz üzərinə götürüb

19 Avqust 2017 18:24

İdeal plov hazırlamaq üçün ölkənin baş kulinarından A-dan Z-yə hər şey

19 Avqust 2017 18:23

Tarkanın vəfat etmiş atası...

19 Avqust 2017 18:15

2018-ci ilin yanvarından 40 minə yaxın müəllimin əmək haqqı artırılacaq

19 Avqust 2017 18:13

Zəncəfilin möcüzəvi faydaları

19 Avqust 2017 18:02

Məşhur futbol klubu verdiyi sözü tutdu

19 Avqust 2017 17:58

Dmitri Nazarov: "Daha yaxşı nəticələrimiz irəlidədir"

19 Avqust 2017 17:57

9 nəfəri ildırım vurdu

19 Avqust 2017 17:55

Prezident Samuxda yeni yolun açılışını etdi

19 Avqust 2017 17:54

Vizit kartını iki əllə təqdim et, başına toxunma, bərkdən danış - QƏRİBƏ ADƏTLƏR

19 Avqust 2017 17:53

İŞİD Surqutdakı hücumun məsuliyyətini üzərinə götürüb

19 Avqust 2017 17:42

Türkiyədə dövlət xəstəxanasında rəzalət

19 Avqust 2017 17:39

Prezidentdən 24 yaş böyük həyat yoldaşı: “Geyimimə diqqət yetirilməsini sevmirəm ”

19 Avqust 2017 17:38

İlham Əliyev Samuxda səfərdədir (YENİLƏNİR)

19 Avqust 2017 17:33

Azərbaycandakı səhmdar cəmiyyətlərdən birinin rəhbərliyi yenidən formalaşdırılacaq

19 Avqust 2017 17:32