“Bizim iki güclü neft şirkətimiz yaxın vaxtlarda əməkdaşlığa başlayacaq”.

“Bizim iki güclü neft şirkətimiz yaxın vaxtlarda əməkdaşlığa başlayacaq”.
18:38 22 Oktyabr 2016
23 Ölkə
Ölkə mətbuatı
A- A+

Türkiyə də dənizdə neft axtarışlarına başlayacaq (10 Mart 2017 08:47)
Aİ səfiri: "Azərbaycanla danışıqların yeni mərhələsi yaxın vaxtlarda başlayacaq” (03 Mart 2017 10:37)

“Bizim iki güclü neft şirkətimiz yaxın vaxtlarda əməkdaşlığa başlayacaq”.

Publika.az xəbər verir ki, bunu Venesuela prezidenti Nikolas Maduro oktyabrın 22-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatlarla çıxış edərkən deyib.

Venesuela prezidenti qeyd edib ki, dünən axşam 15 saatlıq uçuşdan sonra gəlib: “Amma bu yol bizə uzaq görünmədi. İyirmi birinci əsr davam etdikcə biz bir-birimizə get-gedə daha da yaxınlaşırıq. Bu ana qədər hörmətə və dostluğa əsaslanaraq nümayəndə heyətimizi çox səmimiyyətlə qarşıladınız. Bakıda gəzintiyə çıxdıq. Əfsanəvi Xəzər dənizi çox gözəldir. Şəhər çox möhtəşəmdir. Azərbaycan xalqının qəhrəman şəhidlərinin xatirəsini yad etdik. Siz Vətən üçün həyatından keçmiş oğul və qızlarınızın adını uca tutursunuz, dəyərlərinizə sadiqsiniz. Biz bunun şahidi olduq. Simon Bolivarın, Prezident Çavesin irsinə bağlı insanlar kimi, biz ölkənizə vurulduq, səmimi qəbula görə təşəkkür edirik".

Nikolas Maduro bildirib ki, Azərbaycan Prezidenti ilə çox maraqlı və əhatəli müzakirələri olub: "Qoşulmama Hərəkatında tərəfdaşıq. Üç ildən sonra - 2019-cu ildə yenidən buraya, Azərbaycana səfər edəcəyik. Əlbəttə, həmin vaxta qədər çox səfərlərimiz olacaq. Lakin 2019-cu ildə Bakıda Qoşulmama Hərəkatının Sammiti keçiriləcək. Şəhərin gözəlliyini nəzərə alaraq, bilirik ki, bu Zirvə görüşü çox uğurlu olacaq. Marqarita adasında keçirilmiş toplantıda Qoşulmama Hərəkatı daxilində daha fəal olmaq, yeni əlaqələr, yəni, ölkələrimiz arasında mədəniyyət, humanitar, iqtisadi sahələrdə əsl dərin münasibətlər qurmaq qərarına gəlmişik. Hazırda ölkəmiz üç illik müddət ərzində təşkilatın sədridir. Azərbaycan isə 2019-2022-ci illərdə təşkilatın sədri olacaq. Buna görə də həmrəyliyin qurulmasında ümumi məsuliyyət daşıyırıq. Biz dünyanın inkişaf edən ölkələriyik. İyirmi birinci əsr bizim əsrimizdir. Bu əsr ərzində mədəniyyətlərimiz, dəyərlərimiz, sülh və inkişaf şəraitində yaşamaq arzumuz hamıya məlum olacaq. 500 il ərzində bir-birimizi tanımamışıq. Lakin bundan sonra bir-birimizi tanıyacağıq. Bakı və Karakas, inkişaf edən iki dövlətimiz inkişafda olan digər ölkələrlə yanaşı, bəyan etmək istəyirik ki, biz xalqlarımız üçün sülh və rifah arzu edirik. Məhz bu məqsəd üçün çalışırıq. Xalqlarımızın xoşbəxtliyi üçün əlaqələr qururuq. İqtisadi sahədə bir sıra tədbirlərin görülməsi ilə bağlı razılığa gəldik. İqtisadi məsələlər üzrə vitse-prezident buradadır".

"Bizim iki güclü neft şirkətimiz iqtisadi, maliyyə, texnoloji, ticari və praktiki mübadilələr üçün yaxın vaxtlarda əməkdaşlığa başlayacaq. Prezident Əliyev bildirmişdir ki, Azərbaycan neftinin 95 faizi dənizdə hasil olunur. Bu, Venesuela üçün lazım olan zəngin təcrübədir. Texniki mütəxəssislərimiz təkmilləşə, dövlətlərimiz və şirkətlərimiz arasında enerji sahəsində münasibətlər daha da dərinləşə bilər. Eyni zamanda, İstanbulda qeyd etdiyimiz kimi, biz kənd təsərrüfatı sahəsində irəliləyiş əldə edə bilərik. Mən Pablo Peres Alfonsoya istinad etmək istərdim. Həmin müdrik adam OPEC-in yaradıcılarından biridir. İyirminci əsrin əvvəlində o, belə bir nəticəyə gəldi ki, neft bəla da gətirir və Venesuelada iqtisadiyyatımızın şaxələndirilməsinin qarşısını alır. XIX əsrin sonunda – XX əsrin əvvəllərində Venesuelada bu cür sistem quruldu. Ölkə 1922-1970-ci illər ərzində çox böyük həcmdə neft hasil və ixrac edirdi. Bakı isə həmin vaxt Hitleri məğlub etmək məqsədilə Sovet Ordusunu neft ilə təmin edirdi. Biz isə Amerika və Avropanın birləşmiş silahlı qüvvələrinə Avropa cəbhəsində neft verirdik. Bu faktı biz yaxın zamanlarda müəyyən etmişik. Venesuelada həmin zaman “neft gəlirlərinə” əsaslanan sistem qurulmuşdu. Lakin həmin sistem artıq çoxdan çöküb. Bu səbəbdən biz iqtisadiyyatımızın şaxələndirilməsi üçün yeni inkişaf sahələrini müəyyən etdik. Bu, böyük səylər, texnologiyalar tələb edir. Neft hasil edən ölkə olaraq, mən iqtisadiyyatlarımızın şaxələndirilməsində təcrübə mübadiləsi vasitəsilə bu səylərin birgə göstərilməsini Prezidentə təklif etdim", - deyə Venesuela prezidenti vurğulayıb.

Nikolas Maduro həmçinin OPEC və qeyri-OPEC ölkələri arasında razılaşma haqqında danışdıqlarını diqqətə çatdırıb: "Bu razılaşmanın əldə olunmasına, yekun sazişin imzalanmasına çox yaxınıq. Bu, neft bazarında sabitliyin bərqərar olunması mərhələsi, real qiymətin qurulması üçün elan edilə bilər. İstanbulda da Prezident bildirdi ki, neft sənayesi üçün dünyada ədalətli və real qiymətlər olmalıdır. Son iki ildə dünyanın neft sərmayələri üzrə rəsmi statistikası ilə tanış olmuşuq. Son 45 illik müddəti götürsək, axırıncı 22 ay ərzində neftin ən aşağı qiymətlərini müşahidə etdik. Proses 2014-cü ilin oktyabrından başladı. Həmin vaxt neft sərmayəsi dünya miqyasında 700 milyarddan 520 milyarda düşmüşdü. Qarşımızda duran sual ondan ibarətdir ki, bir barrelin 20–30 dollara olması dünya iqtisadiyyatı və sabitliyi üçün məqbuldurmu? Neft sektorunda sərmayələr artıq kifayət deyil. Halbuki, bəzi illərdə neftin qiyməti 150 dollar təşkil edib. Bu, düzgün deyil. Nail olmağa çalışdığımız razılaşma OPEC ilə qeyri-OPEC ölkələri arasında siyasi iradə tələb edir. Azərbaycanı da buraya aid etmək olar. Biz həmin sazişə çox yaxınıq. Çox nikbin baxıram ki, bu razılaşma lap yaxın vaxtlarda əldə olunacaq və elan ediləcək. Bu, sabitlik və sərmayələr, gəlirlər və rifah, sabit hasilat və neftin qiymətinin yeni düstur dövrünə yol açacaq. Bu, OPEC və qeyri-OPEC ölkələri arasındakı razılaşmaya söykənəcək. Bir sözlə, Azərbaycandan başladığımız bu səfər çox uğurlu olacaq. Mən Prezidentə verdiyi məsləhətə, rəyə və nümayiş etdirdiyi iradəyə görə bir daha minnətdaram. Ümid edirəm ki, gələn günlər ərzində səfərimizi uğurla davam etdirəcəyik. Əməkdaşlığımız nəinki Qoşulmama Hərəkatı daxilində, o cümlədən dünyada sülhün bərqərar olunması naminə davam edəcək".

"Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin həyata keçirilməsi məsələlərində iradəmizə, dəstəyimizə hər zaman arxalana bilər. Biz bir çox dünya ölkələrinin dəstəyi ilə Təhlükəsizlik Şurasına üzv seçilmişik. Təhlükəsizlik Şurasının daxilində əlimizdən gələni edəcəyik ki, beynəlxalq hüquq tətbiq olunsun. Azərbaycan öz milli maraqlarının qorunmasında çox aydın fəaliyyət göstərib. Venesuela Sizin yeni, etibarlı dostunuzdur. Cənab Prezident, Venesuela xalqının, dövlətinin, vətənimiz Bolivarın adından bir daha bildirirəm ki, bizə arxalana bilərsiniz. Biz dostuq. Bir-birimizə etibar edirik. Dövlətlərimizin rifahını və dünyada sülhü təmin etmək əzmindəyik", - deyə Venesuela prezidenti qeyd edib.

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Səyyahlar üçün mebel - FOTO

28 May 2017 01:32

Nömrəni səhv yığdı, xoşbəxt oldu

28 May 2017 01:29

Putinlə Ərdoğan telefonla danışdı

28 May 2017 01:28

Hər gün 5 alma çəyirdəyi yeyin

28 May 2017 01:09

Ermənistanda gömrük məntəqəsinin rəisi həbs edildi

28 May 2017 01:03

İtaliyada G7 sammitinə etiraz edənlərlə polis arasında toqquşma olub

28 May 2017 01:02

Azərbaycanda 28 May

28 May 2017 00:42

G7 sammiti başa çatdı

28 May 2017 00:38

Ən çox milyarderi olan ölkələr

28 May 2017 00:16

Astroloji proqnoz - 28 may

28 May 2017 00:13

Azərbaycan Xalq Cümhuriyyəti 98 yaşında

28 May 2017 00:07

“NATO PA-da növbəti dəfə erməni yalanının şahidi olduq” - Siyavuş Novruzov

28 May 2017 00:05

İtalyan model Silviya - FOTO

28 May 2017 00:05

Günün qoroskopu: ünsiyyət üçün əla gündür

28 May 2017 00:05

Böyük məbləğə satılan 15 qəribə rəsm əsəri - FOTO

28 May 2017 00:05

Oruc tutan şəxslər idmanla məşğul ola bilər?

27 May 2017 23:57

Alimlər keçəlliyin səbəbini tapdılar

27 May 2017 23:57

Facebook-a bağlılığınız uşaqlarınıza mənfi təsir edir

27 May 2017 23:57

Keçmiş senator həyatını itirdi

27 May 2017 23:54

İftarda ərik suyu için

27 May 2017 23:52

Putin və Ərdoğan arasında telefon danışığı olub

27 May 2017 23:47

“Həzrət Davudun (ə) orucu” nə deməkdir?

27 May 2017 23:47

Kamran Ağayev "Amkar" klubuna keçə bilər

27 May 2017 23:43

Oruc tutanlar bu xəbəri mütləq oxuyun! - həkim məsləhəti

27 May 2017 23:42

Moruqla müalicə olunmaq üçün 5 resept

27 May 2017 23:37

"Arsenal" 13-cü dəfə İngiltərə Kubokunun sahibi olub

27 May 2017 23:37

Serial ulduzu kurortda istirahət edir - FOTO

27 May 2017 23:32

Yeniyetmə avarçəkənimiz Avropa çempionatında finala çıxdı

27 May 2017 23:32

Bülənt Ərsoyu kobranın sancdığı görüntülər ortaya çıxdı

27 May 2017 23:30

Bülent Ersoyu kobranın vurduğu anlar ortaya çıxdı - VİDEO

27 May 2017 23:27

Bu 11 qidanı soyuducunun buzluğunda saxlamaq olmaz

27 May 2017 23:27

Ramazan ayında niyə xurma yeyilir?

27 May 2017 23:22

“Arsenal” mövsümü kubokla bitirdi

27 May 2017 23:17

Orucu neçə yaşından tutmaq vacibdir?

27 May 2017 23:17

Bıçağınız kütdür?

27 May 2017 23:13

Özlərini dəyişən adamların şousu başlanır - FOTO

27 May 2017 23:12

Ərəb biznesmen Trampın evli qızına elçi düşdü

27 May 2017 23:12

Qaxda 9-cu sinif şagirdini maşın vurdu

27 May 2017 23:12

“Qarabağ”dan tarixi ilk

27 May 2017 23:12

İsti Ramazan ayında susuzluq ilə necə mübarizə aparmalı?

27 May 2017 23:12

“Yuventus”dan səfər qələbəsi - YENİLƏNİR

27 May 2017 23:12

Qəfil gələn ƏCƏL ZƏNGİ - Qusarda bədbəxt hadisə

27 May 2017 23:08

Azərbaycanın Respublika Günü Macarıstanda qeyd olunub

27 May 2017 23:05

Həşəratlardan qurtulmaq üçün ev üsulları

27 May 2017 22:57

"Arsenal" mövsümü kubokla başa vurdu

27 May 2017 22:57

Birinci vitse-prezident Mehriban Əliyeva Milli Aviasiya Akademiyası və ADA Universitetinin Respublika Günü münasibətilə birgə tədbirində iştirak edib (FOTO)

27 May 2017 22:55

Türkiyədə zəlzələ

27 May 2017 22:53

Adınızın baş hərfi sizinlə bağlı hansı sirləri gizlədir... - YOXLAYIN

27 May 2017 22:52

Ramazan ayında qida rasionunda nələrə diqqət edilməlidir?

27 May 2017 22:52

Yaşıl çayın faydaları və zərərləri

27 May 2017 22:51