Şərab şirkətinin qazanxanası partladı

Şərab şirkətinin qazanxanası partladı
18:42 22 Oktyabr 2016
52 Ölkə
Ölkə mətbuatı
A- A+

Xaçmaz rayonunun Xudat şəhərindəki "Azərşərab-İ" MMC-nin qazanxanasında partlayış baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, oktyabrın 21-də saat 06 radələrində Xaçmaz rayonunun Xudat şəhərindəki "Azərşərab-İ" MMC-nin qazanxanasında (ilkin məlumata əsasən, təzyiqin yüksək olmasından) partlayış baş verib.

Nəticədə qazanın buxar çıxan hissəsi qoparaq təxminən 50 metr kənarda yerləşən şəhər sakini Adil Cəbrayılova məxsus fındıq emalı sexinin damına düşərək onu yararsız hala salıb. Xəsarət alan olmayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/482159.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR