"Azərbaycanda qonaq olarkən-mədəniyyət və mətbəx" kitabı Almaniyada təqdim olunub - FOTO

"Azərbaycanda qonaq olarkən-mədəniyyət və mətbəx" kitabı Almaniyada təqdim olunub - FOTO
18:57 22 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Oktyabrın 21-də Beynəlxalq Frankfurt Kitab Yarmarkası çərçivəsində Heydər Əliyev Fondu və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Avropa Azərbaycanlıları Konqresinin təşəbbüsü ilə alman fotoqrafı Barbara Lutterbekin 2014-cü ildə Azərbaycana səfərinə həsr olunmuş "Azərbaycanda qonaq olarkən - mədəniyyət və mətbəx" kitabının təqdimat mərasimi keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, təqdimat mərasimində kitabın müəllifi Barbara Lutterbeck, "WIENAND" nəşriyyatının rəhbəri Michael Wienand, Azərbaycan Respublikasının Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, Diasporla İş uzrə Dövlət Komitəsinin əməkdaşları Arzu Təbrizli ve Ofelya Talışinskaya, Avropa Azerbaycanlıları Konqresinin sədri Samira Patzer-İsmaylova, Azərbaycan Respublikasının Almaniyadaki Səfirliyinin ikinci katibi Sara Abasova iştirak ediblər.

Təqdimat mərasimini "WIENAND" nəşriyyatının rəhbəri cənab Wienand açaraq, Azərbacandan gələn qonaqları salamlayıb. Daha sonra AAK-ın sədri Samira Patzer-İsmailova çıxış edərək kitabın nəşrinə dəstək verən Heydər Əliyev Fonduna ve Diasporla İş üzrə Dövlət Komitəsinə təşəkkür edib. Dövlət Komitəsinin əməkdaşı Arzu Təbrizli kitabla bağlı ideyanın yaranma tarixçəsi məlumat verib.

AAK-nin sədri Samira Patzer-İsmailova və müəllif Barbara Lutterbek mətnlərin yazarı Brunhilde Seelsorgenin yaradıcı yanaşmasından danışıb, Heydər Əliyev Fonduna kitabın nəşrinə göstərilən dəstəyə görə təşəkkürlərini bildiriblər. AAK-ın kitabın nəşri ilə bağlı bir sıra məsələlərin həllinə təşkilati dəstək verdiyi iştirakçıların diqqətinə çatdırılıb. Daha sonra kitabın məzmunu barədə məlumat verən fotoslayd nümayiş etdirilib, kitabda toplanmış fotolar əsasında Azərbaycan haqqında ətraflı məlumat verilib. Tədbirin sonunda qonaqlara kitablar ve nəşriyyatın hədiyyələri təqdim edilib.

Tədbirdə M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru Tahir Kərimov, F.Köçərli adına uşaq Kitabxanasının direktoru Şəhla Qənbərova, Almaniya Əyalət Parlamentinin uzvu Rahim Şmidt, Maynz Azərbaycan Cəmiyyətinin sədri Başar Kömür, Frankfurt Azərbaycan Cəmiyyətinin sədri Kəmalə İsgəndərova, Dağ Yəhudiləri Cəmiyyətinin sədri Orxan Şafadyayev, Frankfurt Xaricilər Şurasının sədri Cume Mammadov, Alman ictimaiyyətinin ve Azərbaycan diasporunun numayəndələri, Kitab yarmarkasının qonaqları iştirak ediblər.

Qeyd edək ki, "Azərbaycanda qonaq olarkən- mədəniyyət və mətbəx" adlı kitab Köln şəhərində fəaliyyət göstərən "WIENAND" nəşriyyat evi tərəfindən iki dildə - alman və ingilis dillərində çap edilib. Kitabin tərtibatında Bakı şəhərində və bir sıra rayonlarda çəkilmiş rəngarəng fotolardan istifadə edilib. Kitabda alman Elmi mənbələrindən qaynaqlanan Azərbaycan tarixilə bağlı maraqlı faktlar, Azərbaycanın əsrlərdən bəri Avropanın bir sıra ölkələri ilə qurdugu əlaqələr haqqında, Azərbaycan mədəniyyəti və mətbəxinə dair geniş məlumat verilib. Kitab sərgi izləyiciləri tərəfindən böyük maraqla qarşılanıb. "WIENAND" nəşriyyat evi "'Azərbaycanda qonaq olarkən- mədəniyyət və mətbəx" adlı kitabı Almaniyanın bir sıra böyük şəhərlərinin kitab dükanlarında oxuculara təqdim edəcək.

Milli.Az










Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/482162.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR