Venesuela prezidenti iki ölkə iqtisadiyyatının şaxələndirilməsində birgə səy göstərilməsini təklif edib

Venesuela prezidenti iki ölkə iqtisadiyyatının şaxələndirilməsində birgə səy göstərilməsini təklif edib
19:05 22 Oktyabr 2016
42 Ölkə
Ölkə mətbuatı
A- A+

Nikolas Maduro Trampdan Venesueladan əl çəkməyi xahiş edib (20 May 2017 08:32)
Maduro İspnaiyanın baş nazirini təhqir etdi: "Qorxaq..." (14 May 2017 16:53)
Maduro müxalifəti dinc sakinləri öldürməkdə suçladı (12 May 2017 18:47)

"Bizim iki güclü neft şirkətimiz iqtisadi, maliyyə, texnoloji, ticari və praktiki mübadilələr üçün yaxın vaxtlarda əməkdaşlığa başlayacaq. Prezident Əliyev bildirmişdir ki, Azərbaycan neftinin 95 faizi dənizdə hasil olunur. Bu, Venesuela üçün lazım olan zəngin təcrübədir. Texniki mütəxəssislərimiz təkmilləşə, dövlətlərimiz və şirkətlərimiz arasında enerji sahəsində münasibətlər daha da dərinləşə bilər".

AZƏRTAC-ın məlumatına görə, bunu Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro Azərbaycan Prezidenti İlham Əliyev ilə bu gün mətbuata bəyanatlarla çıxış edərkən deyib.

Venesuela Prezidenti bildirib: "Eyni zamanda, İstanbulda qeyd etdiyimiz kimi, biz kənd təsərrüfatı sahəsində irəliləyiş əldə edə bilərik. Mən Pablo Peres Alfonsoya istinad etmək istərdim. Həmin müdrik adam OPEC-in yaradıcılarından biridir. İyirminci əsrin əvvəlində o, belə bir nəticəyə gəldi ki, neft bəla da gətirir və Venesuelada iqtisadiyyatımızın şaxələndirilməsinin qarşısını alır. XIX əsrin sonunda - XX əsrin əvvəllərində Venesuelada bu cür sistem quruldu. Ölkə 1922-1970-ci illər ərzində çox böyük həcmdə neft hasil və ixrac edirdi. Bakı isə həmin vaxt Hitleri məğlub etmək məqsədilə Sovet Ordusunu neft ilə təmin edirdi. Biz isə Amerika və Avropanın birləşmiş silahlı qüvvələrinə Avropa cəbhəsində neft verirdik. Bu faktı biz yaxın zamanlarda müəyyən etmişik. Venesuelada həmin zaman "neft gəlirlərinə" əsaslanan sistem qurulmuşdu. Lakin həmin sistem artıq çoxdan çöküb. Bu səbəbdən biz iqtisadiyyatımızın şaxələndirilməsi üçün yeni inkişaf sahələrini müəyyən etdik. Bu, böyük səylər, texnologiyalar tələb edir. Neft hasil edən ölkə olaraq, mən iqtisadiyyatlarımızın şaxələndirilməsində təcrübə mübadiləsi vasitəsilə bu səylərin birgə göstərilməsini Prezidentə təklif etdim.

Biz, həmçinin OPEC və qeyri-OPEC ölkələri arasında razılaşma haqqında danışdıq. Bu razılaşmanın əldə olunmasına, yekun sazişin imzalanmasına çox yaxınıq. Bu, neft bazarında sabitliyin bərqərar olunması mərhələsi, real qiymətin qurulması üçün elan edilə bilər. İstanbulda da Prezident bildirdi ki, neft sənayesi üçün dünyada ədalətli və real qiymətlər olmalıdır. Son iki ildə dünyanın neft sərmayələri üzrə rəsmi statistikası ilə tanış olmuşuq. Son 45 illik müddəti götürsək, axırıncı 22 ay ərzində neftin ən aşağı qiymətlərini müşahidə etdik. Proses 2014-cü ilin oktyabrından başladı. Həmin vaxt neft sərmayəsi dünya miqyasında 700 milyarddan 520 milyarda düşmüşdü. Qarşımızda duran sual ondan ibarətdir ki, bir barrelin 20-30 dollara olması dünya iqtisadiyyatı və sabitliyi üçün məqbuldurmu? Neft sektorunda sərmayələr artıq kifayət deyil. Halbuki, bəzi illərdə neftin qiyməti 150 dollar təşkil edib. Bu, düzgün deyil. Nail olmağa çalışdığımız razılaşma OPEC ilə qeyri-OPEC ölkələri arasında siyasi iradə tələb edir. Azərbaycanı da buraya aid etmək olar. Biz həmin sazişə çox yaxınıq. Çox nikbin baxıram ki, bu razılaşma lap yaxın vaxtlarda əldə olunacaq və elan ediləcək. Bu, sabitlik və sərmayələr, gəlirlər və rifah, sabit hasilat və neftin qiymətinin yeni düstur dövrünə yol açacaq. Bu, OPEC və qeyri-OPEC ölkələri arasındakı razılaşmaya söykənəcək. Bir sözlə, Azərbaycandan başladığımız bu səfər çox uğurlu olacaq. Mən Prezidentə verdiyi məsləhətə, rəyə və nümayiş etdirdiyi iradəyə görə bir daha minnətdaram. Ümid edirəm ki, gələn günlər ərzində səfərimizi uğurla davam etdirəcəyik. Əməkdaşlığımız nəinki Qoşulmama Hərəkatı daxilində, o cümlədən dünyada sülhün bərqərar olunması naminə davam edəcək".

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Cinsi həyata təsir edən XƏSTƏLİKLƏR

27 May 2017 04:48

ABŞ-da partlayış nəticəsində 1 nəfər ölüb

27 May 2017 04:22

Liviyada silahlılar Qəddafiyə bağlı məmurların saxlandığı türməni ələ keçirib

27 May 2017 04:02

Dünyanın ən çox qazanan futbolçularının SİYAHISI

27 May 2017 03:48

Almaniyada maşın metro stansiyasına girib:

27 May 2017 03:34

G7 ölkələrinin liderləri terrorizmlə mübarizəyə dair bəyannamə imzalayıblar

27 May 2017 03:32

Ağcabədidə "Daewoo" yanıb

27 May 2017 03:22

Parisdə terror həyəcanı

27 May 2017 02:48

Mariya Zaxarova: “Bakı məni heyran etdi”

27 May 2017 02:42

Qriqori Karasin: “Azərbaycan və Rusiya prezidentləri iyunun 8-9-da Astanada görüşəcəklər"

27 May 2017 02:37

Meksikada başı kəsilmiş beş meyit tapılıb

27 May 2017 02:29

"Mançester Yunayted" futbolçusu ilə müqavilə yenilədi

27 May 2017 02:28

Dünyanın ən yüksək ödənişli futbolçularının siyahısı açıqlanıb

27 May 2017 02:07

İsveçdə partlayış baş verib

27 May 2017 01:53

Çində bayker yanacaqdoldurma məntəqəsində motosikletini yandırıb

27 May 2017 01:42

"İyunda Rusiya və Azərbaycan prezidentlərinin görüşü gözlənilir”

27 May 2017 01:33

Tovuzda dəhşətli sürpriz:

27 May 2017 01:31

Azərbaycanın Respublika və Silahlı Qüvvələr günləri Londonda təntənəli şəkildə qeyd olunub

27 May 2017 01:29

İsveçin Malmö şəhərində partlayış baş verib

27 May 2017 01:22

Görünməmiş QƏZA: Maşın metroya girdi - FOTO

27 May 2017 01:18

Misir HHQ terrorçuların Liviya ərazisindəki mövqelərinə hava zərbələri endirib

27 May 2017 01:08

FHN-in mərkəzlərində Respublika Gününə həsr olunmuş tədbirlər keçirilib

27 May 2017 01:07

Berlində maşın metroya girib, 6 nəfər xəsarət alıb

27 May 2017 01:02

Mançester terroru ilə bağlı daha bir şübhəli saxlanıldı

27 May 2017 00:58

Mançesterdə terror aktı ilə bağlı daha bir nəfər saxlanılıb

27 May 2017 00:36

Azərbaycan nefti ucuzlaşıb

27 May 2017 00:36

Ramazan ayı başladı

27 May 2017 00:23

Astroloji proqnoz - 27 may

27 May 2017 00:08

"Mançester Yunayted" futbolçusu ilə yeni müqavilə imzaladı

27 May 2017 00:05

Günün qoroskopu: irəliləyin!

27 May 2017 00:05

Ramazan ayı başlayıb

27 May 2017 00:02

Ramazan ayı başladı

27 May 2017 00:01

Dünya nəqliyyatı "pik saatda" - FOTO

26 May 2017 23:57

Azərbaycan XİN Misirdə baş verən terror aktını pisləyib

26 May 2017 23:53

Heç vaxt görmədiyiniz ən nadir 18 ekzotik meyvə - FOTO

26 May 2017 23:52

Azərbaycanın işgüzar qadınları Yaponiyada qlobal sammitdə çıxış etdi - FOTOLAR

26 May 2017 23:48

Bu paltarları illər əvvəl anaları geyinmişdi - FOTO

26 May 2017 23:47

Gözəl Bayramlı haqqında həbs qətimkan tədbiri seçilib

26 May 2017 23:42

Ermənistan parlamentinin spikeri öz aparatında 22 köməkçi və müşaviri ixtisar edib

26 May 2017 23:36

Avroliqanın rəmzi yığmasına düşən hücumçu "Şalke"nin hədəfində

26 May 2017 23:32

17 yaşlı intihara cəhd edib

26 May 2017 23:32

Sağlamlığı möhkəmləndirmək üçün yalnız 2 DƏQİQƏ lazımdır

26 May 2017 23:27

Parisin mərkəzində partlayış təhlükəsi elan olunub

26 May 2017 23:27

ABŞ Rusiyaya qarşı sanksiyaları yumşaltmayacaq

26 May 2017 23:26

Mingəçevirdə zəncirvari yol qəzası baş verib

26 May 2017 23:22

"Real" azarkeşlərinə final öncəsi xoş xəbər

26 May 2017 23:22

Üzünüzdə təbəssüm yaradacaq FOTOLAR

26 May 2017 23:17

2017-ci ilin ən qənaətcil avtomobilləri - FOTO

26 May 2017 23:12

Bakı sakinləri Ramazan ayında toy edirmi?

26 May 2017 23:08

Sizdə ZOB XƏSTƏLİYİ inkişaf edə bilərmi?

26 May 2017 23:05