Bu vərdişlər göbələyə səbəb olur

Bu vərdişlər göbələyə səbəb olur
19:12 22 Oktyabr 2016
137 Ölkə
Ölkə mətbuatı
A- A+

Həddindən artıq əl yumaq, dar ayaqqabı geymək və siqaret çəkmək göbələk xəstəliyinə zəmin yaradır. İnsanın həyat keyfiyyətinə mənfi təsir edən dırnaq göbələyinin, həddindən artıq əl yuyan, dar ayaqqabı geyinən, siqaret istifadə edən, şəkər xəstəliyi və qan dövranı pozğunluğu olan insanlarla və kemoterapi görənlərdə inkişaf riskinin yüksək olduğu bildirilib.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, mütəxəssislər dırnaq göbələklərinin görülmə nisbətinin dünyada 3-26% olduğunu söylədilər.
 
Dırnaq göbələyinin qadınlardan çox kişilərdə görüldüyünü vurğulayan ekspertlər, ayaq barmaqları aralarındakı ya da dibindəki göbələk infeksiyasının, müalicə edilməməsi vəziyyətində və ya infeksiyalı ayaqların qaşınması ayaq dırnaqlarına keçər.
 
Ən çox 1-ci və 5-ci dırnaqlarda görülür. Başlanğıcda infeksiya adətən, ağrısızdır, dırnaq qalınlaşmış və ya yaşılımtıl-sarı rəng alır. Bəzən infeksiya pisləşə, dırnaq yumşalıb kiçilə, qonşuluğundakı dəri qızara, müalicə edilmədiyi zaman dırnaq qatını zədələyərək yeriməyi çətinləşdirəcək qədər ağrılı ola bilər.
 
Alınacaq sadə tədbirlərlə xəstəlikdən qorunmağın mümkün olduğunu vurğulayan mütəxəssislər, dırnaqların zərbədən qorunması, ayaq quruluşuna uyğun gəlməyən ayaqqabılardan istifadə etməməyi, dırnaq qayçılarının şəxsi olması və duş, hovuz, hamam kimi sahələrdə mütləq şəxsi tərliyin istifadə edilməsini təklif etdilər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/481510.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR