Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Məhbus anonim zəng etdi

Məhbus anonim zəng etdi

Date: 22 October 2016 19:17

Tallin hava limanına partlayıcı qurğu yerləşdirilməsi barədə anonim zəngin hazırda həbsxanada cəza çəkən məhbus tərəfindən daxil olduğu müəyyənləşib. Bu barədə Pıxyask prefekturası polisinin mətbuat xidməti məlumat yayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məlumat daxil olduqdan dərhal sonra aeroport binasındakı bütün insanlar təxliyə olunub. Təyyarələr limana ensələr də, sərnişinlərə salonu tərk eyməyə icazə verilməyib. Sərnişinləri qarşılamağa gələnlər hava limanının binasına buraxılmayıb.

Polis əməkdaşları və təlimatçılar axtarış itləri vasitəsi ilə aeroportda təhqiqat aparıblar. Heç bir partlayıcı qurğu aşkarlanmayıb. Bundan sonra sərnişin terminalı açılıb və təyyarələrin uçuşları bərpa olunub.

İctimai asayişin ağır şəkildə pozulması faktı üzrə cinayət işi başlanıb. Estoniyada bu əmələ görə beş ilədək həbs cəzası nəzərdə tutulur.

Milli.Az


Tags:  Məhbus anonim zəng etdi

RƏYLƏR


Top news