Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Prezident Aderi təbrik edib

Prezident Aderi təbrik edib

Prezident İlham Əliyev yunanıstanlı həmkarını təbrik edib (24 Mart 2017 18:24)
Prezident İlham Əliyev irlandiyalı həmkarını təbrik etdi (16 Mart 2017 18:08)
Prezident İlham Əliyev irlandiyalı həmkarını təbrik edib (16 Mart 2017 17:52)

Tarix: 22 Oktyabr 2016 19:18

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Macarıstan Prezidenti Yanoş Aderə bu ölkənin milli bayramı münasibətilə təbrik edib.

Publika.az xəbər verir ki, təbrikdə deyilir:

Hörmətli cənab Prezident,

Macarıstanın milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Əminəm ki, Azərbaycanla Macarıstan arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı və genişlənməsi bundan sonra da xalqlarımızın rifahına töhfələr verəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Macarıstan xalqına daim sülh və tərəqqi arzulayıram.


Teqlər:  Prezident Aderi təbrik edib



RƏYLƏR


Top xəbərlər