Amerikanın 3 ştatı Rusiyaya "yox" deyir

Amerikanın 3 ştatı Rusiyaya "yox" deyir
19:47 22 Oktyabr 2016
69 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya noyabrın 8-də ABŞ-da keçiriləcək prezident və qanunverici orqana seçkiləri izləmək üçün müraciət edib, amma 3 ştat artıq ona "yox" deyib.

Oktyabrın 21-də ABŞ Dövlət Departamenti bildirib ki, Rusiya Amerika seçkilərini ATƏT-in komandası altında müşahidə edə bilər, ancaq Moskva Vaşinqtonun bu təklifini rədd edib.

Milli.Az azadliq.org-a istinadən bildirir ki, Dövlət Departamentinin sözçüsü John Kirby deyib ki, onların seçkini izləmək istəyini alqışlayırlar:

"Bizim Rusiyanın müşahidəçiliyindən çəkindiyimiz bir şey yoxdur. Biz öz seçki prosesimizin stabilliyindən, təhlükəsizliyindən və möhkəmliyindən əminik. Burda gizlətməli heç nə yoxdur", o deyib.

Ancaq Kirby əlavə edib ki, Rusiya ATƏT-in Müşahidəçi Missiyası altında seçkini izləmək təklifini rədd edib.

Rusiyanın seçkini izləmək istəyinə Oklahoma, Texas və Luizina ştatları "yox" deyib.

Rusiyanın ABŞ-da seçkini izləməyə maraq göstərməsi Vaşinqtonun Moskvaya küber hücum ittihamı ilə bir vaxta təsadüf edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/482176.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR