Zimbabvelilər yeni milli valyutanı qəbul etmək istəmirlər

Zimbabvelilər yeni milli valyutanı qəbul etmək istəmirlər
19:47 22 Oktyabr 2016
43 Dünya
Ölkə mətbuatı
A- A+

Zimbabvenin sınaq məqsədilə yenidən öz valyutasına qayıdışı vətəndaşların güclü qəzəbini doğurub.

Milli valyutanın 500 milyard faizlik inflyasiya-ya məruz qalması ölkəni çox ağır duruma salmışdı. Nəticədə yeddi il öncə Zimbabve milli valyutasından imtina etməli oldu. İndi vətəndaşlar bu halın yenidən təkrarlanacağından narahatdırlar. Bu barədə "Bloomberg" informasiya agentliyi yazır.

Ölkə tezliklə yeni əskinaslarını buraxacaq. Bir Zimbabve dolları bir ABŞ dollarına bərabər olacaq. Mərkəzi bankın rəhbəri John Mangudya bildirib ki, ən kiçik əskinas 2, ən böyüyü isə 5 dollar olacaq. Bu, 2009-cu ildən bəri iqtisadiyyatı zəbt etmiş xarici valyutaları əvəzləmək cəhdidir. Bir tərəfdən xarici valyutaya tələbat, digər tərəfdən də ixracatın azalması bazarda xarici valyuta qıtlığının yaranmasına səbəb olmuşdu.

Amma özünün Mutaredəki dükanında qarğıdalı unu, konserv, ədyal kimi mallar satan James Sakupwanya buna inanmır. O və digər zimbabvelilər yeni əskinasları nifrət etdikləri zimbabve dollarına qayıdış kimi görürlər. Yeddi il öncə milli valyutadan imtina ərəfəsində bir ABŞ dolları 150 trilyon Zimbabve dollarına bərabər idi!

"BU, ONLARIN VALYUTASIDIR"

"Biz onu rədd edəcəyik. Onlar istədikləri qədər qanun çıxara bilərlər. Bu, onların valyutasıdır. Onlar özlərinin yaratdıqları böhranı idarə etməkdən ötrü bu valyutanı bizə sırımaq istəyirlər", Sakupwanya deyir.

Bundan əvvəl milli valyutanı dövriyyəyə buraxmaq barədə planların elan olunması paytaxt Hararedə etirazlar yaratmışdı. Hətta hökumətin bu əskinasların arxasında 200 milyon dollarlıq xarici kreditlərin dayandığını deməsi də etirazları önləyə bilmədi. Dolların əllərdə cəmləşməsinin qarşısını almaq üçün banklar nağd pul çıxarışlarını məhdudlaşdırıblar. Ölkədə aparılan bütün əməliyyatların 95%-ində ABŞ dollarından istifadə edilir. Bəzi dükanlar ən vacib malların satılıb qurtardığını bildirirlər.

Zimbabvedə likvidlik böhranı o həddə çatıb ki, hökumət son aylar işçilərinin maaşını vaxtında ödəyə bilmir. Maliyyə naziri Patrick Chinamasa sentyabrın 9-da deyib ki, dövlət ödəmə öhdəliklərini yerinə yetirə bilmədiyindən 25 min məmur yerini ixtisara sala bilər. Zimbabvenin Beynəlxalq Valyuta Fondu, Dünya Bankı və Afrika İnkişaf Bankı da daxil olmaqla, kreditorlara 9 milyard dollara qədər borcu var.

Zimbabve ABŞ dollarından əlavə, daha səkkiz beynəlxalq valyutadan istifadə edir. Onların arasında Cənubi Afrika randı, avro, Britaniya funtu və Çin yuanı da var. Mangudya və Zimbabvenin Gəlirlər İdarəsinin (fiskal siyasəti tənzimləyən dövlət qurumu) rəhbəri Willia Bonyongwe deyirlər ki, Zimbabve dollarının başına gələnlər barədə xatirələr hələ yeni olduğundan, yeni əskinasları zimbabvelilərə qəbul etdirmək çətin olacaq.

İNSANLAR DOLLAR TOPLAMAĞA BAŞLAYIBLAR

"İnsanlar əskinasları istəmirlərsə, onları qəbul etməli deyillər", Mangudya bu ayın əvvəli sahibkarlara deyib. Bonyongwe isə bildirib ki, əskinasların ölkəyə gətirilməsi barədə gözləntilər "iqtisadiyyatda qeyri-müəyyənliyə" yol açıb və insanlar dollar toplamağa başlayıblar.

Hararedə yerləşən Əmək və İqtisadi Tədqiqat İnstitutunun iqtisadçısı Naome Chakanya-nın fikrincə, yeni əskinasnar iqtisadiyyatın üzləşdiyi struktur problemlərini aradan qaldırmayacaq. İqtisadiyyatın çöküşünün səbəbi ağların əlində olan kommersiya fermalarının bağlanaraq qaradərili subsidiyalı fermerlərə verilməsidir. Bunun nəticəsində tütün və qızılgül ixracatı azaldı və iqtisadiyyatda on illik böhran yaşandı.

BMT-nin məlumatına görə, Zimbabvenin 13 milyonluq əhalisinin təqribən 3 milyonu böhrandan canını qurtarmaqdan ötrü ölkəni tərk edib və hələ də ölkə xaricində yaşayır. 2009-cu ildə istehsalat sektorunda iş yerlərinin sayı 200 mindən 85 minə düşüb. Mərkəzi bankın məlumatında deyilir ki, son 3 ildə 4 min 600 şirkət bağlanıb.

KREDİTİ KİM VERƏCƏK

Chakanyan-ın sözlərinə görə, ölkədə qara bazarın yaranması ehtimalı yüksəkdir. Bu isə iqtisadiyyatda daha çox problemə, o cümlədən inflyasiyaya yol aça bilər.

Yeni əskinasları dəstəkləməkdən ötrü kimin Zimbabveyə kredit verməsi də sual doğurur. Afrika ixrac-idxal bankının cənubi Afrika üzrə regional meneceri Gift Simwaka bu əskinasların beynəlxalq kreditorlar tərəfindən dəstəkləndiyi barədə xəbəri təsdiqləməyib.

Sakupwanya deyir ki, güclü bazası olmasa, bu pulların 2008-ci ildə yaşanmış hiperinflyasiya zamanı dövriyyəyə buraxılmış müvəqqəti valyutadan fərqi olmayacaq.

"Onlar unudurlar ki, 2008-ci ildə biz o çekləri qəbul etməmişik. O zaman bizim onların əskinaslarını rədd etməyimizi nə əngəlləyə bilər", deyə o bildirib.

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

ABŞ Suriyaya qarşı sanksiyaları artırır -

25 Aprel 2017 01:12

Sərxoşun dalğalarla rəqsi - VİDEO

25 Aprel 2017 01:03

Əfqanıstanda partlayış:

25 Aprel 2017 00:57

ABŞ Suriyaya qarşı sanksiyaları genişləndirdi

25 Aprel 2017 00:49

ABŞ-dan Suriya alimlərinə sanksiya

25 Aprel 2017 00:38

Dünya ŞOKDA:

25 Aprel 2017 00:27

Abşeron rayonunda “KamAZ”-la “Opel” toqquşdu: 2 yaralı

25 Aprel 2017 00:19

Tramp Marsa uçuş planını açqladı: “Ən pis halda...”

25 Aprel 2017 00:18

Ətirli otun ŞƏFAVERİCİ GÜCÜ

25 Aprel 2017 00:05

Günün qoroskopu: işlərin gedişatına xeyirlidir

25 Aprel 2017 00:05

Astroloji proqnoz - 25 aprel

25 Aprel 2017 00:03

Bu fotolara 3 milyon baxdı

24 Aprel 2017 23:57

"Çelsi"dən futbolçuya 65 milyon avro

24 Aprel 2017 23:57

Qəbələyə nam salan 6 yaşlı pəhləvan - FOTO/VİDEO

24 Aprel 2017 23:53

"Ondan daha yaxşısı yalnız Messidir"

24 Aprel 2017 23:52

Premyer Liqa:

24 Aprel 2017 23:52

Bir vaxtın məşhur modeli kəndə köçüb - FOTO

24 Aprel 2017 23:47

"Belə hisslər yaşamamışdım"

24 Aprel 2017 23:47

Hepatit B və C ilə bağlı QORXUNC STATİSTİKA

24 Aprel 2017 23:47

Rusiya XİN Dilqəm Əsgərovla bağlı sorğunu cavablandırdı

24 Aprel 2017 23:44

Bir aya saçları uzadan MASKA

24 Aprel 2017 23:42

"Mbappe Anelka və Ronaldu arasında seçim etməlidir"

24 Aprel 2017 23:42

Ölü arılardan SAĞLAMLIQ CÖVHƏRİ

24 Aprel 2017 23:42

19 yaşlı “KEDİCİK” rəqsiylə digərlərini kölgədə qoydu - VİDEO

24 Aprel 2017 23:38

"Zəhərli zob"un əsas ƏLAMƏTLƏRİ: nələr təhlükəlidir?

24 Aprel 2017 23:32

"Bavariya" sabiq hücumçusunu qaytarmaq istəyir

24 Aprel 2017 23:32

Rəcəb Tayyib Ərdoğan erməni patriarxa məktub ünvanladı:

24 Aprel 2017 23:32

Tramp BMT-də islahatlara çağırıb

24 Aprel 2017 23:27

Bu içkiləri qarışdırmayın - QORXUNC NƏTİCƏ

24 Aprel 2017 23:23

YENİ KƏŞF - Saçı analiz edib, xəstəliklərdən xəbər verəcəklər

24 Aprel 2017 23:22

Hamilə xanımına məşhur aktrisa ilə xəyanət edir - FOTO

24 Aprel 2017 23:17

Bu içkilərin istehlakı İNSULT VƏ AĞIL ZƏİFLİYİNƏ səbəb olur

24 Aprel 2017 23:17

52 yaşlı Monika Belluççi gözəlliyi ilə hamını valeh etdi -

24 Aprel 2017 23:14

Cey Lo sevgilisi ilə görüşə transparan geyimdə getdi - FOTO

24 Aprel 2017 23:12

Hamiləlik zamanı smartfondan istifadə etməyin! - GİZLİ TƏHLÜKƏ

24 Aprel 2017 23:12

Rusiya XİN-dən Dilqəm Əsgərov haqda açıqlama

24 Aprel 2017 23:12

İlin ən əsas film hadisəsinə günlər qaldı

24 Aprel 2017 23:05

Tez-tez köpürsünüzsə... - 5 SADƏ MƏSLƏHƏT

24 Aprel 2017 23:05

Tramp Merkelə zəng etdi

24 Aprel 2017 23:04

Putindən YENİ HƏMLƏ: 2015-ci ilin ssenarisi təkrarlanır

24 Aprel 2017 23:03

BİOLOJİ YAŞINIZI təyin edin - SADƏ TEST

24 Aprel 2017 22:57

Bakı səmasında inanılmaz hadisə

24 Aprel 2017 22:54

Dəri üzərindəki nöqtələrə neyrofizioloji reflekslərlə təsir

24 Aprel 2017 22:52

Hamilə aktrisanın yeni fotoları

24 Aprel 2017 22:52

Bu içkilər beldəki yağları yandırır - RESEPT

24 Aprel 2017 22:52

Məşhurların İnstaqram biznesi - milyon dollarlıq paylaşım

24 Aprel 2017 22:52

Filmlərdəki maraqlı səhnələr BELƏ ÇƏKİLİR - FOTOLAR

24 Aprel 2017 22:48

Tramp və Merkel arasında telefon danışığı olub -

24 Aprel 2017 22:45

20 milyon insan ölə bilər - ŞOK AÇIQLAMA

24 Aprel 2017 22:42

Məşhur müğənni "Eşkıya dünyaya hükümdar olmaz"da - FOTO

24 Aprel 2017 22:37