Məmur övladları cəzadan necə yayınırlar? - FOTO

Məmur övladları cəzadan necə yayınırlar? - FOTO
19:47 22 Oktyabr 2016
86 Dünya
Ölkə mətbuatı
A- A+

400 minlik toyu ilə gündəmə gələn məmur qızının elə FOTOLARI YAYILDI Kİ... (30 Aprel 2017 05:33)

Bugünlərdə Moskva məhkəməsi avtomobildə polislə, az qala, yarışa çıxan üç nəfəri məsuliyyətdən azad edib. Onlardan biri "Lukoil" şirkətinin vitse-prezidentinin oğlu Ruslan Şamsuarov və onun iki dostu Viktor Uskovla Abduvaxob Macidovdur.

Məhkəmə polisi təhqir etdiklərinə görə onlara icbari iş təyin edib və ağır maddələrlə ittiham olunan gənclərə bəraət verib. Həmin maddələrlə adıçəkilən üç nəfər 5 ilədək azadlıqdan məhrum edilə bilərdilər.

Milli.Az azadliq.org-a istinadən bildirir ki,məhkəmənin bu qərarı gözlənilməz deyil, Rusiya ictimaiyyəti artıq buna adət edib. Bu cür hadisələrin doğurduğu rezonansa baxmayaraq, varlı valideynlərin övladları bir qayda olaraq, sərt cəzalardan yayına bilirlər.

Polis təqibi zamanı "Periscope"la canlı yayım, söyüş, təhqir...

2016-cı il mayın 22-də 20 yaşlı tələbə Ruslan Şamsuarov və onun iki dostu "Mercedes Gelandewagen" markalı avtomobildə gedərkən yol polisinin dayanmaq əmrinə tabe olmayıblar və onlardanqaçaraq gizlənə biliblər. Gənclər "nümayişkaranə" şəkildə yol hərəkəti qaydalarını pozaraq təhlükəli situasiyalar yaradıblar. Bu azmış kimi, onlar baş verənləri mobil telefonda "Periscope" vasitəsilə canlı yayımlayıblar. Bu zaman yol polisinin əməkdaşlarının ünvanına söyüş və təhqir də səsləndiriblər.

Buna da bax: Azərbaycanda ataların ərköyün balalarının bəlaları...

Moskvanın Qaqarin məhkəməsi hesab edib ki, bu üç gəncin hərəkəti "Hakimiyyət nümayəndəsinə zorakılıq" maddəsiylə yanlışlıqla tövsif edilib və bu maddə üzrə onlara bəraət verib. Polisi təhqir etdiyinə görə, məhkəmə Şamsuarovla Uskovu təqsirli bilib və 300 saat icbari iş təyin edib. Avtomobilsə müsadirə olunub.

Bu hadisə zamanı heç kim zərər çəkməsə də, müşahidəçilər Ruslan Şamsuarova və onun iki dostuna verilən cəzanın həddindən artıq yüngül olduğunu düşünürlər.

"Radio Svoboda" buna qədər də bəzi məmur övladlarının törətdiyi hay-küylü yol qəzaları zamanı sərt cəzaların verilmədiyini yada salır.

Birinci sırada Aleksandr İvanov gəlir. O, keçmiş müdafiə naziri və prezident administrasiyasının keçmiş rəhbəri Sergei Ivanov-un oğludur. Hadisə 2005-ci ilin mayında baş verib. Rəsmi məlumatda 28 yaşlı məmur oğlunun piyadanı - 68 yaşlı təqaüdçü Svetlana Beridzeni vurduğu deyilirdi. Aleksandr Ivanov buna görə 5 ilədək azadlıqdan məhrum edilə bilərdi, ancaq həmin ilin noyabrında cinayət işi bağlanıb. Ekspertlər bu qənaətə gəliblər ki, ittiham olunan şəxs "piyadanın ölümünü texniki baxımdan önləyə bilməzdi", onun hadisə zamanı sərxoş olmadığı və sürət həddini aşmadığı bildirilib. Ancaq şahidlər Ivanov-un sürəti aşdığını söyləyirdilər. Sergei Ivanov isə oğluna bu məsələdə yardım göstərmədiyini, istintaqa təzyiq göstərmədiyini bəyan etmişdi. Elə həmin il də Svetlana Beridzenin qohumlarına cinayət işi açılıb.

Buna da bax: İsmayıllıda yandırılan "Çıraq" otelin nazirin oğluna məxsus olmasına dair sənədlər yayılıb

Aleksandr Ivanov özü 2014-cü ildə istirahət zamanı ölüb. Ata Ivanov 2016-cı ildə prezident administrasiyasının rəhbəri vəzifəsindən azad edilib, prezidentin təbii ehtiyatlar, ekologiya və nəqliyyat məsələləri üzrə xüsusi nümayəndəsi təyin olunub.

Piyadanı vurub, amma maşınına görə narahat olan məmur qızı

Növbəti "qəhrəman" Anna Şavenkovadır - İrkutsk vilayətinin seçki komissiyasının sədri Larisa Şavenkova-nın qızı. 28 yaşlı Anna 2009-cu ildə iki piyadanı Elena və Yuliya Pyatkovaları maşınla vurub. Elena hadisə yerindəcə ölüb, Yulia əlil olub. Bu qəza hadisənin görüntüləndiyi kadrlar internetdə yayıldıqdan sonra hay-küy doğurub. Kadrlarda gənc qadının vurduğu piyadalara yardım göstərməkdənsə, idarə etdiyi "Toyota-Carolla"nın zədələnib-zədələnməməsi ilə maraqlandığı görünürdü.

Anna Şavenkova 2,5 il azadlıqdan və avtomobil idarə etmək hüququndan məhrum edilsə də, məhkəmə qərarının icrası oğlunun 14 yaşı tamam olanadək, yəni 14 il müddətinə təxirə salınıb. 2015-ci ildə Şavenkova amnistiyaya düşüb. Anası İrkutsk seçki komissiyasında indi katib kimi işləsə də, özü iş tapa bilmir. Annanın sözlərinə görə, heç kim onu işə götürmək istəmir və hətta ona familiyasını dəyişməyi tövsiyə edirlər.

Tatarıstan prezidentinin qardaşıoğluna cinayət işi belə açılmayıb

Tatarıstan prezidenti Rustam Minninxanovun qardaşıoğlu, atası da yüksək vəzifədə olan 34 yaşlı Ramil Minninxanov 16 yaşlı piyada Aleksandr Trofimovu vurub öldürüb. Minninxanovun atası "hər şeyin qanunla həll olunacağına" söz versə də, onun oğlu məsuliyyətə cəlb edilməmişdi. Bununla bağlı cinayət işi belə açılmamışdı.

Ata Minninxanov bu il təqaüdə çıxıb və Tatarıstanda intellektual nəqliyyat sisteminin tətbiqiylə məşğul olacağını deyir.

26 yaşlı İrina Kiseleva, İrkutsk şəhər dumasının üzvü Janna Esevanın qızı da yol qəzasında iki nəfərin - polis polkovniki, cinayət axtarış şöbəsinin rəisi Albert Sokolovu və iş adamı Denis Matveyevi ölümünə səbəb olub. Hadisə zamanı sərxoş olan qadın 9 il azadlıqdan məhrum edilə bilərdi, ancaq 4 il cəza alıb, üstəlik də cəzası qızının 14 yaşı tamam olanadək təxirə salınıb. O, başqa şəhərə köçsə də, anası hələ də deputatdır.

Milli.Az




RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

ŞOK İDDİA!

25 May 2017 03:39

Bakıda sərxoş kişi özünü bıçaqlayaraq intihara cəhd edib

25 May 2017 03:32

Litva səciyyəli minimalizm - FOTO

25 May 2017 03:32

ABŞ-da naməlum şəxs üç nəfəri yaralayıb

25 May 2017 03:29

Tərtərə palçıqlı yağış yağdı

25 May 2017 03:19

Tovuzda zəhərlənmə: 25 yaşlı gənc spirtli içkidən komaya düşdü

25 May 2017 03:08

Türkiyədə Nuhun gəmisi tapıldı

25 May 2017 02:59

Hizer jurnala bəzək oldu - FOTO

25 May 2017 02:32

Neft hasil edən ölkələr Vyana sazişinin uzadılmasını müzakirə edəcəklər

25 May 2017 02:27

"Barselona"nın futbolçusu "İnter"ə keçir

25 May 2017 02:23

Ağıllı KİŞİLƏR, yoxsa QADINLAR daha çox xəyanət edir? - ARAŞDIRMA

25 May 2017 02:18

Xaricdə təhsil alanlara ŞAD XƏBƏR:

25 May 2017 01:52

Cocuq Mərcanlıda 1019 qəlpə tapılıb (FOTO)

25 May 2017 01:50

Etirazçılar iki nazirliyin binasına od vurdu

25 May 2017 01:34

Ənənəvi memarlığa çağdaş yanaşma - FOTO

25 May 2017 01:32

Mançester terrorçusunun atası saxlanıldı

25 May 2017 01:27

Avropa Liqasında FİNAL GECƏSİ FOTOLARDA

25 May 2017 01:23

Edin Ceko Avropa Liqası-2016/17-nin ən yaxşı bombardiri olub

25 May 2017 01:22

Məşhur teleaparıcı bu şəkillərə görə LAĞA QOYULDU - FOTOLAR

25 May 2017 01:03

"Mançester Yunayted" Avropa Liqasının qalibi oldu

25 May 2017 00:55

"Mançester Yunayted" qalib gəldi

25 May 2017 00:50

"Mançester Yunayted" tarixində ilk dəfə Avropa Liqasının qalibi olub

25 May 2017 00:42

ABŞ dövlət katibinin birinci müavini bəlli oldu

25 May 2017 00:39

Tərki-dünya “vəzifəsi” üçün işini atdı - FOTOLAR

25 May 2017 00:33

Güzəştli mənzilləri elektron qaydada necə əldə etmək olar? -

25 May 2017 00:31

Astroloji proqnoz - 25 may

25 May 2017 00:23

Braziliyada nümayişçilər daha bir nazirliyin binasını yandırıblar

25 May 2017 00:22

Fransada fövqəladə vəziyyət müddəti artırılır

25 May 2017 00:08

Günün qoroskopu: bir sıra sınaqdan keçməli olacaqsınız

25 May 2017 00:05

Cakartada törədilən terror aktı nəticəsində 3 polis ölüb

25 May 2017 00:02

Çiyələk alarkən onun saxlanma şəraitinə xüsusi fikir verilməlidir

24 May 2017 23:57

"Mən qabaqladığım kluba keçə bilmərəm"

24 May 2017 23:57

Yanıq xəsarəti alana bunları bir-bir edin - YADDA SAXLAYIN!

24 May 2017 23:57

Fəhlələr 300 milyon dollarlıq zümrüd tapdılar - 272 kq

24 May 2017 23:57

Xavi "Real"ın futbolçusunu təriflədi

24 May 2017 23:57

Göbələk xəstəliyi kişidən yoluxur? - QADINLAR, MÜTLƏQ OXUYUN

24 May 2017 23:57

Dünyadakı bütün evlərin ÜMUMİ QİYMƏTİ - İnanılmaz RƏQƏM

24 May 2017 23:52

"Mançester Yunayted" onu satır

24 May 2017 23:52

Da Vinçi klonlaşdırılır: alimlər onu yenidən dünyaya qaytaracaqlar

24 May 2017 23:47

Mbappe: "Yeni klub seçimində..."

24 May 2017 23:47

Meymun kökəlib bu hala düşdü: Tezliklə arıqlamasa... - FOTO

24 May 2017 23:47

Beyini qoruyan maddə

24 May 2017 23:47

Belyerin "Barselona"ya söz verib

24 May 2017 23:47

Qaşlar üçün parik hazırlandı

24 May 2017 23:42

Moskva qızları ən çox türkləri özlərinə ər seçirlər

24 May 2017 23:42

Acı bibər əlinizi göynətdisə, nə etməli? - ÜSULLAR

24 May 2017 23:42

Türkiyə Rusiya buğdası və günəbaxan yağının idxalını məhdudlaşdırıb

24 May 2017 23:42

Somalidə partlayış baş verib:

24 May 2017 23:40

"Sezar" kafesində ofisiant qız ona əxlaqsız hərəkət edən MÜŞTƏRİNİ ƏZİŞDİRDİ - VİDEO

24 May 2017 23:37

Siqaret çəkən qadınlara PİS XƏBƏR: hər 5 ildə...

24 May 2017 23:37