Bakının Qarabağda “qırmızı xətti”, yüzillik döyüşlərin ayaq səsləri... HƏFTƏNİN SİYASİ XÜLASƏSİ

Bakının Qarabağda “qırmızı xətti”, yüzillik döyüşlərin ayaq səsləri... HƏFTƏNİN SİYASİ XÜLASƏSİ
20:33 22 Oktyabr 2016
167 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Prezidenti İlham Əliyev “Sputnik” agentliyinə müsahibəsində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bir sıra məqamlara toxunub. Ermənistan KİV-i Qarabağ mövzusunda Ankara ilə Moskva arasında müəyyən razılığın əldə olunduğunu iddia edir. Dünyanın çoxdan gözlədiyi Mosul əməliyyatı oktyabrın 18-də başlandı. Qərb-Rusiya gərginliyi davam edir. Ukrayna böhranına görə Qərbin ağır sanksiyaları altında olan Rusiya Suriya münaqişəsinə görə əlavə sanksiyalarla üzləşə bilər.

Prezident İlham Əliyev: “Razılığa gəlsək, Dağlıq Qarabağ muxtar respublika ola bilər”

Dövlət başçısının sözlərinə görə, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ətrafındakı ərazilərin azad edilməsi şərti ilə münaqişənin həlli mümkündür.

Prezident qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü məsələsində kompromis ola bilməz: "Biz heç vaxt Dağlıq Qarabağa müstəqillik verilməsinə razı olmayacağıq və erməni tərəfi bunu çox gözəl bilir. Lakin yerli özünüidarəçilik məsələlərində kompromis mümkündür. Əgər razılığa gəlsək, bu özünüidarə Dağlıq Qarabağ Muxtar Respublikası şəklində ola bilər. Bundan artıq kompromisə gedə bilmərik”.

İlham Əliyevin sözlərinə görə, ABŞ-ın dövlət katibi Con Kerrinin bəyanatı Qarabağ münaqişəsinin niyə həll olunmadığını bir daha göstərir. “Con Kerrinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son açıqlaması diplomatik insidentdir”, - Azərbaycan prezidenti söyləyib.

Prezident qeyd edib ki, Azərbaycanın gələcəkdə Avrasiya İqtisadi Birliyinə qoşulmaq imkanlarını istisna etmək olmaz. “Biz hələ baxmalıyıq ki, hansı tendensiyalar müşahidə olunacaq. Əlbəttə, əgər ittifaq cəlbedici olarsa, ora çoxları can atacaq. Yəni, heç nəyi istisna etmək olmaz, lakin hazırkı mərhələni məni bu cür xarakterizə edərdim”.

Venesuela Prezidenti Azərbaycana gəldi

Venesuela Prezidenti Nikolas Madura Azərbaycana səfərə gəldi. O, Azərbaycan Prezidenti İlham Əliyev və digər rəsmi şəxslərlə görüşdü. Görüşdə iki ölkə arasındakı münasibətlər, işgüzar əlaqələr müzakirə edildi, bir sıra önəmli müqavilələr imzalandı.

Ərdoğan və Putin Qarabağ üçün razılaşdı – Ankaranın ŞƏRTLƏRİ

Erməni politoloqu Manvel Sarkisyanın iddiasına görə, Türkiyə-Rusiya münasibətləri düzələndən sonra məntiqi olaraq erməni məsələsi gündəmə gəlməli idi və Türkiyənin irəli sürdüyü tələb Rusiya tərəfindən qəbul edilib. “Ankara 5 rayonun Azərbaycana qaytarılmasını təklif edib. Moskva da bunu qəbul edib. Rusiya da erməni-türk münasibətlərinin normallaşması şərtini irəli sürüb. Türkiyə şərtlərinin qəbul ediləcəyi halda, bu tələblə razılaşıb”, - politoloq deyib.

Qondarma “DQR”-in keçmiş “XİN rəhbəri” Arman Melikyan isə bu fikirdədir ki, İrəvan ərazilərin qaytarılmasına imza atıb: “Bizim könüllü şəkildə qəbul etdiyimiz Madrid prinsipləri yalnız bir variantı özündə ehtiva edir. Bu da ərazilərin qaytarılmasıdır. Biz bu sənədi imzalamışıq”.

Azərbaycan Prezidenti İlham Əliyevi Rusiya mediasına müsahibə verməsi də Ermənistanda ciddi rezonans yaradıb. Ermənistan mediası bunu Serj Sarkisyanın alçaldılması kimi şərh ediblər. “KTMT-nin İrəvan sammitində Serj Sarkisyanı lağa qoydular, Rusiya mediası isə İlham Əliyevi şərəfə layiq gördü”, - deyə “1in.am” saytı yazıb.

Fransanın ATƏT-in Minsk qrupundakı həmsədri Pyer Andriunu Stefan Viskonti əvəzləyib.

Oktyabrın 18-i erkən saatlarından İraqın Mosul şəhərinin İŞİD terrorçulardan azad edilməsi üzrə əməliyyat başlanıb. Müxtəlif məlumatlara görə, 1,5 milyonluq şəhərdə 4 mindən 8 minə qədər İŞİD döyüşçüsü var. İraq hakimiyyəti və ABŞ müvəffəqiyyətdən şübhələnmir. “Böyük qələbə anı yaxındır” – İraqın baş naziri Heydər əl-Abadi deyib.

Ekspertlər isə əməliyyatın perspektivləri ilə bağlı o qədər də optimist deyillər. Onlarda qorxular var ki, Mosul Suriyanın Hələb şəhərinin taleyini yaşayacaq, döyüşlər faktiki olaraq humanitar faciəyə gətirib çıxaracaq. Qızıl Xaş Komitəsi və BMT yüz minlərlə qaçqın üçün düşərgələr və sığınacaqlar açaraq əlverişsiz hadisələrin inkişafına hazırlaşır.

İŞİD lideri Əbubəkr Bağdadinin isə harada olduğu bilinmir. Lakin Etibarlı mənbədən “Sputnik” agentliyinə verilən məlumata görə, İŞİD lideri Mosul əməliyyatın başlanmasından az öncə şəhəri tərk edib. Təşkilat liderinin Suriyaya keçdiyi təxmin edilir.

Digər bir məlumata görə, Mosuldakı "İslam polisi" Əbu Bəkr əl-Bağdadiyə qarşı "üsyan" edib. "İŞİD liderinə qarşı çevriliş"in başında Mosul sakini Əbu Osmanın durduğu bildirilir. "Üsyançılar" Mosulda əl-Bağdadi hakimiyyətinin başa çatdığını bəyan ediblər.

Sünni əhalinin üstünlük təşkil etdiyi İraqın Mosul şəhərində məzhəb döyüşləri baş verə bilər. İraqın dini liderlərdən olan Kays Gəzali Mosul döyüşündə İmam Hüseynin intiqamını alacaqlarını deyib. Türkiyə isə xəbərdarlıq edib ki, şiə gücləri Mosula girəcəyi halda, bölgədə yüzillik məzhəb döyüşləri başlaya bilər.

“İmam Hüseynin intiqamı alınacaq” – 100 illik döyüş başlanır

Sünni əhalinin üstünlük təşkil etdiyi İraqın Mosul şəhərində məzhəb döyüşləri baş verə bilər.

Türkiyə Baş nazirinin müavini Numan Qurtulmuş söyləyib ki, Mosulun İŞİD-dən azad edilməsi əməliyyatından üçüncü qüvvələr yeni müharibəyə başlama bəhanəsi kimi istifadə etsələr, bu, Üçüncü Dünya müharibəsinə səbəb olacaq.

Ekspertlər hesab edirlər ki, İraqda baş verənlər böyük güclərin gələcəkdə bölgədə başlayacaq mübarizəsinin ilk mərhələsidir.

64 ölkə cəbhədə: Dünya Müharibəsi başlandı? - FOTO

Mosulun xilası üçün əməliyyatlar davam edir. 12 kəndin İŞİD-dən azad olunduğu deyilir. Ekspertlər isə Mosul əməliyyatını dünya müharibəsi ilə müqayisə edirlər.

ABŞ rəhbərliyindən yüksək vəzifəli bir səlahiyyətli AFP agentliyinə açıqlamasında İraqda ən pis ssenarini açıqlayıb. Amerikalı səlahiyyətli Ankara və Bağdadın döyüş meydanında üz-üzə gələ biləcəyini deyib.

Türkiyəni Mosul əməliyyatından kənarda saxlamağa cəhd edən ABŞ mövqeyində redaktə edib. Ankaraya səfər edən ABŞ-ın müdafiə naziri Eşton Karter Türkiyənin Mosul əməliyyatında iştirak etməli olduğunu deyib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, baş nazir Binəli Yıldırım və müdafiə naziri Fikri İşıkla görüşən amerikalı qonaq Türkiyənin güclü bir müttəfiq olaraq qalacağını bildirib. Daha əvvəl Ağ Evdən verilən açıqlamada Mosul əməliyyatında kimin iştirak edəcəyinə dair qərarın Bağdad tərəfindən verildiyi bildirilmişdi.

Türkiyə mediasının yazdığına görə, Ankara Mosul əməliyyatları üçün hava bazalarından istifadəyə icazə verib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada keçirilən mətbuat konfransında deyib ki, İŞİD terror qruplaşmasının döyüşçülərinin İraqın Mosul şəhərindən Suriya ərazisinə keçə biləcəyi ilə bağlı risk mövcuddur.

“Ən azından bir dəhliz qalıb. İŞİD döyüşçüləri bu dəhlizlə Mosuldan Suriyaya keçə bilər. Bu halda Suriyada İŞİD-in əlavə kontingentləri çıxacaq, Biz, əlbəttə ki, vəziyyəti qiymətləndirəcəyik və həm siyasi, həm də hərbi qərarlar qəbul edəcəyik. Mənim bildiyim qədər, Mosul şəhəri tamamilə mühasirəyə alınmayıb. Bilmirəm, hansı səbəbdən ola bilər, sadəcə bacarmayıblar”, - Lavrov bildirib.

Qeyd edək ki, eyni narahatlığı bu gün “Milliyyət” nəşrinin yazarı Serpil Çevikcan da ifadə edib.

Lavrov ABŞ-ın riskli planını ifşa etdi

“İŞİD terror qruplaşmasının döyüşçülərinin İraqın Mosul şəhərindən Suriya ərazisinə keçə biləcəyi ilə bağlı risk mövcuddur”.

İraqın Mosul şəhərinin İŞİD-dən azad edilməsi əməliyyatı İraq ordusu və ABŞ-ın başçılıq etdiyi koalisiya gücləri üçün “tam faciə” ilə başa çata bilər. Bu xəbərdarlıqla The National Interest” nəşrində istefada olan polkovnik Deniel Devis yazıb.

Hitlerin dəhşətli silahından istifadə edəcəklər – 2 milyon insan öləcək

ABŞ isə İŞİD-in Mosul şəhərində kimyəvi silahdan istifadə edə biləcəyi barədə xəbərdarlıq edib. Eyni xəbərdarlığı Türkiyənin “Hürriyet” qəzetinin yazarı Abdülkadir Selvi səsləndirib.

Onun sözlərinə görə, İŞİD Mosulda II Dünya Müharibəsi zamanı Hitlerin istifadə etdiyi zəhərli sarin qazından istifadə edə bilər.

Abdülkadir Selvi İŞİD-in əlində kimyəvi silahların olduğunu deyib “Məlumatlara görə, İŞİD bu silahları bir müddət öncə Suriyadan Mosula gətirib. Terror təşkilatının əlində sarin tərkibli kimyəvi qaz bombalarının olduğu iddiaları var. Öldürücü təsiri yüksək olan bu qaz bombaları daha əvvəl Hitler tərəfindən istifadə olunub”.

Hitlerin dəhşətli silahından istifadə edəcəklər – 2 milyon insan öləcək

İŞİD Mosulda II Dünya Müharibəsi zamanı Hitlerin istifadə etdiyi zəhərli sarin qazından istifadə edə bilər.

Dörd trilyonluq neft müharibəsi: II Əbdülhəmiddən qalan savaşın PƏRDƏARXASI – VİDEO

İraqın Mosul şəhərinin İŞİD terror təşkilatından azad edilməsinə Qərbin göstərdiyi maraq əslində buradakı zəngin neft və təbii qaz ehtiyatlarından qaynaqlanır.

Bunu Türkiyənin “Yeni Şafak” nəşrində Arzu Kurum yazıb.

Onun sözlərinə görə, baş verənlər əslində neft döyüşüdür. Türkiyənin təxminən 100 il əvvəl tərk etdiyi torpaqlar arasında ən qiymətli olaraq tanınan Mosulun bu gün yenidən böyük bir mübarizə meydanına çevrildiyini qeyd edən yazar Mosul və Kərkükdə enerji ehtiyatlarının pulla ekvivalentinin 4 trilyon dolları keçdiyini bildirib.

Dörd trilyonluq neft müharibəsi: II Əbdülhəmiddən qalan savaşın PƏRDƏARXASI - VİDEO

İraqın Mosul şəhərinin İŞİD terror təşkilatından azad edilməsinə Qərbin göstərdiyi maraq əslində buradakı zəngin neft və təbii qaz ehtiyatlarından qaynaqlanır.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hücum strategiyasını elan edərək oktyabrın 19-da “Misaki Milli”ni növbəti dəfə gündəmə gətirib. “Türkiyəni 1923-cü ildən bəri həbs edənlərin məqsədi coğrafiyamızdakı minillik varlığımızı, Səlcuqlu və Osmanlı keçmişimizi bizə unutdurmaqdır”,- Ərdoğan deyib.

Ərdoğan Türkiyənin artıq təhdid ünsürlərinin hücum etməsini gözləməyəcəyini, lazım olarsa, sərhəd xaricində əməliyyatlar keçirəcəyini bildirib. O, 1923-cü il siyasətinin aktuallığını itirdiyini söyləyib.

Ərdoğan hücum strategiyasını elan etdi - “Misaki Milli”- VİDEO

“Türkiyəni 1923-cü ildən bəri həbs edənlərin məqsədi coğrafiyamızdakı minillik varlığımızı, Səlcuqlu və Osmanlı keçmişimizi bizə unutdurmaqdır”.

ABŞ-Rusiya gərginliyi davam edir

ABŞ-ın dövlət katibi Con Kerri isə Suriya məsələsində müzakirələrdən əyani addımlara keçməyin lazım olduğunu deyib. Dövlət katibi həmçinin bildirib ki, yaxın bir neçə gün ərzində Rusiya və Suriyaya qarşı yeni sanksiyaların tətbiqi barədə qərar qəbul edilə bilər.

"Biz əlavə sanksiyaların tətbiqini müzakirə edirik, prezident Obama da müxtəlif variantları nəzərdən keçirir. Düşünürəm ki, yaxın bir neçə gün ərzində məsələyə aydınlıq gətiriəcək", - deyə C.Kerri bildirib.

Avropa Şurasının Prezidenti Donald Tusk söyləyib ki, Avropa Birliyi Rusiya və Əsəd rejiminin Hələbdəki fəaliyyətinə son qoymaq üçün bütün variantları nəzərdən keçirir. Onun sözlərinə görə, Avropa Birliyi Hələbdəki vəhşiliyin dayandırılmasını tələb edir. Qeyd edək ki, dünən Brüsseldə Avropa Birliyi liderlərinin sammiti keçirilib. Görüşdə Rusiyanın Suriyadakı fəaliyyəti müzakirə edilib.

“ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirə bilər. Məhdudiyyətlər Suriyanın Hələb şəhərinin bombalanmasında günahkar olan Rusiya şirkətləri və yüksək vəzifəli şəxslərə aid olacaq”. Bunu Ratqers Universitetinin (ABŞ-ın Nyu-Cersi ştatı) politologiya üzrə professoru Aleksandr Motıl bildirib. Onun sözlərinə görə, Qərbin sanksiyaları siyasi və iqtisadi elitaya qarşı yönəlməlidir.

Qərb Kremlə qarşı son silaha əl atır – ÖLDÜRÜCÜ OLACAQ

Məhdudiyyətlər Suriyanın Hələb şəhərinin bombalanmasında günahkar olan Rusiya şirkətləri və yüksək vəzifəli şəxslərə aid olacaq”.

Çexiyada Rusiya təbliğatı ilə mübarizə aparmaq üçün xüsusi qrup yaradılıb.

Çexiyanın daxili işlər naziri Milan Xovanetsin sözlərinə görə, yaradılan yeni qrup 20 nəfərdən ibarət olacaq: “Bu qrupun işçiləri ictimaiyyət arasında yayılan dezinformasiyalar üzərində çalışacaqlar. Onlar həmçinin digər məmurlara da bu təbliğatla savaş vasitələrini öyrədəcəklər. Bu şəxslər Rusiya təbliğatına qarşı sosial şəbəkələr və digər kommunikasiya vasitələri ilə mübarizə aparacaqlar”.

Rusiya və Suriya oktyabrın 19-da Hələbdə hava əməliyyatlarını dayandırıb. Rusiyanın müdafiə naziri Sergey Şoyqun sözlərinə görə, aviazərbələrin dayandırılması haqqında qərar “humanitar pauza” üçün qəbul edilib.

Kiyevin son şansı: Poroşenko Putinin əlini niyə sıxmadı?

Oktyabrın 19-da diqqətlər Berlinə yönəlmişdi. Ukrayna böhranını həll etmək üçün yaradılan “Normandiya dördlüyü”nün liderləri – Rusiya prezidenti Vladimir Putin, Almaniya kansleri Angela Merkel, Fransa prezidenti Fransua Olland və Ukrayna prezidenti Pyotr Poroşenko növbəti dəfə bir masa ətrafına yığışdılar.

Lakin beş saatdan çox davam edən görüşlə bağlı gözləntilər özünü doğrultmayıb.

Kiyevin son şansı: Poroşenko Putinin əlini niyə sıxmadı? - FOTOLAR

Dünən diqqətlər Berlinə yönəlmişdi.

“Sən nə iyrənc qadınsan!” – SON DEBAT

Oktyabrın 20-də isə diqqətlər Las-Veqasa yönəlmişdi. ABŞ prezidentliyə namizədlər – respublikaçı Donald Tramp və demokrat Hillari Klinton son dəfə canlı yayımda üz-üzə gəldilər.

Namizədlər debatda bir-birinə ağır təhqirlər ediblər. Rəqiblər daha əvvəlki debatlardan fərqli olaraq, bu dəfə bir-biri ilə qucaqlaşmadan yerlərinə keçiblər. Saat yarım davam edən debatda namizədlər təhlükəsizlik, iqtisadiyyat və xarici siyasət kimi məsələlərini müzakirə ediblər.

“Sən nə iyrənc qadınsan!” – SON DEBAT

ABŞ prezidentliyə namizədlər – respublikaçı Donald Tramp və demokrat Hillari Klinton son dəfə canlı yayımda üz-üzə gəldilər.

Krallıq parçalanır – RƏSMİ ADDIM

Avropa Birliyinə üzvlüklə bağlı iyunun 23-də Böyük Britaniyada keçirilən referendumda birliyin tərkibində qalmaq üçün səs verən Şotlandiya krallığı parçalamaq üçün hərəkətə keçib.

Şotlandiya hökumətinin saytında Böyük Britaniyanın tərkibindən çıxış üçün yeni referendum haqqında qanun layihəsi yerləşdirilib. Sənəddə referendumun proseduru təsvir edilib və məsləhətçi xarakter daşıyır. Orada heç bir konkret tarix göstərilməyib.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida/173168.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR