Tərtər rayonunda qrad raketinin qalıqları tapılıb

Tərtər rayonunda qrad raketinin qalıqları tapılıb
20:37 22 Oktyabr 2016
40 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri oktyabrın 22-də Tərtər rayonunun Hacıqərvənd kəndində bir ev və həyətyanı sahəyə baxış keçiriblər. Baxış zamanı partlamış "9M22U" qrad raketinin qalıqları aşkar edilərək götürülüb. Ümumilikdə gün ərzində 2 min 500 kvadratmetr ərazi yoxlanılıb.

ANAMA-nın mətbuat xidmətindən Milli.Az-a bildiriblər ki, aprelin 7-dən oktyabrın 22-dək agentlik tərəfindən Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara, Salyan rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə, Lənkəran, Şirvan və Bakı şəhərlərində ümumilikdə 648 ev və həyətyanı sahəyə, 3 hərbi hissəyə, 2 kənd qəbiristanlığına, 5 kənd orta məktəbinə, bir tibb məntəqəsinə, bir metal anbarına, 30 fermaya, əkin sahələrinə, bir şərab zavoduna, bir qoruq ərazisinə və bir çınqıl karxanasına baxış olub.

Nəticədə 3947 partlamamış hərbi sursat, piyada əleyhinə 15, o cümlədən üç "POMZ-2", bir "OZM-72", iki "siqnal minası" və tank əleyhinə 42 mina aşkarlanaraq zərərsizləşdirilib

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/482185.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR