Şəhadət meydanında qılınan namaz

Şəhadət meydanında qılınan namaz
20:47 22 Oktyabr 2016
54 Ölkə
Ölkə mətbuatı
A- A+

Kərbəla çölündə gərgin döyüş bir neçə saat idi ki, davam edirdi. İmam Hüseynin (ə) silahdaşlarından təqribən 50 nəfəri düşmənin ilk həmləsini dəf edərkən şəhid olmuşdu. Qalanlar da bir-bir döyüş meydanına çıxıb savaşır və şəhidlik şərbətini nuş edirdilər.

Milli.Az islam.az-a istinadən bildirir ki, İmamın ətrafında Əhli-beyt üzvlərindən savayı, bir ovuc adam qalmışdı. Zöhr namazının vaxtı çatdı. İmam Hüseynin (ə) silahdaşlarından biri - Əbu Sümamə Əmr ibn Abdullah Seydavi adlı səhabə üzünü o həzrətə tutub söylədi: "Ey Peyğəmbərin övladı! Səni öldür¬mək arzusunda olan bu düşmənlər öz məqsədlərinə doğru yaxınlaşırlar. Mən öz qanıma qəltan olub ölməyincə buna imkan verməyəcəyəm. Amma çox istərdim ki, bu son zöhr namazımı Sənin imamlığınla qılım". İmam Hüseyn (ə) vaxtı öyrənmək üçün səmaya baxdı, zöhr vaxtının çatdığını dəqiqləşdirib Əbu Sümaməyə buyurdu: "Namazı yadıma saldın. Allah səni namaz qılanların və Onu (yəni Allahı) zikr edənlərin cərgəsində qərar versin!".

Sonra İmam Hüseyn (ə) namaz qılmaq üçün düşməndən möhlət almağı tapşırdı. Onun istəyini qarşı tərəfə elan etdilər. Ömər ibn Sədin qoşununda sayılıb-seçilən cəngavərlərdən sayılan Husayn ibn Təmim namaz təklifini eşidəndə bağırdı: "Ey Hüseyn, sənin namazın Allah dərgahında qəbul olmayacaq!". İmam Hüseynin (ə) qocaman silahdaşı Həbib ibn Müzahir qəzəbli halda: "Allah Rəsulunun övladının namazı qəbul olmayacaq, amma sənin namazın qəbul olacaq?!" - deyə, onun üzərinə şığıdı. Həbibin zərbəsi ilə atdan yıxılan Husaynı silahdaşları aradan çıxartdılar. Həbib isə hücumu davam etdirib, düşmən səflərinin içinə daxil oldu.

75 yaşlı Həbib aşura günündə düşmənin 60-dan artıq döyüşçüsünü məhv edib, Bədil Təmimi adlı bir xəyanətkarın zərbəsi ilə şəhid oldu. Həbib elə şücaətli idi ki, qatili onun başını kəsib, öz atının boynundan asmışdı və bununla fəxr edirdi.

İmam Hüseyn (ə) sağ qalan səhabələrini iki hissəyə ayırdı. Əvvəlcə birinci hissə o həzrətin imamlığı ilə zöhr namazını (xovf namazı şəklində) qıldı. Bu zaman ikinci dəstə düşmənin hücumunu dəf etmək üçün hazır vəziyyətdə durmuşdu. Sonra eyni qayda ilə ikinci dəstə namaz qıldı. Namaz gedişində iki səhabə - Səid ibn Abdullah Hənəfi və Züheyr ibn Qəyn Bəcəli İmam Hüseyni (ə) oxlardan və nizələrdən qoruyurdu.

Səid ibn Abdullah Hənəfi Kufədəkt Əhli-beyt tərəfdarlarının öncüllərindən sayılırdı. O, kufəlilərin dəvət məktublarından birini İmama çatdırmış, sonralar Müslimə beyət edərək, onun məktubunu Məkkəyə gətirib İmama təqdim etmişdi. Elə həmin vaxtdan Səid Məkkədə İmam Hüseynin (ə) hüzurunda qaldı, Kərbəlaya kimi onu müşayiət etdi. Aşura gecəsində İmam Hüseyn (ə) öz səhabələrinin boynundan beyətini götürüb, onları dağılışmağa dəvət edəndə Səid qətiyyətlə bildirdi ki, heç yerə gedən deyil və son nəfəsinə kimi İmamın uğrunda döyüşməyə hazırdır.

Səid namaz zamanı özünü İmamın qarşısında sipər edib, atılan oxların qabağını bədəni ilə alırdı. Namaz bitər-bitməz Səid ölümcül yaralı halda yerə yıxıldı. Son nəfəsində gözlərini açıb: "Ey Peyğəmbərin nəvəsi, əhdimə vəfa etdimmi?" - deyə soruşdu. İmam ona belə cavab verdi: "Bəli, sən məndən də əvvəl cənnətə gedirsən". Yazırlar ki, Səid ibn Abdullahın bədənində saysız-hesabsız nizə yarası vardı, bütün bunlardan əlavə, bədəninə 13 ox dəymişdi.

İmam Hüseynə (ə) namaz vaxtının girdiyini xatırlatmış və o həzrətin xeyir-duasını almış Əbu Sümamə Əmr ibn Abdüllah Seydavi (və ya Saidi) isə döyüş meydanına yollanan axırıncı səhabələrdən oldu. Əbu Sümamə Kufədə Müslimin yaxın adamlarından idi, onun üçün silah tədarükü görürdü. Müslim ibn Əqil şəhid olduqdan sonra Əbu Sümamə də şəhərdən qaçıb, özünü İmam Hüseynə (ə) yetirdi. Bəzi tarixçilər onun aşura günü təkbətək döyüşlərdə başından ağır yaralanıb huşunu itir¬diyini, qohumları tərəfindən müalicə olunduğunu və bir ildən sonra vəfat etdiyini yazıblar. Lakin daha dəqiq məlumatlara görə, Əbu Sümamə təkbətək döyüşlərin son mərhələsində meydana çıxıb, şücaətlə vuruşdu və öz əmisi oğlu Qeys ibn Abdullah tərəfindən şəhid edildi (onunla əmisi oğlu arasında çoxdan ədavət var idi).

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

"KamAZ" və ev yandı

20 Avqust 2017 04:19

İnsanları il ərzində ən az işləyən ölkələr - SİYAHI

20 Avqust 2017 04:03

Terrorçular Barselonada kilsəni partlatmaq istəyirmişlər

20 Avqust 2017 03:19

Bakı "İnter"ində futbolçuların maaşları ödənilib

20 Avqust 2017 03:17

Könül Xasıyevaya qarşı dələduzluq

20 Avqust 2017 03:08

Adriana ilə türk sevgilisi bu hala qaldılar - FOTOLAR

20 Avqust 2017 02:58

İspaniyadakı hücumun təşkilatçısı şəhərin imamı imiş

20 Avqust 2017 02:29

Bal ayına hazırlaşanlar, diqqət! - 10 ən maraqlı yer

20 Avqust 2017 02:28

Azərbaycanın varlı qızları bahalı avtomobilləri ilə... - VİDEO

20 Avqust 2017 02:03

İsrail baş naziri Rusiya prezidenti Vladimir Putinlə görüşməyi planlaşdırır

20 Avqust 2017 01:47

Ərdoğan Almaniya XİN rəhbərinə: "Həddini bil"

20 Avqust 2017 01:24

Azərbaycan neftinin SON QİYMƏTİ

20 Avqust 2017 01:23

Sumqayıt bulvarında qəribə qadağalar

20 Avqust 2017 01:19

"Səni hər gün daha çox sevirəm" - arvadından azərbaycanlı müğənniyə

20 Avqust 2017 01:03

Qara Qarayev: "Uğurlu nəticə ilə qayıdaraq adımızı tarixə yazdırmağa çalışacağıq"

20 Avqust 2017 00:52

Ağdaşda 6 otaqlı ev yanıb

20 Avqust 2017 00:50

Hovuzlar dənizdən daha təhlükəlidir? - VİDEO

20 Avqust 2017 00:43

Prezident: "Bir dənə də olsun təmirsiz kənd yolu qalmamalıdır"

20 Avqust 2017 00:29

Aslanlarla dostluq edən alim

20 Avqust 2017 00:26

“Neftçi” azarkeşlərindən növbəti etiraz – “İstefa”

20 Avqust 2017 00:23

Mingəçevirdə mikroavtobus qəzaya düşüb, xəsarət alan var

20 Avqust 2017 00:22

Astroloji proqnoz - 20 avqust

20 Avqust 2017 00:13

Kamerunda dəhşətli qəza

20 Avqust 2017 00:07

Avstraliyada naməlum şəxs avtomobili kütlənin üzərinə sürüb - 7 nəfər xəsarət alıb

19 Avqust 2017 23:58

Hikmət Hacıyev: “BMT Baş Katibinin çağırışını dəstəkləyirik”

19 Avqust 2017 23:54

Yaksək maaşlı iş axtaranlar, diqqət

19 Avqust 2017 23:54

Sabaha olan hava proqnozu - 36 dərəcə isti

19 Avqust 2017 23:38

26 yaşlı gənc bıçaqlandı

19 Avqust 2017 23:36

"Qarabağ"ın rəqibi "Kopenhagen" çümpionatda çətin qələbə qazanıb

19 Avqust 2017 23:32

Sızanaqları yox edən təbii maskalar - Aspirin, gil, darçın...

19 Avqust 2017 23:23

Bal ayına hazırlaşanlar, diqqət!

19 Avqust 2017 23:21

Barselonada müsəlmanlar etiraz etdilər

19 Avqust 2017 23:19

Samuxda “Yenikənd” yarımstansiyası istifadəyə verilib

19 Avqust 2017 23:07

"Futbolçuların 99,9 faizi “ulduz xəstəliyi”nə tutulur" - Qurban Qurbanov

19 Avqust 2017 23:07

"Yol infrastrukturuna görə Azərbaycan dünya miqyasında qabaqcıl yerdədir"

19 Avqust 2017 23:03

"Başlanğıcda başqa komandalarla oynamaq istərdik" - Zaur Svanadze

19 Avqust 2017 22:57

"Kopenhagen"dən əzmkar qələbə

19 Avqust 2017 22:57

Kənan Doğulu ilə Beren Saat Bodrumda - FOTOLAR

19 Avqust 2017 22:53

Qurban Qurbanov: "Bu gün Əfan komandaya faydalı oyunçudur"

19 Avqust 2017 22:52

Azərbaycanda belə toy olmamışdı: Bəylə gəlin hərbi formada

19 Avqust 2017 22:48

Hikmək Hacıyev: "Azərbaycan mülki insanlarının hədəfə çevrilməsindən ən çox əziyyət çəkən dövlətlərdən biridir"

19 Avqust 2017 22:47

27 yaşlı oğlan naməlum şəraitdə bıçaqlandı

19 Avqust 2017 22:44

"Qarabağ" "İnter"i məğlub etdi

19 Avqust 2017 22:34

İnsanın ruhuna rahatlıq verən, baxmaqdan doymayacağınız TƏBİƏT FOTOLARI

19 Avqust 2017 22:33

Dördüncü Qara dəniz-Xəzər Beynəlxalq Nəqliyyat Forumu Batumidə keçiriləcək

19 Avqust 2017 22:32

"İnter"in baş məşqçisi: "Qışa kimi bizə çox çətin olacaq"

19 Avqust 2017 22:27

Soğanın qiyməti xeyli ucuzlaşdı - VİDEO

19 Avqust 2017 22:23

Rusiya prezidentinə paytaxtı dəyişmək təklif olunub

19 Avqust 2017 22:22

VİDEO: Azərbaycanın varlı qızları bahalı avtomobilləri ilə...

19 Avqust 2017 22:18

"Qarabağ" "İnter"i məğlub edib

19 Avqust 2017 22:07