Yığmamızın sabiq baş məşqçisi vəfat etdi

Yığmamızın sabiq baş məşqçisi vəfat etdi
20:52 22 Oktyabr 2016
67 İdman
Ölkə mətbuatı
A- A+

Tennis üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Sergey Lixaçev vəfat edib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki,15 qat SSRİ çempionu oktyabrın 18-də Moskvada dünyasını dəyişib. O, 77 yaşında vəfat edib.

Qeyd edək ki, Lixaçev 1973-cü ildə milli komandada son matçını keçirib. O, 1 il sonra SSRİ çempionu olsa da, məşqçiliyə başlayıb. Lixaçev Bakının "Leçi" klubunda işləyib. Sonradan Azərbaycan millisinin "sükanı arxasına" keçən mütəxəssis SSRİ yığmasında ikinci məşqçi kimi də çalışıb. 1991-ci ildə SSRİ Tennis Federasiyasının təyinatı ilə Portuqaliyaya gedib və bir neçə il də orda çalışıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/482189.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR