Camaat namazı necə qılınır?

Camaat namazı necə qılınır?
20:57 22 Oktyabr 2016
83 Ölkə
Ölkə mətbuatı
A- A+

Camaat namazı imamla birlikdə qılınan namazdır. İki nəfər və ya daha çox adam bir yerdə namaz qılarsa, artıq bu camaat namazı sayılır.

Milli.Az zikr.az-a istinadən bildirir ki, belə olduğu halda içərilərindən bir nəfər imam durur və adi tək necə namaz qılırsa, o cür də namaz qılır. İki nəfər olduqda imam solda olmaqla yanaşı dayanırlar. Bir kişi və bir qadın camaat namızını qılırlarsa, kişi qabaqda, qadın isə arxada durur. Üç və daha çox adam olduqda, imam öndə, digərləri isə arxada sıra ilə dayanırlar. İmama tabe olanlar imamdan qabaq hərəkət etməməlidirlər. Səssiz qılınan namazlarda imam "Allahu Əkbər" (təkbir), rukudan qalxdıqda "Səmi Allahu limən həmidəh" sözlərini və namazın qurtarmasını bildirmək üçün salamları səslə deyir. Səsli namazlarda isə bunlara əlavə olaraq, imam birinci və ikinci rükətlərdə Fatihə surəsini və ondan sonra oxuduğu surəni bərkdən oxuyur, 3-cü və 4-cü rükətlər isə səssiz olur.
Allah Rəsulu (salləllahu aleyhi və səlləm) demişdir:
"İmam ona tabe olmaq üçün təyin edilir, ona görə də ona müxalif olmayın. O təkbir etdikdə təkbir edin, rüku etdikdə, rüku edin"
"Camaatla qılınan namaz tək qılınan namazdan iyirmi yeddi dərəcə daha fəzilət­li­dir". (Muslim, 1509).
Qeyd: Yalnız qadınlardan ibarət camaat namazında hətta 2 nəfərdən çox olsalar da, imam öndə yox, sıranın ortasında dayanır.
Kişi və qadınlardan ibarət camaata kişi imamlıq etməlidir. İmamın arxasında 1-ci sırada kişilər, onların arxasında isə qadınlar dayanırlar. Kişi və qadınlar bir-birinə naməhrəmdirlərsə, onların arasında pərdə, divar və s. olması yaxşıdır. Əks halda namaz qurtardıqdan sonra kişilərin arxaya çönməyərək gözləməsi və qadınların durub getməsi daha yaxşıdır.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/481900.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR