İmam Hüseynin (ə) hidayət nuru sönəsi deyildir

İmam Hüseynin (ə) hidayət nuru sönəsi deyildir
21:22 22 Oktyabr 2016
76 Ölkə
Ölkə mətbuatı
A- A+

İmam Hüseyn (ə) - Uca Allahın nurudur və ona görə də heç bir zaman sönəsi deyildir. Tarix boyu düşmənlər bütün səylərini işə saldılar ki, onu söndürsünlər. Aşura hadisəsindən sonra çalışdılar ki, bu hadisəni heç kəs eşitməsin. Lakin buna baxmayaraq, bu İlahi təqdirin qarşısını ala bilmədi.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, İmam Hüseyn (ə) etdiyi fədakarlıq ilə özünü və ailəsini Allaha qurban verir. Razı olur ki, ailəsini əsir götürsünlər. Aşura hadisəsinin bütün olmazın çətinliklərinə dözdü, çünki bu işi Allaha eşqlə yerinə yetirirdi. Allah da İmam Hüseynin (ə) bu əməli qarşısında onu bütün bəşər üçün hidayət çırağı qərar verdi.
İmam Hüseyn (ə) qiyamından 1400 il keçməsinə baxmayaraq, əzadarlıqların hərarəti sönmür, əksinə daha da alovlanır. Ərbəin əyyamında milyonlarla insan Kərbəlaya yollanır. Bu hadisədən 1400 il keçməsinə baxmayaraq, insanlar İmamı (ə) əziz tutur və müsibətinə ağlayırlar. Bu da bütün dünyanı təəccübləndirir. (Həvzəh)
İmam Hüseynin (ə) Allaha olan sonsuz eşqi bais oldu ki, Allah da Seyyidi-şühəda (ə) sevgisini insanların qəlbinə salsın. Həzrət Zeynəb (s.ə) Aşura günü böyük müsibətlər çəkdi, qardaşlarının, övladlarının, qardaşı uşaqlarının şəhadətini gördü, əsir düşdü. Ancaq bunlara baxmayaraq, Yezidin (lən) qarşısında möhkəm dayandı və ona dedi ki, bütün məkrlərini işə salsan da, biz Əhli-Beytin (ə) yada salınmasını aradan apara bilməyəcəksən.
Tarixdə çox alçaq insanlar olmuşdur ki, İmamın (ə) hərəmini dağıdaraq, Aşura alovunu söndürməyə cəhd etmişdilər. Onlardan biri də Mütəvəkkil Abbasi idi. Lakin onun bu səylərinə baxmayaraq, insanları İmamın (ə) hərəmini ziyarət etməkdən saxlaya bilmədi. Çünki bu nur - Allahın nurudur. Nə qədər onu söndürməyə çalışsalar da, o sönəsi deyildir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/481868.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR