Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Koalisiya İraqda yas mərasimini bombaladı

Koalisiya İraqda yas mərasimini bombaladı

Date: 22 October 2016 21:39

Koalisiya aviasiyası İraqda səhvən yas mərasiminə zərbələr endirib.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib.

 

Onun sözlərinə görə, Rusiya kəşfiyyatı ötən sutka ərzində ABŞ-ın rəhbərlik etdiyi koalisiyaya məxsus təyyarələrin 22 uçuş həyata keçirdiyi qeydə alıb: “Həmin təyyarələr İraqda müxtəlif hədəflərə 19 zərbə endiriblər. Həmçinin Kərkükdən 30 km cənubda yerləşən Dakuk şəhərinə də zərbə endirilib. Bizim məlumatımıza görə, həmin şəhərdə İŞİD terrorçuları yoxdur”.     

 

“Şahidlərin sözlərinə görə, koalisiya təyyarələri yas iştirakçılarını terrorçularla səhv salaraq  zərbə endiriblər. Qadınlar və uşaqlar daxil olmaqla onlarla dinc sakin ölüb”, - deyə Konaşenkov deyib.   

 

Qeyd edək ki,  koalisiya aviasiyasının İraqın Dakuk şəhərində səhvən yas mərasiminə zərbələr endirməsi nəticəsində 20 nəfər ölüb, 45 nəfər yaralanıb.   


Tags:  Koalisiya İraqda yas mərasimini bombaladı


RƏYLƏR


Top news