Bu, insanlıq cinayətidir (VİDEO/FOTO)

Bu, insanlıq cinayətidir (VİDEO/FOTO)
22:08 22 Oktyabr 2016
234 Maraqlı
Ölkə mətbuatı
A- A+

Doğuş zamanı ölümlər, xəstə uşaqlar, intiharlar. Dünya bu problemin həllinə çalışır.

ARB TV-nin "Pəncərə" verilişində maraqlı süjet yayımlanıb.

İnsanların həyatını oğurlamaq iki cür olur. Ya onu fiziki olaraq öldürmək, ya da mənəvi olaraq məhv etmək. 2-ci cinayətin çox dəhşətli qurbanları var. Hələ həyatını məhv etdiyin o insan uşaqdırsa və sənin doğmandırsa, dəhşətin miqyası böyüyür.

Valideynləri tərəfindən zorla ailə qurmağa məcbur edilən azyaşlıların sayı milyonlarladır. Erkən nikah kabusu - bəşəriyyətin sosial xərçəngidir. Sağalmaz bir bəla olaraq qalan bu problem dünyanı həm ağrıdır, həm də təəccübləndirir.

Axı bir valideyn 14-12-10, hətta 8 yaşlı bir qızcığacın məsum uşaqlığını necə yatağa daşıya bilər? Bir övladın uşaqlığı onun fitri oyuncağıdır. Bu oyuncağı alıb əvəzində ona o yaşında çəkə bilməyəcəyi qadın ömrünü bəxş etmək insanlıq adına cinayət deyilmi?

Bu cinayətin tükürpədici statistikası açıqlandı. "Uşaqları qoruyaq" adlı humanitar təşkilat haray çəkir: dünyada hər 7 saniyədə yaşı 15-ə çatmayan bir qız uşağı ailə qurmağa məcbur edilir. Hər il təxminən 16 milyon yeniyetmə qız ana olur.

Gəlinciklə oynamalı olduğu halda gəlinə çevrilən bu qurbanlara daha çox Əfqanıstan, Yəmən, Hindistan və Afrika ölkələrində rast gəlinir. Erkən nikaha səbəb kimi yoxsulluq, nəsillərarası savaş, milli adətlər və s. göstərilir.

Ailə qurmağa məcbur edilən uşaq və yeniyetmə qızların sonrakı taleyi ya intihara, ya xəstə övlad doğumuna, ya da doğuş zamanı ölümə gətirib çıxarır.

Bir sözlə, övladına qarşı bu cinayəti işlədən insanlar bütün hallarda onları öz əlləriylə bədbəxtliyə təhvil vermiş olur.

Bu, insanlıq cinayətidir


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqli/173173.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR