Payızın ən faydalı qidası

Payızın ən faydalı qidası
22:17 22 Oktyabr 2016
121 Ölkə
Ölkə mətbuatı
A- A+

Payızın ən faydalı qidası göbələkdir.

Mütəxəssislər tərəfindən göbələyin tərəvəz mənşəli, zülal mənşəli olduğu mübahisəli qalsa da, faydaları ilə süfrənizdə mütləq olması lazım olan qidalar arasındadır.
Təxminən 100 qram göbələk bir insanın gündəlik selen tələbatının təxminən 32%, mis tələbatının 20%, kalium ehtiyacının 10% və protein ehtiyacının 4% ödəyir.
 
Milli.Az deyerler.org-a istinadən bildirir ki, daşıdığı karbohidrat-zülal quruluşlu fito qida elementləri ilə immunitet sistemini gücləndirir, artrit kimi xəstəliklərdən qorunmada, xərçəng riskini azaltmaqda və ürək sağlamlığını qorumaqda faydalı olduğu güman edilir.
 
İmkan daxilində göbələyi 3-4 gündən çox saxlamayın. Rəngi qaralmağa başlayan göbələklərin, sağlamlıq baxımından əhəmiyyətli olan fitobesin maddələrini azaltdığı elmi tədqiqatla sübut olunmuşdur. Soyuducuda hava almayacaq bir qabda saxlamaq, fitobesin elementi itkisini azaldaraq göbələkdən maksimum fayda əldə etməyi təmin edir.
 
Qurudulmuş göbələklər dondurucuda 6 ay 1 il arası saxlana bilər. Dondurucuda saxlanmayan göbələklərin xarab olma müddəti də qısadır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/481508.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR