Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Əməkdar artist qaydaları pozdu, bölməyə çağrıldı

Əməkdar artist qaydaları pozdu, bölməyə çağrıldı

Date: 22 October 2016 22:17

Əməkdar artist Səlim Abbasov yol hərəkət qaydalarını pozub.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, skripka ifaçısı maşında çəkdiyi bir videonu sosial şəbəkədə paylaşıb.

Görüntüdə S.Abbasovun azyaşlı uşağı avtomobildə qabaq oturacaqda əyləşdirdiyi, təhlükəsizlik kəmərindən istifadə etmədiyi əks olunub.

Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov hadisəyə münasibət bildirib:

"Təhlükəsizlik kəmərindən istifadə etməmək və azyaşlı uşağın qabaq oturacaqda əyləşməsi faktı var. Maşının hərəkət edib-etməməsi araşdırılacaq. Səlim Abbasov bölməyə dəvət olunub. Danışılıb, məsələyə aydınlıq gətiriləcək. Onun verəcəyi izzahat əsasında inzibati xəta tərkibi varsa, əməkdar artist cəzalandırılacaq".

S.Abbasov isə avtomobili ara küçədə idarə etdiyini deyib.

Milli.Az


Tags:  Əməkdar artist qaydaları pozdu bölməyə çağrıldı

RƏYLƏR


Top news