Futbol üzrə Türkiyə Super Liqasında VIII turun görüşü keçirilib

Futbol üzrə Türkiyə Super Liqasında VIII turun görüşü keçirilib
22:22 22 Oktyabr 2016
47 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 22 oktyabr. REPORT.AZ/ Futbol üzrə Türkiyə Super Liqasında VIII turun mərkəzi görüşü bu gün "Qalatasaray" və "Trabzonspor" komandaları arasında keçirilib.
"Report"un məlumatına görə, "Türk Telekom Arena"da oynanılan, baş hakim Fırat Aydınusun idarə etdiyi qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə nəticələnib. Yeganə qolun müəllifi 17-ci dəqiqədə fərqlənən afrikalı legioner Dame N Doye olub.
Bununla da liderlər qrupunda qərarlaşan "Qalatasaray" ilk məğlubiyyətini uzun müddətdir qələbə üzünə həsrət qalan rəqibindən alıb.
Qonaq komandanın İstanbula aparılan heyətində Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayev də olub. Ancaq baş məşqçi Ersun Yanal onu yenə ehtiyatda saxlamaqla Super Liqada debütünə imkan yaratmayıb.
Qeyd edək ki, 17 xala malik "Qalatasaray" bu məğlubiyyətdən sonra 3-cü pilləyə enib. Lakin "sarı-qırmızılar" ehtiyatda bir oyunu qalan "Başakşehir" və "Beşiktaş"la eyni miqdarda xala malikdir. "Trabzonspor" isə 8 matçdan 10 xalla turnir cədvəlində 10-cu pilləyə yüksəlib.
Türkiyə Super Liqası, VIII tur
20:00. "Qalatasaray" - "Trabzonspor" - 0:1
Qol: Dame N Doye, 17

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/futbol-uzre-turkiye-super-liqasinda-viii-turun-gorusu-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR