Bakı Beynəlxalq Caz Festivalı başlandı - FOTO

Bakı Beynəlxalq Caz Festivalı başlandı - FOTO
22:27 22 Oktyabr 2016
36 Ölkə
Ölkə mətbuatı
A- A+

Ağcabədidə su festivalı keçirilib - FOTO (15 Aprel 2017 13:54)

Oktyabrın 22-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Mədəniyyət Fondunun birgə təşkilatçılığı ilə ənənəvi Bakı Beynəlxalq Caz Festivalına start verilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki,  festivalın açılışından əvvəl mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə müsahibəsində bu musiqi bayramının əhəmiyyətindən söz açıb. Ənənəvi olaraq keçirilən Bakı Caz festivallarından danışan nazir deyib ki, budəfəki festival həcm və mahiyyəti baxımından əvvəlkilərdən fərqlənir. Çünki burada ustad dərslərinə xüsusi önəm veriləcək. Bununla yanaşı, gənc caz ifaçıları üçün müsabiqə keçiriləcək. İlk dəfə olaraq bu festival çərçivəsində caz mövzusuna aid bir neçə sərgi açılacaq. Eyni zamanda kinematoqrafiya və musiqinin vəhdətinin sintez eksperiment təqdimatının keçirilməsi də nəzərdə tutulur.

Nazir diqqətə çatdırıb ki, festival çərçivəsində 10-dan çox ölkədən müxtəlif caz ifaçıları qonağımız olacaq. Tədbirlər paytaxtın bir neçə konsert salonunda keçiriləcək.

Azərbaycanda cazın böyük tarixə malik olduğunu söyləyən Əbülfəs Qarayev deyib ki, hələ Tofiq Quliyev, Niyazi, Tofiq Əhmədovun rəhbərliyi altında ölkəmizdə çoxlu caz kollektivləri fəaliyyət göstərib. Azərbaycanın adı caz musiqi aləmində Vaqif Mustafazadə və Rafiq Babayevin adları ilə çox məşhurlaşmışdı. Bakı SSRİ məkanında ən qabaqcıl caz məkanlarından sayılırdı. Müstəqilliyimizin bərpa edilməsi bu musiqiyə daha da yaxınlaşmağa imkan verdi. Gənc nəsil bu musiqi janrında istedadlarını sınamaq üçün müxtəlif müsabiqələrdə iştirak etdi. 2007-ci ildən etibarən Azərbaycan ifaçıları dünyanın ən böyük və mötəbər caz festivalı - Montre Caz Festivalına qatılır. Bu da caz ifaçılarımızın dünya miqyasında tanınmasına imkan yaradır.

"Bakıda keçirilən caz festivalı dünya musiqiçiləri arasında tanınır. Onlarla məşhur caz ifaçıları ölkəmizdə olub. Onlar artıq Azərbaycanı caz ölkəsi kimi qəbul edirlər. Bu, olduqca sevindirici haldır. Çünki caz musiqisi yenilik, axtarış, improvizasiya tələb edən musiqi üslubudur. Bizim gənclərimiz etno-caza böyük həvəs göstərirlər. Onların muğam musiqisi əsasında yeni improvizasiya edilmiş kompozisiyaları dünya ictimaiyyətinə çatmaqdadır", - deyə nazir vurğulayıb.

Festivalın açılışı Braziliyadan olan "Qabriel Qrossi" triosunun çıxışı ilə baş tutub. Cazsevərlərin iştirak etdiyi gecədə səslənən musiqilər böyük maraqla qarşılanıb.

Qeyd edək ki, festivalın proqramında "Antonio Lizana" kvarteti (İspaniya), "Plunge" qrupu (İsveç), "Pierre de Tregomain" kvartetin (Fransa), "Debora Karter" kvinteti (Hollandiya), "Eren Coşkuner" kvarteti (Türkiyə), "Linley Marthe & Friends" qrupu (Fransa), Bakı Caz Müsabiqəsinin qalibləri, "Dinovski və Schuberth Dueti" (Makedoniya, Avstriya), Albert Hera (İtaliya), "Omar" (Böyük Britaniya), "Tord Gustavsen" kvartet (Norveç), "Levan Kemularia" triosu (Gürcüstan), Rain Sultanov və İsfar Sarabski, "Sebastiyan Studnitski" triosu (Almaniya), Sebastiyan Studnitski & String (Almaniya-Azərbaycan), "Djabe" qrupu (Macarıstan), "Takumi`s Trick with Asian Friends" (Yaponiya), Dainus Pulauskas (Litva), "Qrzeç Piotrovski & Sebastiyan Vipiç" (Polşa), "Musica Ficta" qrupu (Kolumbiya), Denise Fontoura & DJ Seegweed (Braziliya-İsveç) və Maya Barataşvilinin (Gürcüstan) konsertləri yer alıb. Konsertlər Beynəlxalq Muğam Mərkəzində, Heydər Əliyev Sarayında, M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, kamera və orqan musiqisi zalında, "Rotunda Jazz Club", "Cine Club"da təşkil ediləcək. Festival çərçivəsində, həmçinin incəsənət və fotosərgilər, ustad dərsləri, Vaqif Mustafazadəyə həsr olunmuş "Mənim tanıdığım Vaqif" filminin nümayişi, "Uşaq caz günü" müsabiqəsinin keçirilməsi nəzərdə tutulub.

Festival oktyabrın 30-dək davam edəcək.

Milli.Az






RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Putin və Poroşenko gizli danışıqlar aparıb - İDDİA

28 Aprel 2017 21:58

Əziz Seyidov yeni vəzifəsinə başladı - FOTO

28 Aprel 2017 21:57

Bakıda 10 ev birdən kül oldu - VİDEO

28 Aprel 2017 21:57

Saçları yuyanda etdiyimiz 8 SƏHV

28 Aprel 2017 21:57

Özündən 19 yaş kiçik qızla sevgilidir - FOTO

28 Aprel 2017 21:52

Federika Moqerinidən Türkiyə açıqlaması

28 Aprel 2017 21:47

Dərinin göbələk xəstəlikləri

28 Aprel 2017 21:47

Nazir müavini: “Bütün dünyada müharibə…”

28 Aprel 2017 21:43

Hamiləlikdə lazer epilyasiyası etdirmək olar?

28 Aprel 2017 21:42

Moqerini: “Türkiyə ilə danışıqlar prosesi dayandırılmayıb”

28 Aprel 2017 21:39

""Sovetski"də 10 mindən çox ev sökülməlidir, 4500-ü sökülüb"

28 Aprel 2017 21:37

Orqanizmdə qurdlar - Simptomlar, müayinə və müalicə

28 Aprel 2017 21:37

"İçerde"nin "Mələy"indən xeyirxah addım - FOTO

28 Aprel 2017 21:32

"Onun öldüyünü hələ ki, təsdiq edə bilmərik, lakin..."

28 Aprel 2017 21:27

Azərbaycanlı aktrisaya İNANILMAZ TƏKLİF - FOTO

28 Aprel 2017 21:27

"Bakı-2017":

28 Aprel 2017 21:26

Mədə-bağırsaq xəstəliyi olanlara həkimdən MÖCÜZƏVİ RESEPT

28 Aprel 2017 21:22

Uzun və sağlam yaşamaq üçün nə yeyək? - HƏKIM RƏYI

28 Aprel 2017 21:17

"Onlar bilirlər ki, Qarabağda hər an böyük müharibə qızışa bilər"

28 Aprel 2017 21:17

Tbilisidə 10 yaşlı azərbaycanlı erməni idmançını məğlub edib

28 Aprel 2017 21:17

Qızları məşhurluqda atalarını geridə qoydular - FOTO

28 Aprel 2017 21:17

İt 380 kilometri qət edib, sahibinə qovuşdu

28 Aprel 2017 21:12

Formula yarışlarının yeganə azərbaycanlı pilotu - "Bir gün məni də Bakı trasında görəcəksiniz"

28 Aprel 2017 21:12

Əziz Seyidov and içərək vəzifəsinin icrasına başlayıb

28 Aprel 2017 21:12

Avropa İttifaqının NEAR Baş direktorluğunun nümayəndə heyəti ilə Bakıda görüş olub

28 Aprel 2017 21:07

Rayondan paytaxtda yük daşıdılar: zəhmət haqlarını ala bilmirlər - VİDEO

28 Aprel 2017 21:05

Güzəştli mənzillərin əldə edilməsi üçün tələb olunan SƏNƏDLƏR - VİDEO

28 Aprel 2017 21:05

YAP Nizami rayon təşkilatı Qadınları Şurası akademik Zərifə Əliyevanın xatirəsini yad edib - FOTO

28 Aprel 2017 21:05

Uşaqlarının əri ilə barışan Ruhi, Azərbaycanı tərk edən aşıq Samirə - FOTO

28 Aprel 2017 21:05

Elmar Məmmədyarov nazirlərin Moskva görüşünə münasibət bildirdi

28 Aprel 2017 21:03

"Şimali Koreyanın ABŞ-a hücum etməsi an məsələsidir" -

28 Aprel 2017 20:58

Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu olub

28 Aprel 2017 20:57

Universitet tələbəsinin rejissorluğu ilə “Qəribə oğlan” tamaşası göstərilib

28 Aprel 2017 20:57

Putin-Merkel görüşünün TARİXİ AÇIQLANDI

28 Aprel 2017 20:57

Məşhur yazıçı VƏFAT ETDİ

28 Aprel 2017 20:52

Qızın “tovlayıcı” donu onu yarışdan kənarda qoydu

28 Aprel 2017 20:48

MAŞIN şou nə vaxt başlayır və kimlər olacaq?

28 Aprel 2017 20:47

Beynəlxalq təşkilatların rəhbərləri 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna qatılacaqlar

28 Aprel 2017 20:47

Elmar Məmmədyarovdan erməni nazirlə görüşü ilə bağlı AÇIQLAMA

28 Aprel 2017 20:47

Azərbaycan XİN-dən cəbhədəki gərginliklə bağlı –

28 Aprel 2017 20:45

“Prezidentlər görüşməyə özləri qərar verməlidirlər” - nazirdən Qarabağ açıqlaması

28 Aprel 2017 20:44

Rusiya Yatsenyuku beynəlxalq axtarışa verdi

28 Aprel 2017 20:42

Bitkoinin qiyməti qızılı ötərək tarixi rekord qiymətə çatıb

28 Aprel 2017 20:42

Bel ağrılarından birdəfəlik xilas edən pozalar - FOTOLAR

28 Aprel 2017 20:38

Türkiyədə məzarı aşkarlanan çar Rusiyası generalının nəvəsi tapılıb

28 Aprel 2017 20:37

İtaliyalı gimnastlar: "Çox şadıq ki, Bakıdakı Dünya Kubokunun finalında çıxış etmək şansı qazandıq"

28 Aprel 2017 20:37

Bakıda 3-cü Britaniya Bahar Film Festivalının açılışı olub

28 Aprel 2017 20:37

Mikroavtobus yük maşını ilə toqquşdu - 3 məktəbli yaralandı

28 Aprel 2017 20:29

Ağsuda traktorçu iş başında dünyasını dəyişdi

28 Aprel 2017 20:28

"Belə evlərdə yaşayan insanların əksəriyyəti xəstədir" - Abid Şərifov

28 Aprel 2017 20:27