Məşhur macar gölü azərbaycanlının təsvirində - FOTO

Məşhur macar gölü azərbaycanlının təsvirində - FOTO
22:37 22 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Milli.Az AZƏRTAC-a istinadən Emil Eyyubovun reportajını təqdim edir

Balaton Macarıstanın və Mərkəzi Avropanın ən böyük gölüdür. Böyüklüyünə görə burada onu hətta "Macarıstan dənizi" adlandırırlar. May ayından sentyabradək davam edən mövsümdə gölün sahili çimərlik turizmi həvəskarları ilə dolub-daşır. Eyni zamanda, Balaton təkcə su kənarında istirahət etmək imkanı ilə deyil, həm də mədəni proqramların müxtəlifliyi və qastronomik təəssüratlarla cəlbedicidir. Gölün ətrafı gəzməli-görməli yerlərlə zəngindir. Burada tarixi şəhərlər, qoruqlar, orta əsr qəsrləri və dəbdəbəli saraylar yerləşir. Çimərlik mövsümü artıq başa çatsa da, Azərbaycanda haqqında çox eşitdiyimiz məşhur gölü görmək zövqündən özümüzü məhrum etmədik.

Kesthey, Feştetiçlər və dəbdəbəli saray

Beləliklə, Hevizə səfərimizin ikinci gününü Balaton gölünün qərb sahilindəki Kesthey şəhərini gəzməyə həsr etmək qərarına gəldik. Hevizdən Kestheyə qədər olan məsafə 6 kilometrdir. Bu yolu qət etməyin ən yaxşı üsulu meşə cığırı ilə velosipedlə getməkdir. Hevizdə velosiped kifayət qədər populyar nəqliyyat vasitəsidir. Onu şəhərdəki informasiya-turizm mərkəzinin ofisində icarəyə götürmək olar. Belə də etdik və tezliklə turizm mərkəzinin marketinq üzrə meneceri Kristina Çoryanın müşayiəti ilə yola çıxdıq.

Əvvəlcə marşrut yayda qayıq gəzintisinə çıxmaq imkanı olan çiçəkli suzanbağıları ilə dolu gözəl su kanalı boyunca uzanıb gedirdi. Az sonra cığır bizi meşənin içərisinə apardı. Yol kənarlarında çinarlar, sərv ağacları və nadir yabanı şabalıd boy atmışdı. Havanı yaşıllıq ətri ilə bürümüşdü. Yolda qarşımıza hər iki tərəfə gedən velosipedçilər çıxırdı.

Təxminən iyirmi dəqiqədən sonra artıq Kestheydə idik. Vaxt azlığından Ovçuluq Muzeyinin yanından ötüb şəhərin əsas memarlıq abidəsinə - 1745-ci ildə inşa edilən Feştetiçlərin bəyaz sarayına yollanırıq.

Feştetiç zadəgan nəsli xeyriyyəçilər kimi tanınıb, onların sayəsində şəhərdə gimnaziya, kənd təsərrüfatı liseyi, eləcə də apteklər və xəstəxanalar açılıb. Feştetişlərin ata-baba mülkü olan qəsr ən böyük və gözəl macar malikanələrindən biridir. Bu qəsr barokko üslubda tikilib və ingilis üslubunda möhtəşəm parkla əhatə olunub. Sarayda ümumən 101 zal var, onların əksəriyyətində maraqlı muzey ekspozisiyası təşkil edilib. İlkin görünüşündə bərpa edilmiş otaqlarda adlı-sanlı aristokratiyanın həyat tərzini, rəngkarlıq kolleksiyasını və ölkədə özəl mülkiyyətdə saxlanılan yeganə qədim kitabxananı görmək olar. Divarların orijinal bəzəyi, tavanın taxta üzlüyü, ağır pərdələr, sobalar, iri çilçıraqlar və zərif mebel - hər şey insana kübar qəbulları xatırladır. Sarayda tez-tez klassik konsertlər olur, güzgülü zal isə nikah mərasimləri üçün ən populyar yerlərdən biridir.

Yayın istisində qəsrin parkında, əsas girişin yaxınlığında yerləşən XVIII-XIX əsrlərə aid fəvvarənin yanında xüsusən isti yay günlərində dincəlmək xoş təsir bağışlayır. Parkın gül ləklərində il ərzində 70 min şitil əkilir. Burada 50-dən çox ağac və kol növü var.

Qəsrin yuxarı terrasından parka və Kestheyin ətraf yerlərinə füsunkar mənzərə açılır. Həmin terrasa dolama dəmir pilləkənlə çıxmaq olar. Buradan bütün şəhər ovcun içi kimi görünür, yaxınlıqda isə üfüqədək uzanan Balaton gölünün suları günəş şüaları altında bərq vurur.

Qəsrdə maraqlı şeylər bəs deyincədir. Məsələn, Karet və Minik Muzeyində XVIII-XIX əsrlərə aid köhnə nəqliyyat vasitələri (50-dən çox karet, kirşə, fayton) nümayiş etdirilir. Stolüstü dəmir yolu modelləri sərgisinin ekspozisiyası çərçivəsində Avropanın ən böyük tarixi dəmir yolu modeli sərgilənir. Təxminən 3 kilometr uzunluğunda relslər üzərində 75 müxtəlif qatar hərəkət edir. Ovçuluq sərgisində isə təbii yaşayış şəraitində beş qitədə ovlanan heyvanlar təqdim olunur.

Maraqlıdır ki, hazırda Vyanada yaşayan Feştetiç nəslinin nümayəndəsi köklərini unutmur, tez-tez Kesthey şəhərinin və ailə qəsrinin qonağı olur.

Bu cür dəbdəbəli mühitdə tarixlə təmasda olmaq çox xoşdur. Lakin qeyri-adi Balaton gölü bizi özünə cəzb edirdi, saraydan gölə qədər isə bir addımlıq yoldur. Velosipedlər bizi sahilə tez çatdırdı və budur, artıq möhtəşəm panorama heyran qalmışıq.

Balıq ovu, qu quşları və moruq limonadı

Mərkəzi Avropanın ən böyük gölünün - Balatonun uzunluğu 79 kilometr, eni 1,2 kilometrdən 12,4 kilometrə qədərdir. Eyni zamanda, göl çox dayazdır: orta dərinliyi 3,6 metr və maksimum dərinliyi isə 12,5 metrdir. Göl dayaz olduğundan onun suyu yayda 26 dərəcəyədək qızır. Təsadüfi deyil ki, sahil xəttində mövsüm boyu adamla dolan çoxsaylı çimərliklər yaradılıb.

Biz yalnız tilovlarını suya ataraq səbirlə ov gözləyən balıqçıları görə bildik. Balatonda balıq ovu ən populyar əyləncədir. Göldə 25 növ balıq var və balıqçılar arasında ən məşhuru karp balığıdır. Su həyatının müxtəlifliyi bura çoxlu sayda quş cəlb edir. Ağ qu quşları xüsusilə gözəl təsir bağışlayır. Həm də bu quşların çoxu insanlara elə alışıb ki, bir dəstə ağ qu quşu bizi görüncə lap yanımıza üzüb gəldi. Görünür, bizdən yem gözləyirdilər. Orada-burada vəhşi ördək və qağayılar vurnuxurdu.

Balaton gölü gəmiçiliyik üçün yararlıdır. Göldə gəmilərin yan alması üçün 20-dən çox körpü var və gəmilər əsasən sahil boyu hərəkət edir. Elə indi də yavaş-yavaş üzən yelkənli qayıqlar və yerli yaxt-klubun yaxtalarını görmək mümkün idi. Yayda istirahətə gələnlərin qayıqla, katamaranla, su velosipedləri ilə gəzintiyə çıxmaq və ya vindsörfinqlə məşğul olmaq kimi bir sıra idman növlərindən istifadə etmək imkanı var.

Gölün suyu təmiz, şəffaf, yaşılımtıl çalarlıdır, bu rəngi ona burada yaşayan plankton verir. Ümumiyyətlə, necə deyərlər, Balatonun hava şəraitindən və səmanın rəngindən asılı olaraq öz rəngini dəyişmək kimi unikal xüsusiyyəti var. Buludlu gündə göl boz-qurğuşun rəngi alır. Amma günəş çıxan kimi Balaton simasını dəyişir, sahilində parlaq firuzəyi rəng orta hissədə mavi çalarla əvəzlənir. Sanki Fransanın Lacivərd Sahilidir!

Kesthey - Balaton sahilində yerləşən yeganə böyük şəhər deyil. Gölün ətrafında 18-i şəhər olan 179 yaşayış məntəqəsi yerləşir. Kestheydən başqa, Şiofok, Balatonfüred və digərləri böyük şəhərlərdir.

Bu gün göl ətrafında əla otel infrastrukturu yaradılıb, kafe və restoranlar açılıb. Hərçənd sosialist keçmişin yadigarı olan və yeni sahiblərinin onları müasir üslubda bərpa etməsini gözləyən binalar da qalmaqdadır.

Geri qayıtmazdan əvvəl kəmərimizin altını bərkitmək qərarına gəldik və Balaton sahilinə yaxın "Bistro Paletta" restoranına üz tutduq. Məlum oldu ki, bu, bir ailəyə məxsus restorandır. Onun sahibi qonaqlara yaxınlaşıb onların kulinariya zövqləri ilə maraqlanır, bu və ya digər yeməyi tövsiyə edir. Biz püre halında şorba, təzə tutulan, kəsmik və göyərtili Balaton balığı, qaymaqlı biskvit - ənənəvi macar deserti yedik. Hamısı çox dadlı və zərif idi, lakin ev şəraitində otlardan və moruqdan hazırlanmış macarsayağı limonad xüsusilə ləzzət verdi. Bu yerlərə baş çəksəniz, onu mütləq dadın!

Son söz əvəzi

Zənnimizcə, Balatona çimərlik mövsümündə gəlmək daha məsləhətlidir. O vaxt gölün sahilində həyat daha canlı olur: konsertlər, şənliklər, çimərlik voleybolu, yelkənli qayıqla, skuterlə gəzinti və kurortlara xas digər əyləncələr. Əlbəttə, dəbdəbəli qəsr və yaşayış məntəqələrinin yaxınlığında yerləşən koloritli kəndlərdən, dadlı yeməklərdən və gözəl mənzərələrdən də zövq alacaqsınız. Bir də Balaton gölünün öyünə biləcəyi tamamilə şəffaf, xüsusi flüidlərlə dolu havasından!

Milli.Az






















































OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Toyuq alanda və bişirəndə nələrə diqqət etməliyik

30 Mart 2017 22:37

Azərbaycanda nə qədər erməni yaşayır?

30 Mart 2017 22:35

Nobel mükafatçısı vəfat etdi

30 Mart 2017 22:33

Damında bağ olan ev - FOTO

30 Mart 2017 22:32

Müasir göz xəstəliyi: Kompüter görmə sindromu nədir?

30 Mart 2017 22:27

"Qarabağ"dan "Neftçi"yə "yubley hədiyyəsi" - FOTO/VİDEO

30 Mart 2017 22:27

Ankara Gülənin müvəqqəti həbsinigözləyir

30 Mart 2017 22:22

Emosional və zərif varlıqlar

30 Mart 2017 22:22

Ərdoğan: “Ya təslim olacaqlar, ya da...” - VİDEO

30 Mart 2017 22:18

Rəcəb ayı daxil olur, hansı əməllər yerinə yetirilməlidir?

30 Mart 2017 22:17

“Neftçi”ni sevməyənlər çoxdu" - Elxan Abdullayev

30 Mart 2017 22:17

"Qarabağ" "Neftçi"yə şans vermədi -

30 Mart 2017 22:15

TAP-la baglı sensasion xəbərdarlıq: “Ehtiyatlı olun, ruslara işləyirlər...”

30 Mart 2017 22:12

Mərdlik və alicənablığın 6 nişanəsi

30 Mart 2017 22:12

Ankara Vaşinqtondan Gülənin həbsini gözləyir

30 Mart 2017 22:09

"Kubokun qalibi olmaq istəyirlər" - Qurban Qurbanov

30 Mart 2017 22:07

Millimiz Moldovaya yenə qalib gəldi

30 Mart 2017 22:07

Çeçenistanda döyüşlər: ölənlər var

30 Mart 2017 22:05

Cazibədar Brianna Mayamidə - FOTO

30 Mart 2017 22:05

Sabah yanğın baş verərsə, Bakıda bu binalara... - FOTO

30 Mart 2017 22:05

Doğma bacısı Sevinc Osmanqızıdan üz döndərdi

30 Mart 2017 22:05

Göy-göyərti doğramaq üçün aldığı bıçaqla dostunun qardaşını öldürdü - CİNAYƏT

30 Mart 2017 22:03

"Meydan TV"-nin təxribatına cavab

30 Mart 2017 21:57

Qocanın gənc xanıma yazdığı ehtiraslı məktublar

30 Mart 2017 21:57

Qurban Qurbanov Volkan Dəmirəlin transferindən danışdı

30 Mart 2017 21:57

Ermənistanda parlament seçkilərinə üsyan

30 Mart 2017 21:57

Qəbələdə 41 yaşlı qadın özünü asdı

30 Mart 2017 21:52

Tanınmış aktrisa kurorta yollandı - FOTO

30 Mart 2017 21:52

Sabirabad sakinindən narkotik vasitə götürüldü

30 Mart 2017 21:52

Apreldən Azərbaycana "ərəblərin axını" başlayacaq

30 Mart 2017 21:47

Braziliyalı gözəl Mayamidə - FOTO

30 Mart 2017 21:47

İsraildən növbəti həbs dalğası:

30 Mart 2017 21:46

123 min dollarlıq məktub

30 Mart 2017 21:43

Metroda nə vaxt öpüşmək olar?

30 Mart 2017 21:42

Sabirabad sakini narkotiklə yenidən tutuldu

30 Mart 2017 21:39

Bakıda 28 mindən artıq "birinci sinif sorğusu" var

30 Mart 2017 21:37

Tarixin ən əxlaqsız doqquz qadını - FOTO

30 Mart 2017 21:37

Qəbələdə intihar

30 Mart 2017 21:34

Rus gözəl çempionatın simasıdır - FOTO

30 Mart 2017 21:32

İŞİD-in baş ideoloqu öldürüldü

30 Mart 2017 21:28

Azərbaycan şou-biznesi İnstagram-da - FOTO

30 Mart 2017 21:27

Bu qidaları axşam 6-dan sonra yeyə bilərsiniz

30 Mart 2017 21:27

Məhkəmələrdə banklarla bağlı 280 min iş var

30 Mart 2017 21:27

Bu daş erməninin başına düşdü

30 Mart 2017 21:23

Üzməklə onurğanızı düzəldin

30 Mart 2017 21:22

Çin çadraya qadağa qoydu

30 Mart 2017 21:19

Təzə kartof satışa çıxdı - Qiymətlər

30 Mart 2017 21:17

Sevgililər kimsəyə fikir vermədilər - FOTO

30 Mart 2017 21:17

Əlil şəxsə böyük məbləğdə kredit verdilər - Daha bir bank özbaşınalığı

30 Mart 2017 21:12

Sevgini bəyan etməyin ailədə təsirləri

30 Mart 2017 21:12