Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Gürcüstanda təkrar səsvermə başa çatdı

Gürcüstanda təkrar səsvermə başa çatdı

Date: 22 October 2016 22:42

Gürcüstan Parlamentinə keçirilən təkrar səsvermə oktyabrın 22-də axşam saat 8-də başa çatdı.
Seçkilər azərbaycanlıların kompakt yaşadığı Marneuli bələdiyyəsinin Qızılhacılı kəndindəki 48 saylı məntəqədə və Zuqdidi bələdiyyəsinin 3 məntəqəsində keçirilib.
Milli.Az BBC-yə istinadən bildirir ki, oktyabrın 8-də Marneulidəki seçki məntəqəsində hakim Gürcü Arzusu və Vahid Milli Hərəkat partiyalarının tərəfdarları arasında qarşıdurma baş verdiyindən MSK nəticələri ləğv edərək təkrar səsvermə təyin etdi.
Anoloji hal həmin tarixdə Zuqdididə yerləşən 3 məntəqədə yaşandığından Gürcüstan MSK-sı o məntəqələrlə bağlı da eyni qərarı verdi.
Gürcüstan MSK-nın məlumatıma görə, Marneulidə seçki fəallığı 53.3 faiz, Zuqdididə isə 51.6 faiz olub.
"Seçkilər sakit atmosferdə keçirilib," MSK-nın məlumatında deyilir.
Marneulidə seçki yarışı hakim Gürcü Arzusu Partiyasının namizədi Tamaz Naveriani və müxalifətdə olan Vahid Milli Hərəkat Partiyasının namizədi Əhməd İmamquliyev arasında gedib. Oktyabrın 8-də keçirilmiş parlament seçkilərində Əhməd İmamquliyev 47,91%, Tamaz Naveriani isə 43,1% səs toplayıb.
Lakin seçki məntəqəsində qarşıdurma baş verdiyindən MSK nəticələri ləğv edərək təkrar səsvermə təyin edib. Qarşıdurmadan sonra Rustavi şəhər məhkəməsi Gürcüstan vətəndaşı olan altı azərbaycanlı haqqında həbs qərarı çıxarıb.
Onlara qarşı "seçki komissiyalarının fəaliyyətinə müdaxilə və ictimai asayişi qoruyanlara və hökumət nümayəndələrinə zor tətbiq etmək" maddələri ilə ittiham irəli sürülüb.
Ölkə üzrə parlament seçkilərinin ikinci turu 30 oktyabrda keçiriləcək.
Milli.Az


Tags:  Gürcüstanda təkrar səsvermə başa çatdı

RƏYLƏR


Top news