İŞİD kimyəvi zavodu yandırdı: yüzlərlə insan zəhərlənib

İŞİD kimyəvi zavodu yandırdı: yüzlərlə insan zəhərlənib
23:05 22 Oktyabr 2016
83 Dünya
Ölkə mətbuatı
A- A+

İraqın ikinci böyük şəhəri Mosulun İŞİD-dən azad edilməsi üçün döyüşlər davam etdirilir.

Şəhəri əldən vermək istəməyən İŞİD terrorçuları Mosulun şərqindəki kimyəvi zavodu yandırıblar.

Milli.Az Al Jazeera-ya istinadən bildirir ki, yanğın nəticəsində ayrılan zəhərli tüstü və qazlar yüzlərlə insanın zəhərlənməsinə səbəb olub.

İraq ordusunun döyüşçüləri əleyhqazlardan istifadə etmək məcburiyyətində qalıblar.

İraq Müdafiə Nazirliyinin generalı Kusay Həmid Kadimmin dediyinə görə, iki dinc sakin hzəhərlənərək ölüb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/482216.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR