Azərbaycanlı gənc "O səs Türkiyə"də münsifləri heyran etdi - video

Azərbaycanlı gənc "O səs Türkiyə"də münsifləri heyran etdi - video
00:21 23 Oktyabr 2016
431 Şou
Ölkə mətbuatı
A- A+

"O səs Türkiyə"də daha bir azərbaycanlı yarışmaçı səhnəyə çıxıb.

Axşam.az-ın məlumatına görə, Zülfü Əsədzadə musiqisi Cahangir Cahangirov, sözləri Zeynal Cabbarzadəyə aid olan "Ay qız" mahnısını səsləndirib. O, ifasıyla münsiflərin dördünü də özünə tərəf döndərib.

Z.Əsədzadə qeyd edib ki, o, Azərbaycanda əməkdar artist Aybəniz Haşımovanın "Bülbüllər" qrupunun solistidir. Münsiflər çıxışıyla hər kəsi heyran edən Zülfünü komandalarına cəlb etmək üçün müxtəlif vədlər veriblər. O, sonda Gökhan və Hakan qardaşlarını seçib.

Qeyd edək ki, TV8-də Acun İlıcalının aparıcılığı ilə təqdim olunan proqramın münsiflər kürsüsündə Sibel Can, Murad Boz, Hadisə, Gökhan və Hakan Özoğuz qardaşları oturub.




Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=59756

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR