Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Türkiyə Suriyada terrorçularla mübarizəni davam etdirəcək

Türkiyə Suriyada terrorçularla mübarizəni davam etdirəcək

Date: 23 October 2016 00:34

Türkiyə  Suriyada İŞİD-lə mübarizəni davam etdirəcək və Rəqqanın azad edilməsi əməliyyatında iştirak etməyə hazırdır.

 

APA-nın “TASS”a istnadən verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Bursada çıxışı zamanı deyib.

 

“Bizə deyirlər Əl-Baba getməyin (İŞİD-in Suriyanın şimalında zəbt etdiyi şəhər-red.). Lakin biz gedəcəyik, biz məcburuq. Çünki biz orada təhlükəsizlik zonası yaratmalıyıq”, - deyə prezident qeyd edib. Ərdoğan qeyd edib ki, Türkiyə beynəlxalq koalisiya ilə birlikdə terrorçularla mübarizəni davam etdirməyə hazırdır.

 

“Əgər koalisiya bizimlə əməkdaşlıq etmək istəyirsə, biz Rəqqada İŞİD-lə mübarizə üçün əlimizdən gələni edəcəyik.  Lakin biz PYD və YPG terrorçuları ilə birgə çalışmayacağıq. Biz Amerika, koalisiya qüvvələri ilə əməkdaşlıq edəcəyik”, -  deyə Ərdoğan qeyd edib. 


Tags:  Türkiyə Suriyada terrorçularla mübarizəni davam etdirəcək


RƏYLƏR


Top news