Aşıq Ədalətin ayaqları tutuldu

Aşıq Ədalətin ayaqları tutuldu
01:23 23 Oktyabr 2016
61 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanın tanınmış aşığı Ədalət Nəsibovun səhhəti ağırlaşıb.

Məlumata əsasən, aşığın ayaqları tutulub. Nəsibov özü bununla bağlı açıqlama verib: “Səhhətim yaxşı deyil, müalicə olunuram. Dizlərim, oynaqlarım tutulub. Həmişə bu vaxt belə problemlərim olur. Yəqin ki, bir neçə günlük müalicədən sonra başım da düzələcək, ayaqlarım da. Yeriyə bilmirəm, ancaq ehtiyac olanda yeriməyə məcburam”. (ölkə.az)

Xatırladaq ki, Aşıq Ədalət 1939-cu ildə Qərbi Azərbaycanın Çəmbərək (Krasnoselo) rayonunun Toxluca kəndində anadan olub. 9 yaşınadək əmisi Alməmmədin yaşadığı Bəriabad (Krasnoselo rayonu) kəndində böyüyüb. O, elə 1-ci sinifə də bu kənddə gedib.

Qeyd edək ki, Alməmməd kişinin övladları və törəmələri Krasnoselo rayonundan 1988-ci ildə məcburi köç edərək Azərbaycana gəlib.

Xatırladaq ki, Aşıq Ədalətin atası Məhəmmədəli isə Göyçə mahalı ərazisində, İrəvan şəhərindən 98 km aralıda, Göyçə gölünün kənarında yerləşən Kəvər rayonunun (indiki adı Kamo) Hacı Muxan kəndində dünyaya gəlib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/173183.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR