Şirvanda zəncirvari qəza, ölən və yaralananlar var

Şirvanda zəncirvari qəza, ölən və yaralananlar var
02:18 23 Oktyabr 2016
217 Ölkə
Ölkə mətbuatı
A- A+

Zəncirvari qəza ölümlə nəticələndi...

Hadisə Şirvanda baş verib. İdarəetmədən çıxan avtomobil qarşıdan gələn avtomobil ilə toqquşub. Daha sonra digər avtomobilə çırpılıb. Nəticədə qəza törədən sürücü Şirvan şəhər sakini 26 yaşlı Vüqar Mehrabov hadisə yerində ölüb.

Qəza zamanı 4 nəfər - Şirvan sakinləri, 52 yaşlı Elbəy Mustafayev, 36 yaşlı Elşən Mustafayev ,46 yaşlı Zaur Davudov və 19 yaşlı Elmir Mehrabov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan şəhər xəstəxanasına yerləşdiriliblər.

Göyçay rayonunda isə 4 nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. Avtomobil hərəkətdə olarkən sürücü idarəetməni itirib və avtomobil yolun kənarında dayanmış yük avtomobilinə çırpılıb. Hadisə zamanı avtomobildəki şəxslər - Ağdaş rayonu Ağcayazı kənd sakinləri, 30 yaşlı Elnur Abdulrəhimov, 25 yaşlı Elşən Şirinov, Ucar şəhər sakini, 20 yaşlı Aynurə Əsgərova və Göyçayın Müskürlü kənd sakini, 19 yaşlı Türkan Əzimova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hazırda onların vəziyyəti ağır olaraq qalır. Hadisəyə havanın yağmurlu olması və sürücünün avtomobili yüksək sürətlə idarə edərkən onun qarşısına qəflətən inəklərin çıxması səbəb olub.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/173193.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR