ABŞ-dan Türkiyəyə terror xəbərdarlığı

ABŞ-dan Türkiyəyə terror xəbərdarlığı
03:39 23 Oktyabr 2016
49 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın İstanbuldakı baş konsulluğu Amerika vətəndaşlarına terrorçuların mümkün hücumları ilə bağlı xəbərdarlıq edib.   

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın İstanbuldakı baş konsulluğunun rəsmi saytında dərc edilmiş məlumatda bildirilir.

 

 

“Ekstremist qruplaşmalar İstanbuldakı ABŞ vətəndaşları və digər əcnəbilərə qarşı hücumlar etmək üçün aqressiv səylər göstərməkdə davam edirlər. Bu hücumlar əvvəlcədən planlaşdırılmış şəkildə (silahlı hücum, oğurlamaq cəhdi, partlayış və digər zorakılıq aktı şəklində) heç bir xəbərdarlıq olunmadan törədilə bilər”, - deyə məlumatda bildirilir.  

 

Baş konsulluq vətəndaşlarına Türkiyənin cənub-şərq hissəsinə və Türkiyə-Suriya sərhədinə yaxın ərazilərdə yerləşən yaşayış məntəqələrinə səfər etməkdən çəkinməyi tövsiyə edir. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/257383

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR