ABŞ-ın İstanbuldakı konsulluğu: "Ekstremist qruplar amerikalılara hücum edə bilər"

ABŞ-ın İstanbuldakı konsulluğu: "Ekstremist qruplar amerikalılara hücum edə bilər"
03:42 23 Oktyabr 2016
40 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 23 oktyabr. REPORT.AZ/ Ekstremist qruplar Türkiyənin İstanbul şəhərində amerikalıları öldürmək məqsədilə hücum edə bilərlər.
"Report" "TASS" agentliyinə istinadən xəbər verir ki, belə bir xəbərdarlıqla ABŞ-ın İstanbuldakı Baş Konsulluğu çıxış edib.
Diplomatik nümayəndəlik bildirib ki, ekstremist qruplar İstanbulda amerikalılara və digər əcnəbilərə qarşı hücum tədbirləri hazrlamaqda davam edirlər. Diplomatlar vurğulayırlar ki, bu hücumlar ola bilsin əvvəlcə planlaşdırılıb. Bunlar silahlı hücumlardan, oğurluq cəhdlərindən, partlayıcı maddələrin işə salınmasından ibarət ola bilər.
"Amerika vətəndaşları kütləvi insanların olduqları yerlərdə xüsusi ayıq-sayıqlıq və ehtiyatlılıq nümayiş etdirməlidirlər" – deyə baş konsulluqdan bildirilib.
Konsulluqdan amerikalılara insanların kütləvi toplaşdığı yerlərdən, həmçinin məşhur turizm səyahətlərindən və aksiyalardan uzaq durmağı tövsiyə ediblər. 

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/abs-in-i-stanbuldaki-konsullugu-ekstremist-qruplar-amerikalilara-hucum-ede-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR