Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Türkiyədə partlayış: 1 polis şəhid oldu, 10 nəfər yaralandı

Türkiyədə partlayış: 1 polis şəhid oldu, 10 nəfər yaralandı

Date: 23 October 2016 04:14

Türkiyənin Bingöl əyalətində minalanmış avtomobilin partladılması nəticəsində 1 polis ölüb, altısı polis əməkdaşı olmaqla 10 nəfər yaralanıb.

 

APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, Genç rayonunda zirehli polis avtomobilin yanında minalanmış avtomobil partladılıb. Məlumata görə, polis maşını minalanmış avtomobilin yanından keçərkən partladıcı qurğu işə salınıb.

 

Partlayışın PKK tərəfindən təşkil edildiyi ehtimal olunur. Hadisə baş verdiyi ərazidə axtarış-əməliyyat tədbirləri həyata keçirilir.    


Tags:  Türkiyədə partlayış polis şəhid oldu 10 nəfər yaralandı


RƏYLƏR


Top news