İŞİD Mosulda 16 nəfəri körpüdən ataraq edam edib

İŞİD Mosulda 16 nəfəri körpüdən ataraq edam edib
04:32 23 Oktyabr 2016
63 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 23 oktyabr. REPORT.AZ/ İŞİD terror qruplaşmasının silahlıları İraqın Mosul şəhərində 16 nəfəri körpüdən ataraq edam edib.
"Report" xəbər verir ki, bu barədə "Sputnik" agentliyi xəbər yayıb.
Məlumata görə, hadisə şəhərin administrativ mərkəzi olan Neynəvada baş verib.
"İŞİD terrorçuları 16 nəfəri Üçüncü körpüdın ataraq edam etdi" – deyə mənbə agentliyə bildirib. Qeyd edək ki, terrorçular bundan da əvvəl aralarında uşaqların da olduğu 284 nəfəri güllələyiblər.
Xatırladaq ki, İraqın silahlı qüvvələri ABŞ-ın rəhbərlik etdiyi hərbi koalisiyanın aviasiyasının dəstəyi ilə Mosulun azad edilməsi əməliyyatına başlayıblar.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/i-si-d-mosulda-16-neferi-korpuden-ataraq-edam-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR