Yaponiyada silsilə partlayışlar: 1 nəfər öldü, 3 nəfər yaralandı

Yaponiyada silsilə partlayışlar: 1 nəfər öldü, 3 nəfər yaralandı
09:22 23 Oktyabr 2016
38 Dünya
Ölkə mətbuatı
A- A+

Bu gün Yaponiyanın Utsunomiya şəhərində törədilən silsilə partlayışlar nəticəsində ən azı 1 nəfər ölüb, 3 nəfər yaralanıb.Yaralılardan birinin durumu ağırdır. 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Yaponiya polisi açıqlayıb.

Utsunomiya şəhəri xarici turistlərin ən çox üz tutduğu məkanlardan biridir. 

Partlayışlardan biri avtomobil dayanacağı yaxınlığında baş verib. Hadisə yerində yanğınsöndürənlər və hüquq-mühafizə orqanlarının əməkdaşları çalışır. Hələ ki, hadisənin təfərrüatları barədə ətraflı məlumat verilmir. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/482229.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR