Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Şahin Diniyev: “Bizim üçün 6 xallıq oyun olacaq”

Şahin Diniyev: “Bizim üçün 6 xallıq oyun olacaq”

"Meydançadan şikayət etməyə ehtiyac yoxdu" - Şahin Diniyev (18 Mart 2017 20:17)
“Güzəştsiz mübarizə olacaq” - Diniyev (18 Mart 2017 10:17)
Şahin Diniyev: "Nicat Qurbanov fasilədə ağlayırdı" (28 Fevral 2017 18:02)

Tarix: 23 Oktyabr 2016 09:27


Topaz Premyer Liqasının IX turunda “İnter”i qəbul edəcək “Kəpəz” qarşıdakı oyunun hazırlıqlarını başa vurub. Fanat.Az xəbər verir ki, Gəncə şəhər stadionunda baş tutacaq matç ərəfəsində “sarı-göylər”in baş məşqçisi Şahin Diniyev klub saytına açıqlama verib: 


“İnter”lə oyunumuz həmişə çətin alınıb. Rəqib yüksək səviyyəli futbolçulardan qurulmuş heyətə malikdir. Onlara qarşı oynamaq hamı üçün çətindir. Liderlərdən uzaqlaşmamaq üçün bu oyunda uğur qazanmalıyıq. Oyunun mahiyyəti bəllidir. Mən deyərdim ki, bizim üçün 6 xallıq oyun olacaq. Çox çalışmalıyıq, heyətlə də bağlı problemlərimiz var. Əsas heyətin üç üzvü oynamayacaq. Heyəti kasad olan komanda üçün böyük itkidir. Əvəzedicilərdən üç oyunçu dəvət edəcəyik. Amma bu amil bizim üçün səbəb olmamalıdır”.


Fanat.Az


Teqlər:  Şahin Diniyev Bizim xallıq oyun olacaq



RƏYLƏR


Top xəbərlər