“Liverpul”un əfsanəvi kapitanı Stiven Cerrard klubsuz qalıb. Fanat.Az xəbər verir ki, 36 yaşlı futbolçu Amerikanın MLS liqasından mübarizə aparan "Los-Anceles Qalaksi”də ayrılıb.
Cerrard müqaviləsinin müddəti başa çatdığı üçün sərbəst qalıb. Onun karyerasını davam etdirəcəyi, yoxsa peşəkar futbolla vidalaşacağı dəqiq bilinmir.
Qeyd edək ki, Cerrad ABŞ təmsilçisinə 2015-ci ilin yanvarında "Liverpul"dan keçmişdi.
Fanat.Az