23 OKTYABR

23 OKTYABR
10:18 23 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

1978-ci il. Ümummilli lider Heydər Əliyevin qərarı ilə Naxçıvan Muxtar Respublikasında Babək rayonu yaradılıb. Şimal-qərbdə Ermənistan, cənubda İranla həmsərhəddir. 35 kəndi var. Rayon mineral sularla zəngindir. Sirab və Vayxır mineral su bulaqları dünyada məşhurdur.

2006-cı il. Lerik rayonuna ilk dəfə təbii qaz verilib. Rayona qazın verilməsi mərasimində Prezident İlham Əliyev iştirak edib. Lerik və Yardımlı rayonlarının qazlaşdırılması üçün hələ ötən əsrin 80-ci illərində layihə-smeta sənədləri hazırlanmış, 90-cı illərdə müəyyən işlər görülmüşdü. Lakin bu layihə yarımçıq qalmış, o vaxt çəkilmiş borular da yararsız hala düşmüşdü. Prezident İlham Əliyev 2005-ci ilin payızında bu bölgəyə səfəri zamanı həmin rayonların qazlaşdırılması barədə tapşırıq vermişdi.

1946-cı il. Nyu-Yorkda BMT-in Baş Assambleyasının ilk iclası keçirilib. 1945-ci ildə yaradılmış BMT-nin qərargahı Nyu-York şəhərində yerləşir. Əsas vəzifəsi beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq və möhkəmlətmək, dövlətlər arasında əməkdaşlığı inkişaf etdirməkdir. Hazırda 193 ölkə bu təşkilatın üzvüdür. 1992-ci ildən BMT-nin üzvü olan Azərbaycan Respublikası 2011-ci ildə BMT Təhlükəsizlik Şurasının iki illiyə (2012-2013) qeyri-daimi üzvü seçilib.

1940-cı il. Dünya futbol tarixinin ən məşhur futbolçusu Pelenin (Edison Arantes do Nascimento) doğum günü. O, Braziliya milli komandası ilə 3 dəfə Dünya Kubokunu qazanıb. Karyerası ərzində vurduğu 1281 qolla rekord müəyyənləşdirib. "Qara mirvari" ləqəbli futbolçu karyerasını 1977-ci ildə bitirib. Braziliya hökuməti Peleni "Milli sərvət" elan edib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqli/173196.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR