Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Türkiyə İraqla bağlı əsas planını açıqladı

Türkiyə İraqla bağlı əsas planını açıqladı

Date: 23 October 2016 10:29

Türkiyə Suriyadan sonraİraqın şimalında təhlükəsiz zona yaratmaq niyyətindədir.

 

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə baş naziri Binəli Yıldırım bəyan edib.

 

B. Yıldırım deyib ki, Türkiyə Şimal İraqda PKK terrorçularından təmizlənmiş təhlükəsiz zona yaradılmasını zəruri sayır: “PKK terrorçularından təmizlənmiş təhlükəsiz zona yaradılması məsələsində Şimali İraq Kürdüstan Muxtariyyəti ilə eyni fikirdəyik. Həm Türkiyə, həm də Şimali İraq Kürdüstan Muxtariyyəti üçün PKK ortaq təhdiddir”.

 

Xatırladaq ki, hazırda PKK terror təşkilatının əsas bazası Şimali İraqdakı Qəndil dağında yerləşir. Şimali İraqın digər bölgələrində də PKK düşərgələri var və Türkiyə hərbi aviasiyası mütəmadi həmin bazaları bombalayır.

 

Qeyd edək ki, hazırda Türkiyə ordusu Suriyada “Fərat qalxanı” əməliyyatı həyata keçirir. Əməliyyatın məqsədi müxalif Azad Suriya Ordusuna dəstək verməklə Suriyanın şimalında 5 min kv. km. ərazini əhatə edən, İŞİD və PKK-nın Suriya qolu PYD-dən təmizlənmiş təhlükəsiz zona yara


Tags:  Türkiyə İraqla bağlı əsas planını açıqladı


RƏYLƏR


Top news