AZƏRBAYCANDA DƏHŞƏTLİ CİNAYƏT: 3-cü arvadının başını kəsdi

AZƏRBAYCANDA DƏHŞƏTLİ CİNAYƏT: 3-cü arvadının başını kəsdi
10:34 23 Oktyabr 2016
1754 Digər
Ölkə mətbuatı
A- A+

Zərdab rayonunda ər arvadını qətlə yetirib.

 

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün səhər saatlarında rayonun Yarməmmədbağı kəndində baş verib.

 

Kənd sakini, 1983-cü il təvəllüdlü Aqşin Usub oğlu  Astanov həyat yoldaşı, 1993-cü il təvəllüdlü Rüksanə Rüstəm qızı Atsanovanın başını kəsərək qətlə yetirib.

 

Məlumata görə, şəxsi təsərrüfatların birində çobanlıq edən A.Astanov həyat yoldaşını qətlə yetirəndən sonra özü hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat verib. A. Astanov R. Astanovadan əvvəl iki dəfə ailə həyatı qurub. Onun sonuncu nikahdan 3 uşağı var.

 

Hadisənin başvermə səbəbi hələlik məlum deyil.

 

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

 
 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/257395

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR