Şənbə günü Azərbaycanda baş vermiş yol qəzalarında 3 nəfər həyatını itirib. Lent.az-ın məlumatına görə, oktyabrın 22-də ölkə yollarında ümumilikdə 7 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə vəfat edən şəxslərdən başqa daha 6 nəfər də müxtəlif dərəcəli xəsarətlər alıb.
Ölümlə nəticələnən hadisələr Sabirabad rayonunda, eləcə də Gəncə və Şirvan şəhərlərində baş verib.