Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Türkiyə 1991-ci ildə İraqı işğal edəcəkdi, ancaq..."

"Türkiyə 1991-ci ildə İraqı işğal edəcəkdi, ancaq..."

Date: 23 October 2016 11:05

Bütün dünyanın diqqəti Suriya və İraqda olduğu bir vaxtda Türkiyə mətbuatı 1980-ci ildə qiyam yolu ilə hakimiyyətə gələn mərhum prezident Kənan Evrənin bu məsələlərlə bağlı maraqlı açıqlamasını gündəmə gətirib.
 
Axar.az xəbər verir ki, Evrən 1998-ci ildə iştirak etdiyi televiziya proqramlarının birində prezident Turqut Özalın hələ 1991-ci ildə Mosul və Kərkükü almağı planlaşdırdığını demişdi.
 
"O zaman prezident deyildim. Ziyarətimə gələn Turqut Özalın yanında başqa şəxslər də var idi. O, "Biz İraqa girsək, necə olar? Mosul və Kərkükü ala bilərik", - dedi. Mən də ona, "Qətiyyən bunu etmə. Ərəb dünyası bizə qarşı gələr. Doğrudur, ərəblər bizimlə dostdur, amma bizə qarşı çıxarlar. Digər tərəfdən də o şəhərləri bizə verməzlər, söylədim", - deyə Evrən bildirib.
 
Mərhum prezident 18 il əvvəlki açıqlamasında tarixi "Sevr" müqaviləsinin heç bir zaman gündəmdən düşmədiyini də əlavə etmişdi:
 
"Sevr" razılaşmasını mənim prezidentlik dönəmimdə də canladırmaq istədilər. Bunu demişdim. Həm kürd dövlətinin qurulmasını, həm də 3 vilayətimizin verilməsi məsələsini müəyyən zamanlarda dilə gətirmişdilər. İndi də eyni məsələlər müzakirə edilir. Lakin bunu heç bir vaxt həyata keçirə bilməzlər".
 
Qeyd edək ki, ötən il vəfat edən Kənan Evrən 1980-ci ildə hərbi qiyam yolu ilə hakimiyyətə gəlmiş və 9 il ölkəni idarə etmişdi.
 
Turqut Özal isə 1989-1993-cü illərdə Türkiyə prezidenti olub. 

Milli.Az
 


Tags:  Türkiyə 1991-ci ildə İraqı işğal edəcəkdi

RƏYLƏR


Top news