"Qəbələ"nin gənc və iddialı sahibi var”- Aleksey Qay

"Qəbələ"nin gənc və  iddialı sahibi  var”-   Aleksey Qay
11:17 23 Oktyabr 2016
50 İdman
Ölkə mətbuatı
A- A+


“Qəbələ”nin sabiq futbolçusu, hazırda “Kuban”nın şərəfini qoruyan Aleksey Qay Rusiya mətbuatına (sports.ru) geniş müsahibə verib. Fanat.Az ukraynalı futbolçunun müsahibəsindən bizim üçün maraqlı olacaq məqamları diqqətinizə çatdırır.


– Azərbaycana gedərkən, işin maliyyə tərəfi sizin üçün daha çox önəm kəsb edirdi?

- “Qəbələ”yə keçidimdə  dəqiq ilk yerdə maliyyə amili deyildi. Mənim həyatdakı mövqeyim bu cürdür: futbola yalnız qazanc gözü ilə baxma, öz öhdənə düşəni keyfiyyətli şəkildə yerinə yetirdiyin bir iş kimi gör. Pul mənim üçün stimul, motivasiya deyil. İstəyirəm ki, öz ustalıq səviyyəmi və psixologiyamı inkişaf etdirəm, öz əməyimin qarşılığında pul alam.


–  Azərbaycandan niyə getdiniz? “Qəbələ” ilə yeni müqavilə bağlamaq imkanınız yox idi?

-  Açığı, müqaviləmin müddəti başa çatandan sonra klub rəhbərliyi tərəfindən əməkdaşlığın davam etdirilməsi üçün xüsusi həvəs görmədim.  Və sonda vəziyyət o həddə qədər yuvarlandı ki, mən öz-özümə dedim ki, "Qəbələ"də qalmayacağam. Bu kluba qarşı məndə heç bir inciklik yoxdur, əksinə, yalnız minnətdaram ki, başqa bir ölkədə, mənim üçün yeni olan həyatı görməyə şərait yaratdılar. Axı, mən Azərbaycanda iki maraqlı mövsüm keçirdim.



- Sizi Azərbaycanda daha çox nə təəccübləndirdi?

-  Vaxtilə azərbaycanlı jurnalistlər də bu sualı mənə verirdilər və mən bir məqamı nəzərə aldım ki, onların ölkəsi barədə düzgün saymadıqları bir söz deyəndə, inciyirlər. Məsələn, mən onların trasda maşın sürməylərinə deyinmişdim. Getdiyin yerdə, sənin zolağında əks istiqamətdən avtomobil qarşına çıxa bilər.  Çünki həmin sürücüyə 20-30 metr sonra dönmək lazımdı! Onlar üçün bu normaldır, mənim üçün isə vəhşilik. Amma sonra mətbuatda və internetdə müsahibəmlə bağlı şərhləri oxuyanda,  replikalarla qarşılaşdım. Ona görə də azərbaycanlıların əsas cəhətlərindən biri – kənar adamların ölkələri haqda dediyi sözü ürəklərinə salmalarıdı.


-  Bəs, "alovlar şəhəri" Bakı diqqətinizi nə ilə cəlb etdi?

-  Mən Bakını nümunəvi şəhər adlandırardım: Bakı, eyni zamanda həm müasir, həm də tarixi şəhərdir, üstəlik, orada Şərq və Qərb heyrətamiz şəkildə uzlaşır. Bakıda olmayan hər kəsə təkidlə ora səyahət etməyi məsləhət görərdim. Yeri gəlmişkən, son illər Bakını bu qədər gözəlləşdirdikləri üçün şəhər rəhbərliyinə minnətdarlığımı bildirirəm.



-  2 milyon insanın yaşadığı paytaxtdan şimalda yerləşən Qəbələnin cəmi 13 min əhalisi var. Necə oldu ki, şəhərin eyni adlı təmsilçisi indi ölkədə adından söz etdirir.

-  Burada, demək olar ki, bir çox amillər mövcuddur. Məsələ ondadır ki, Azərbaycan da bir çox postsovet məkanının ölkələri kimi, maliyyə böhranından yan ötməyib və yerli futbolda pul böyük ölçüdə azalıb. Bax, buna görə də ölkənin futbol nəhəngləri son vaxtlar qeyri-sabit çıxış edir. "Neftçi" və "İnter" kimi paytaxt klubları aparıcı rollarını itirib, onları “Qəbələ” və Ağdamın “Qarabağ” klubu əvəzləyib. "Qəbələ"nin komandasını yüksəkdə görmək istəyən gənc  və iddialı sahibi  var, hansı ki, Roman Qriqorçuk kimi usta məşqçini dəvət edib. Onun dövründə komanda bürünc medalları qazandı və ardıcıl ikinci mövsümdür ki, Avropa Liqasının qrup mərhələsində çıxış edir.


- Görünür, sizi "Qəbələ"yə məhz Odessada çiyin-çiyinə çalışdığınız Roman Qriqorçuk çağırıb?

 Bəli, Ukraynadakı çətin dövrlərə qayıtsaq, "Çernomoretsin" heç nəyi yox idi. Ona görə də Qriqorçuk özünə yeni iş yeri axtarmalı oldu. O əvvəlcədən demişdi ki, məni özü ilə aparacaq. Mənə yalnız oturub gözləmək və internet vasitəsi ilə onun hara gedəcəyini izləmək qalırdı. Günlərin bir günü eşitdim ki, "Qəbələ"dədir və tezliklə Qriqorçuk öz təklifi ilə mənə zəng vurdu..


- Bu mütəxəssisi necə xarakterizə edərdiniz?

-  Roman İosifoviç futbolla aşıb-daşır, məşq prosesini və oyunçularla şəxsi ünsiyyəti sevir. Bu məşqçinin öz istiqaməti var, hansı ki onu dəyişmək istəmir. Qriqorçuk təkid edir ki, komanda hücumda güclü olmalıdır, lakin bu zaman müdafiəni unutmamalı, futbolçular isə qorxmadan irəliyə getməli və oyunu öz üzərilərinə götürməkdən çəkinməməlidirlər.


- Ötən avrokubok mövsümündə "Borussiya" PAOK və və "Krasnodar"la bir qrupda yer alanda, "Qəbələ" özünü necə hiss edirdi?

-  İştaha, necə deyərlər, yemək zamanı gəlir. Daha çox xal yığa bilərdik. Məsələn, Krasnodarda yaxşı oynadıq, 1:2 hesabı ilə uduzsaq da, kifayət qədər yaxşı məqamlarımız oldu. Üstəlik, hakim qolumuzu saymadı . Əlbəttə, qrupdan çıxmağa ümid etmirdik.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqblquotnin-gnc-v-iddial-sahibi-var-t53555.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR