Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Astara sakini odlu silahdan açılan atəş nəticəsində ölüb

Astara sakini odlu silahdan açılan atəş nəticəsində ölüb

Date: 23 October 2016 11:17

Astara. 23 oktyabr. REPORT.AZ/ Astara sakini odlu silahdan açılan atəş nəticəsində ölüb.
"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, hadisə ötən gecə Astara rayonunun Kakalos kəndi ərazisində baş verib.
Mərhumun yaxınlarının sözlərinə görə, 57 yaşlı Rəhimov Sadir Həbib oğlu evdən ov etmək məqsədi ilə çıxıb. Gecə saatlarında evlərinə yaxın yerdə meyiti tapılıb. İlkin ehtimala görə odlu silahla ehtiyatsızlıq ölümə səbəb olub. Mərhumun cənazəsi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomoya Birliyinin Lənkəran rayon şöbəsinə gətirilib. İlkin müayinə zamanı mərhumun döş qəfəsinin yuxarı 1/3-də odlu silah yarası olduğu təsdiqlənib. S.Rəhimovun hansı şəraitdə güllə yarası alması və ölümün səbəbi ekspertizanın rəyindən sonra məlum olacaq.
Faktla bağlı Astara rayon Prokururluğunda araşdırmalara başlanıb. 

Tags:  Astara sakini odlu silahdan açılan atəş nəticəsində ölüb

RƏYLƏR


Top news