O qədər köhnədir ki... - Britaniya mətbuatı Rusiya təyyarədaşıyanı haqda

O qədər köhnədir ki... - Britaniya mətbuatı Rusiya təyyarədaşıyanı haqda
11:37 23 Oktyabr 2016
92 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyanın Suriya regionuna gedən böyük gəmi karvanı La-Manş boğazından keçib.
Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, Rusiyanın yeganə təyyarədaşıyan gəmisi "Admiral Kuznetsov"un başçılıq etdiyi gəmi karvanının boğazdan keçməsini Britaniya mətbuatı izləyib, telekanallar vertolyotlardan çəkiliş apararaq canlı yayım veriblər.
Gəmilər boğazdan keçərkən ətrafa sıx tüstü buraxıblar, lakin qəzetlərin yazdığına görə bu, hərbi məxfilik taktikasından daha çox Rusiya donanmasının sınıq-salxaqlığını Avropanın gözlərindən gizlətmək məqsədi güdür.

'Express' yazır ki, Sovet erasından qalmış 'Admiral Kuznetsov' təyyarədaşıyanını yedək gəmiləri müşayiət edir. Britaniya Kral Donanmasının keçmiş zabiti Peter Roberts 'Ekspress' qəzetinə deyib ki, dəniz kapitanı üçün öz gəmisinin yanında yedəkçiləri görməkdən dilxoredici səhnə ola bilməz. 'Bunu o vaxt edirlər ki, gəmi mütləq sıradan çıxmağa hazırlaşır', - köhnə dənizçi deyib.

Qəzet yazır ki, bu gəmi buxar turbinlərinin rənglənməsi üçün tez-tez porta qayıtmalı olub. Ekspertlərin fikrincə, belə soyuqda köhnə gəmilərin boru sistemlərinin şaxtadan partlaması nadir hadisə deyil. Vaxtilə bu Rusiya gəmilərində olmuş Britaniya matrosları deyirlər ki, onların hətta tualetlərinin bəziləri işləmir.
Ekspertlərin fikrincə, 'Admiral Kuznetsov' gəmisi o qədər köhnədir ki, 2011-ci ildə Aralıq dənizindəki ABŞ gəmiləri lazım gəlsə onu xilas etmək üçün çox yaxınlıqda lövbər atırdılar. Lakin köhnəliyinə baxmayaraq 55 min tonluq 'begemot' təpədən-dırnağa silahlıdır və 14 min kilometr məsafə qət edir.

Britaniya sahillərindən keçən Rusiya armadasını Kral Dəniz Donanmasının döyüş gəmiləri qarabaqara izləyiblər və bir an da olsun gözdən qoymayıblar. Kral Hərbi Hava Qüvvələrinin "Rivet Joint" casus təyyarəsi, habelə C130 Hercules və "Typhoon" nəqliyyat və qırıcı təyyarələri döyüş hazırlığı vəziyyətinə gətirilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/482251.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR